Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4579/2021 30.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızının Cavabdehlər Cavabdeh1 və Sumqayıt «ASAN xidmət» Mərkəzinin Notariat Kontoruna qarşı «vərəsə kimi tanınma və vərəsəlik işinin ləğvi tələbinə» dair mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.10.2020-ci ildə vəfat etmiş X1 vərəsəsi kimi tanınmağı və Sumqayıt «ASAN xidmət» Mərkəzinin Notariat Kontorunda açılmış vərəsəlik işinin ləğv olunması barədə qətnamə cıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini icraata qəbul edərək hazırki iş üzrə məhkəmə baxışı iclasını 30 iyun 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib müəyyən etdi ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Sumqayıt «ASAN xidmət» Mərkəzinin Notariat Kontoruna qarşı «vərəsə kimi tanınma və vərəsəlik işinin ləğvi tələbinə» dair 2(060)-3934/2021 nömrəli mülki iş vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin icraatında olan 2(060)-4579/2021 nömrəli mülki iş və 2(060)-3934/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün onların bir icraatda birləşdirilməsi məqsədəuyğundur. Qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-nin 169.3, 263-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiacı Behbudova (Əkbərova) Sona Hüseyn qızının cavabdehlər Cavabdeh1 və Sumqayıt «ASAN xidmət» Mərkəzinin Notariat Kontoruna qarşı «vərəsə kimi tanınma və vərəsəlik işinin ləğvi tələbinə» dair 2(060)-4579/2021 nömrəli mülki iş 2(060)-3934/2021 nömrəli mülki işdə birləşdirilsin. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-4579/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4579/2021
30.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver