Məhkəmə qərarları › İş №2(060)-4455/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4455/2022

11.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4455/2022 11.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs Sumqayıt “ASAN xidmət” X3rşı “ölüm faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin qızı X4 25 avqust 2009-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək göstərdi ki, Ərizəçi xx xxxxxx 1989-cu il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. 14 iyun 2007-ci il tarixdə Ərizəçi X9 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. X1 ərizəçinin ilk övladıdır. O, 15 iyul 2009-cu il tarixdə dünyaya gəlmiş, cəmi 1 ay yaşamış, 25 avqust 2009-cu il tarixdə vəfat etmişdir. Belə ki, anadan gəlmə ürək problemi olmuşdur. Qeyd edir ki, ərizəçi qızını Azərbaycan Respublikası ərazisində Şabran rayonu, Məliklər kənd qəbirstanlığında dəfn etmişlər. Həkim arayışı olmadığına görə qızının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ərizəçi Sumqayıt “ASAN xidmət” X7 qızının ölüm qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Lakin Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsindən ərizəçiyə məktubla bildirildi ki, həkim arayışı olmadığına görə ölüm haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmək lazımdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq, ərizəçinin qızı X4 25 avqust 2009-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində dəvət olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X9 bildirdi ki, ərizəçi həyat yoldaşıdır. Fatimə doğulandan sonra evə gətiriləndə göbək nahiyyəsindən maye gəlmişdir. Ürək qüsurlu doğulmuşdur. Cəmi 40 gün yaşamışdır və ev şəraitində dünyasını dəyişmişdir. Məhkəmədə şahid X10 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşının yoldaşıdır. Ərizəçi Gülnazın qızı yaşadığı mənzildə dünyasını dəyişmişdir. O, ərizəçinin qohumu kimi dəfn mərasimində yaxından iştirak etmişdir. Məhkəmə Ərizəçi nümayəndəsi və vəkili Vəkil, şahidlər X9 və X5 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan №635 saylı, xx.xx.2022-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında-X9, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X4 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim olunmadığından, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Şabran rayon İcra Hakimiyyəti Uzunboyad İƏD-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Uzunboyad İƏD-nin Məliklər kəndində X6 xx.xx.2009-cu il tarixdə anadan olmuş qızı X11 xx.xx.2009-cu ildə Bakı şəhərində vəfat etmişdir. Mərhumə xx.xx.2009-cu ildə Məliklər kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən X4 25 avqust 2009-cu il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənləri məhkəmə hesab edir ki, 15 iyul 2009-cu ildə anadan olmuş, 25 avqust 2009-cu il tarixdə ev şəraitində vəfat etmiş və Məliklər kənd qəbristanlığında dəfn olunmuş X1nın ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 15 iyul 2009-cu ildə anadan olmuş, 25 avqust 2009-cu il tarixdə ev şəraitində vəfat etmiş və Məliklər kənd qəbristanlığında dəfn olunmuş X1nın ölüm faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar