Məhkəmə qərarları › İş №2(060)-4510/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4510/2025

03.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4510/2025 03.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Behbudova Aynur Mirzalı qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə mürаciət edərək, məhkəmədən cavabdehlə aralarında mediasiya prososesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT30/2025-00350 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər nikah evi tərəfindən 27 noyabr 2004-cü il tarixində 1389 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikahları xx.xx.2019-cu ildə pozulmuşdur. Mediasiya prosesində cavabdehlə aralarında xx.xx.2025ci il tarixli, MŞS/MT30/2025-00350 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən mediasiya prosesində o, Ərizəçi və Maraqlı şəxs övladları – xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-5954/2020 nömrəli qətnaməsinə əsasən təyin olunmuş hər ay hər uşağa görə 150 manat ümumillikdə 300 manat aliment artırılaraq hər ay hər uşağa görə 250 manat ümumillikdə 500 manat məbləğində olması barədə razılıq əldə etmişlər. Maraqlı şəxs həmin alimenti hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəməklə bağlı öhdəlik götürmüşdür. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul etdiyini bildirdi. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəlhüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Sumqayıt Şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İİ seriyalı, 141455 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2008-cü ilin 08-ci ayının 06-cı günündə 3504 nömrə ilə qeyd edilmişdir. Atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Sumqayıt Şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ seriyalı, 834156 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2012-ci ilin 04-cü ayının 05-ci günündə 1561 nömrə ilə qeyd edilmişdir. Atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Tərəflər arasında mediasiya proseduru çərçivəsində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs övladları xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-5954/2020 nömrəli qətnaməsinə əsasən təyin olunmuş hər ay hər uşağa görə 150 (yüz əlli) manat, ümumillikdə 300 (üç yüz) manat aliment artırılaraq hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat, ümumillikdə 500 (beş yüz) manat məbləğində olması barədə razılıq əldə etdilər və Maraqlı şəxs həmin alimenti hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəmək barədə öhdəlik götürür. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli, AZ-İ seriyalı, 451821 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 05 may 2019-cu il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin 08-ci ayının 04-cu günündə 405 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Seyidova soyadı verilmişdir. Əsaslandırıcı hissə: Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizədə dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsi ilə bağlı tələb olmadığından ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT30/2025-00350 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.

1. Ərizəçi və Maraqlı şəxs övladları xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-5954/2020 nömrəli qətnaməsinə əsasən təyin olunmuş hər ay hər uşağa görə 150 (yüz əlli) manat, ümumillikdə 300 (üç yüz) manat aliment artırılaraq hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat, ümumillikdə 500 (beş yüz) manat məbləğində olması barədə razılıq əldə etdilər və Maraqlı şəxs həmin alimenti hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəmək barədə öhdəlik götürür. Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtləri üzrə icra etdiyi öhdəliyi (ödədiyi alimentin məbləğləri) nəzərə alınsın. Qətnamə alimentə dair hissədə dərhal icraya yönəldilsin. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar