Məhkəmə qərarları › İş №2(060)-4482/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4482/2025

28.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4482/2025 28.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüsen qızının katibliyi ilə, Ərizəçi və maraqlı şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası X19inin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər qismində Maraqlı şəxs1, Abşeron Rayon Mərkəzi Xəstəxanası X19i olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxs1, Abşeron Rayon Mərkəzi Xəstəxanası X19inə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X12 10 may 1982-ci il tarixdə Gədəbəy rayonu, Çayrəsullu kəndində doğulmuş və 29 noyabr 2024-cü il tarixdə Abşeron rayonu,Saray qəsəbəsi,Üzümlük massivi ünvanında yerləşən fərdi yaşayış evində vəfat etmişdir.Dərhal bu barədə Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına məlumat vermiş, qeyd olunan qurumdan bu barədə xəbərdarlıq vəsiqəsi verilmişdir. Vəfatından sonra həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini almamışdır. Həmin sənədin verilməsi üçün 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsə də, müraciətin icrasından imtina edilmişdir. İmtinaya əsas olara ölüm haqqında tibbi şəhadətnamənin olmaması bildirilmişdir.Bu barədə tibbi şəhadətnamə verilməmiş, həmin şəhadətnamənin verilməsi ilə bağlı müraciət etsə də, müraciətin icrasından imtina edilmişdir. Bu səbəbdən inzibati icraat qaydasında məhkəmədə iddia qaldırılmış,lakin Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3814/2025 saylı inzibati iş üzrə 27 may 2025-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə iclasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı ümumi məhkəməyə müraciət etməyi bildirilmişdir. Həyat yoldaşının ölümündən sonra, onun cənazəsi Sumqayıt şəhəri, X8 qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Bu barədə arayış verilməsi ilə bələdiyyəyə müraciət etsə də, həmin sənədi məhkəmə sorğusu əsasında verilə biləcəyini bildirmişlər. Odur ki, ölümün qeyd edilmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olur. Qeyd edilənlərə əsasən məhkəmədən mərhum həyat yoldaşı X5 29 noyabr 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivi ünvanında yerləşən fərdi yaşayış evində ölümü haqqında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, mərhum onun həyat yoldaşıdır. Yatan zaman dünyasını dəyişmişdir. Sosial məsələlərin həlli üçün bu faktın müəyyən edilməsi zəruridir. Övladı məktəbə girmişdir, pensiya təyin edilməlidir. Məhkəmə iclasında iştirak edən maraqlı tərəf Abşeron Rayon Mərkəzi Xəstəxanası X19inin nümayəndəsi X6 izahatında ərizəyə etirazı olmadığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, əlavə və sübutu yoxdur. Ərizənin təmin edilməsinə etiraz etmir. Maraqlı tərəf Maraqlı şəxs1 qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 bildirdi ki, X2nu tanıyırdı. Onlar həm qonşu, həm də dost olmuşlar. Mərhum ölümündən 3-4 gün öncə nasaz olmuşdur. Lakin uzun müddətli xəstə olmamışdır. X12 ölümündən 1-2 gün əvvəl ona zəng edərək işdən qayıdarkən ona dərman almağını istəmişdi. O isə işdən gec gəlmişdi. Mərhum X1 qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 bildirmişdir ki, X2nu tanmışdır. Onlar qonşu olmuşlar. X12 9 ay bundan öncə dünyasını dəyişmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Məhkəmə, Ərizəçi və maraqlı tərəf Abşeron Rayon Mərkəzi Xəstəxanası X19inin nümayəndəsi X3 izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: 29 noyabr 2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X12 29 noyabr 2024cü il il tarixində həkimə qədərki ölümdən Abşeron rayonu,Saray qəsəbəsi,Üzümlük massivi ünvanında yerləşən fərdi yaşayış evində vəfat etmişdir. “Abşeron rayon mərkəzi xəstəxanası” PHŞ tərəfindən verilmiş 13 dekabr 2024-cü il tarixli, 18-1-20/2-M-21xx-xx-1565/2024 nömrəli arayışdan görünür ki, X5 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamə onlar tərəfindən verilmir. 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-42xx-xx/2024 nömrəli arayışdan görünür ki, X5 ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. AZ-İ № 377215 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 və Musayeva (Pəhlivanova) Ramilə Abbasəli qızı Sumqayıt şəhər nikah evində xx.xx.2007-ci ildə nikaha girmiş və bu barədə nikahın bağlanması haqqında aktda 2156 nömrə ilə qeyd edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin № 2-2(118)-3814/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 Abşeron Rayon Mərkəzi Xəstəxanası X19inə qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi tələbinə” dair iddiası üzrə inzibati işə baxılaraq, iddia rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi həyat yoldaşı xx.xx.1982-ci il təvəllüdlü X12 29 noyabr 2024-cü il tarixdə Abşeron rayonu,Saray qəsəbəsi,Üzümlük massivi ünvanında yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Ərizəçi həyat yoldaşı X5 ölümünün qeydə alınması barədə 1 saylı Sumqayıt regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsində yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1982-ci il təvəllüdlü X5 29 noyabr 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X5 29 noyabr 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar