Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4518/2023 21.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə 21 avqust 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1940-cı il təvəllüdlü Əliəkbər Sultan oğlunun xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri Kristal 2, bina 6, mənzil 28 ünvanda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 17:40-da Sumqayıt şəhəri ST.Sumqayıt ev 51-də qeydiyyatda olan, atası XX.XX.1940-cı il təvəllüdlü X2 rayonu, Xırdalan şəhəri, Kristal 2, bina 6, mənzil 28 ünvanda dünyasını dəyişmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2023-cü il tarixdə PHŞ-6-20/2-S-304-42-259/2023 saylı cavab məktubunda qeyd olunur ki, Sizin xx.xx.2023-cü il tarixli, XX.XX.1940-cı il təvəllüdlü Əliəkbər Sultan oğlunun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi ilə bağlı müraciətinizə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanm ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. XX.XX.1940-cı il təvəllüdlü Əliəkbər Sultan oğlunun ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. Bu barədə Maraqlı şəxsnə müraciət etsə də, XX.XX.1940-cı il təvəllüdlü Əliəkbər Sultan oğlunun adına “ölüm haqqmda tibbi şəhadətnamə” verməkdən imtina etdilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün təsdiq edən arayışı təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyiniz məsləhət görülür. Ona görə də məhkəməyə müraciət edir. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və əlavə oalarq qeyd etdi ki, atasının vəziyyəti çox pis olduğu üçün təcili yardım çağırmışlar. Atası rəhmətə gedəndən sonra yenidən X11 çağırmışlar. Təcili yardım onlara atasının Xırdalan rayonunda qeydiyyatda olmadığına görə ölüm kağızı verə bilmədiklərini bildirmişdir. Əlavə olaraq onu da qeyd edir ki, atalarının məzar daşı hələlik hazır deyil. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atası may ayında rəhmətə gedib. O, mərhumun yas və dəfn mərasimdə iştirak etmişdir. Şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, ərizəçi anasının dayısı qızıdır. Ərizəçinin atası 16 mayda rəhmətə gedib. O, mərhumun yas və dəfn mərasimdə iştirak etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsi Ərizəçi XX.XX.1940-cı il təvəllüdlü Əliəkbər Sultan oğlunun ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İşdə olan V-JQ 480115 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X3, anası X1r. İşdə olan “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi XX.XX.1940-cı il təvəllüdlü Əliəkbər Sultan oğlunun ölümünün baş vermə səbəbi məlum olmadığından, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi Stansiya Sumqayıt və Yük həyəti rayonu ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 13 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Əliəkbər Sultan oğlu xx.xx.2023-cü ildə ST.Sumqayıt qəbristanlığında dəfn olunmuşdur. İşdə olan “Abşeron rayon Mərkəzi Xəstəxanası” X8 X11 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, Xırdalan şəhəri Kristal 2, bina 6, mənzil 28 ünvanında XX.XX.1940-cı il təvəllüdlü Əliəkbər Sultan oğlunun meyiti aşkar edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin atası XX.XX.1940-cı il təvəllüdlü Əliəkbər Sultan oğlu xx.xx.2023-cü il tarixində Xırdalan şəhərində vəfat etmişdir. Bu fakt Sumqayıt şəhər Bələdiyyəsi Stansiya Sumqayıt və Yük həyəti rayonu ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 13 nömrəli, xx.xx.2023-cü il tarixli arayışı və “Abşeron rayon Mərkəzi Xəstəxanası” X8 X11 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsi və şahid ifadələri ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin atası XX.XX.1940-cı il təvəllüdlü Əliəkbər Sultan oğlunun xx.xx.2023-cü il tarixində Xırdalan şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1940-cı il təvəllüdlü Əliəkbər Sultan oğlunun xx.xx.2023-cü il tarixində Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəmsəsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4518/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4518/2023
21.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver