Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4431/2025 01.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00199 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin nikahları Sumqayıt şəhər qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Ailə qurduqdan sonra fikir ayrılıqları olmuş, xasiyyətləri uyğun gəlməmiş və aralarında söz-söhbət yaranmışdır. Onların xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X5 adlı iki övladı vardır. Nikahın pozulması məqsədilə mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində cavabdehlə aralarında xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00199 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən:
1. Mediasiya prosesində tərəflər təsdiq etdilər ki, hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı AZ-İİ № 409631 saylı xx.xx.2021-ci il tarixli nikah qeydinin pozulmasına razıyıq. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.
2. Tərəflər birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X2, xx.xx.2024-cü il təvəllüdlü X3 anası Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdılar.
3. X4 xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün hər ayın 1dən 10-na qədər hər uşağa 200( iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür.
4. Tərəf, Ərizəçi övladları- xx.xx.2022-ci il təvəllüdlü X2, xx.xx.2024-cü il təvəllüdlü X3 atası Maraqlı şəxs hər ayın hər həftəsinin şənbə və bazar günləri saat 16:00-dan 19:00dək ünsiyyətinə maneəçilik yaratmayacağına dair öhdəlik götürür. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli barışıq sazişi tərəfindən icra olunur. Hər ay müəyyən olunmuş aliment məbləği tərəfimdən ödənilir, üzürlü hal kimi iki dəfə bir neçə gün gec ödənilmişdir, lakin digər bütün vaxt vaxtlı-vaxtında ödənilmişdir. barışıq sazişi Ərizəçi tərəfindən icra edilmir, belə ki, aralarında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişində birgə nikahdan doğulmuş Qüdrətli Polad və Qüdrətli Saranın hər ayın hər həftəsinin şənbə və bazar günləri 16:00-dan 19:00-a qədər onunla görüşməyinə maneə yaratmayacağına dair öhdəlik götürsə də, uşaqlarını barışıq sazişi ilə razılaşdıılmış vaxtda görə bilmir. Artıq neçə müddətdir ki, uşaqlarını ayda ən az 8 dəfə görməli olduğu halda sadəcə 2 dəfə görə bilir. Belə ki, azyaşlı övladı ilə görüşmək üçün cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh onların görüşünə mane olur, şərait yaratmamışdır. Bu isə, uşağının psixoloji vəziyyətinə mənfi təsir göstərir. Eyni zamanda, ərizəçinin bu hərəkəti cavabdehin bir valideyn kimi hüquqlarının pozulmasına gətirib çıxarır. Ərizəçi ona məlumat vermədən bir neçə dəfə uşaqları rayonlara aparmış və bu da nə onun icazəsi ilə, nə də məlumat verməklə baş tutmamışdır. Uşaqların başqa əraziyə aparılması onun uşaqla görüşünə və narahatlığına səbəb olduğundan bu halın qarşısının alınmasını tələb edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00199 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, maraqlı şəxs öhdəliyi tam yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00199 saylı barışıq sazişinin təsdiq edilməsinə etiraz edərək bildirdi ki, öhdəliyi yerinə yetirmişdir. Alimenti də vaxtlı-vaxtında ödəmişdir. Odur ki, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan - xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00199 saylı barışıq sazişindən görünür ki, hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı AZ-İİ № 409631 saylı xx.xx.2021-ci il tarixli nikah qeydinin pozulmasına razıyıq. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Tərəflər birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X2, xx.xx.2024-cü il təvəllüdlü X3 anası Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdılar. xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün hər ayın 1-dən 10-na qədər hər uşağa 200( iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. Tərəf, Ərizəçi övladlarıxx.xx.2022-ci il təvəllüdlü X2, xx.xx.2024-cü il təvəllüdlü X3 atası Maraqlı şəxs hər ayın hər həftəsinin şənbə və bazar günləri saat 16:00-dan 19:00-dək ünsiyyətinə maneəçilik yaratmayacağına dair öhdəlik götürür. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2001-cı ildə nikaha daxil olaraq ailə qurmuşlar. Onların xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X5 adlı iki övladı vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00199 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə görə hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı AZ-İİ № 409631 saylı xx.xx.2021-ci il tarixli nikah qeydinin pozulmasına razıyıq. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Tərəflər birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X2, xx.xx.2024-cü il təvəllüdlü X3 anası Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdılar. xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün hər ayın 1-dən 10-na qədər hər uşağa 200( iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. Tərəf, Ərizəçi övladları- xx.xx.2022-ci il təvəllüdlü X2, xx.xx.2024-cü il təvəllüdlü X3 atası Maraqlı şəxs hər ayın hər həftəsinin şənbə və bazar günləri saat 16:00-dan 19:00-dək ünsiyyətinə maneəçilik yaratmayacağına dair öhdəlik götürür. Lakin ərizəçi qeyd edir ki, maraqlı şəxs tərəfindən öhdəliklər tam yerinə yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00199 saylı barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 355, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00199 saylı barışıq sazişi təsdiq edilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixindən hesablansın, Maraqlı şəxs hazırki qətnamə qəbul edilən tarixədək xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00199 saylı barışıq sazişi üzrə ödədiyi aliment məbləği nəzərə alınsın. Qətnamə MŞS/MT030/2025-00199 saylı barışıq sazişinin alimentə dair hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elçin Kazımov