Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4509/2025 26.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair (maraqlı şəxs: Maraqlı şəxs) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1905-ci ildə indiki Ermənistan Respublikasında anadan olmuş nənəsi X8 25 aprel 1995-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxx 1975-ci il tarixdə Ermənistan Resrublikasının Sisyan rayonunun Urud kəndində anadan olmuşdur. Ailəsi beş nəfərdən ibarət olmuşdur: atası. anası, atasının anası, qardaşı və özü. Bütün ailə üzvləri Ermənistan Respublikasının Sisyan rayonunun Urud kəndində doğulmuşlar. Ermənilərin törətdikləri! Milli münaqişənin nəticəsi olaraq öz doğma yurd-yuvalarından köçmək məcburiyyətində qalmışlar. Atası Urud kəndində yerləşən və mülkiyyət hüququ ilə ona məxsus olan evini 23 may 1989-cu il tarixdə milliyyətçə erməni mənşəli olan bir nəfər şəxsə məxsus olan Sumqayıt şəhəri 18-ci məhəllə, ev 1/34, mənzil 13 ilə dəyişdirmişdir. Həmin vaxtdan ailəlikcə köçüb həmin evdə yaşamağa başlamışlar. Həmin mənzilə dair atasının adma 48/1580 saylı. xx.xx.1989-cu il tarixli order də verilmişdir. Bu orderdə bütün ailə üzvlərinin adları yazılmışdır. 01 oktyabr 1993-cü il tarixdə alası X6, 02 iyun 1995-ci il tarixdə anası X4, 25 aprel 1995-ci il tarixdə nənəsi X13, 13 may 2024-cü il tarixdə qardaşı X5 vəfat etmişdir. Ailə üzvlərindən sağ qalan tək odur. ünvan 1 ünvanında yerləşən evin orderi atasının adınadır və bütün ailə üzvləri həmin evdə qeydiyyatdadır. Atasının yeganə varisi o olduğu üçün həmin evin özəlləşdirilməsi və digər sənədləşdirmənin aparılması zərurəti yaranmışdır. Bunun üçün vəfat etmiş ailə üzvlərinin ölüm şəhadətnamələri tələb olunur. Atasının, anasının və qardaşının ölüm şəhadətnamələri olsa da, nənəsinin ölüm şəhadətnaməsinin olmaması həmin evin özəlləşdirilməsi və digər sənədləşdirmələrin aparılmasına mane olur. X13 1905-ci il tarixdə indiki Ermənistan Respublikasının Sisyan rayonunun Urud kəndində anadan olmuşdur. O, 25 aprel 1995-ci il tarixdə Sumqayıt şəhərində öz yaşadığı evdə qocalığı ilə bağlı vəfal etmişdir. Onun ölümü qonşuların və yaxın qohumların gözləri qarşısında baş vrmişdir. Lazım olmadığı üçün onun vəfat etməsi ilə bağlı ölüm şəhadətnaməsi vaxtında alınmamışdır. Nənəsinin adına ölüm şəhadətnaməsinin verilməsi məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi arayış təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmiş, ona bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etməli olması tövsiyə edilmişdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi, habelə onun nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, ərizəçinin bibisidir. O da 1988-ci ilin məlum hadisələri ilə əlaqədar Ermənistan SSR-dən Sumqayıt şəhərinə köçmüşdür. X3 25 aprel 1995-ci il tarixdə Sumqayıt şəhərində ölmüş və bu şəhərdə dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, ərizəçinin əmisi qızıdır. Təsdiq edir ki, nənəsi X13 25 aprel 1995-ci il tarixdə Sumqayıt şəhərində ölmüş, elə bu şəhərdə də dəfn edilmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyeva (Məmmədova) Nəzakət Nəsrulla qızı xx xxx 1975-ci il tarixdə Ermənistan Resrublikasının Sisyan rayonunun Urud kəndində anadan olmuşdur. X1, anası X2r. -Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 01 oktyabr 1993-cü il tarixdə X6, 02 iyun 1995-ci il tarixdə X4, 13 may 2024-cü il tarixdə X5 vəfat etmişdir. -Sumqayıt şəhər XDS İK-nin təsdiq etdiyi xx.xx.1989-cu il tarixli, 9 saylı protokolunun surətindən görünür ki, 5 nəfərdən ibarət ailəsi olan X6 Ermənistan Resrublikasının Sisyan rayonunun Vorotan kəndindəki şəxsi evini Sumqayıt şəhəri 18-ci məhəllə, ev 1/34, mənzil 13 ilə dəyişdirmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-Ə-25xx/xx/2024 saylı məktubdan görünür ki, X8 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - AR TƏBİB PHŞ 2 saylı ASM-nin xx.xx.2025-ci il tarixli, 226 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri, məhəllə 18, ev 1/34, mənzil 13-də qeydiyyatda olan 1905-ci il təvəllüdlü mərhum X8 ölüm fakti ilə əlaqədar Sumqayıt şəhər 2 nömrəli ASM-də heç bir məlumat yoxdur. Sumqayıt şəhər Bələdiyyəsi 76-cı məhəllə üzrə 4-cü məhəllə Komitəsinin 76 saylı arayışından görünür ki, X13 xx.xx.1995-ci il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbirstanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin nənəsi X13 xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində, ev şəraitində ölmüş və Sumqayıt şəhər qəbirstanlığında dəfn edilmişdir. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd başqa cür alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-4509/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4509/2025
26.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver