Məhkəmə qərarları › İş №2(060)-4603/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4603/2024

02.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4603/2024 02.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf 1 saylı Sumqayıt Regional «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxx 1955-ci il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Bildirmək istəyir ki, 17 aprel 1983-cü il təvəllüdlü X4 onun qızıdır. Qızı – Şəlalə Qocayeva 10 may 2024-cü il tarixdə vəfat etmişdir. Qeyd edir ki, dərhal bu barədə Sumqayıt Şəhər Təcili və X3 Stansiyasına məlumat verilmişdir. Bildirmək istəyir ki, mərhum qızının sənədinin alınması ilə bağlı iş üzrə maraqlı şəxs 1 saylı Sumqayıt Regional «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsinə müraciət etsə də, ərizənin icrasından imtina edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, hazırki mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Qeyd edilənlərə əsasən qızı - 17 aprel 1983-cü il təvəllüdlü X1 10 may 2024-cü il tarixdə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, qızı axşam yatmış,səhər durub görmüşlər ki, rəhmətə gedib. Xəbəri də olmamışdır. Təcili Tibbi Yardım və polis gəlmişdir. Bu faktın müəyyən olunması uşaqların sənədləri üçün lazımdır. Yas isə 6-cı mikrorayonda keçirilmişdir. Sumqayıt şəhərində də dəfn olunmuşdur. Maraqlı tərəf 1 saylı Sumqayıt Regional «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsinə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, 1 saylı Sumqayıt Regional «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsinin Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 26 iyul 2024-cü il tarixli, 3-16-5/8-13-2502/2024 nömrəli məlumatına əsasən, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak etməkləri üzrlü səbəbdən mümkün olmadığından nəzərə alınması xahiş olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf 1 saylı Sumqayıt Regional «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, ərizəçi ilə eyni binada yaşayırlar. Tezdən övladı gəlmişdir ki, anası onu çağırır. O da getdikdə görmüşdür ki, ərizəçinin qızı ölmüşdür. Xəstəliyi olmamışdır. Polis orqanları ilə TTY-də gəlmişdir. Yas olduqda o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Kamilə ilə qonşudurlar. Qızının başqa bir xəstəliyi olmamışdır. 10 may 2024-cü il tarixdə ölmüşdür. Yas mərasimi həyətdə keçirilmiş, Sumqayıt şəhərində dəfn olunmuşdur. İş materiallarında olan: 1 saylı Sumqayıt Regional «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-16xx-xx/2024 nömrəli ərizəyə cavabdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3cü PB tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 58-3/2-A-6615 nömrəli müraciətə cavabdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü qızı X1 xx.xx.2024-cü il tarixdə yaşadığı mənzildə öz əcəli ilə ölməsi hadisəsində hər hansı kriminal hadisə aşkar olunmadığından və şikayətləri olmadığından müraciətləri əsasında toplanmış material işə tikilərək PB-nin dəftərxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Sumqayıt Tibb Mərkəzi” X14 Təcili Tibbi Yardım Stansiyasının 1343 nömrəli, 10 may 2024-cü il tarixli X10 ünvanlanmış ərizəyə cavabından görünür ki, Sumqayıt Şəhər Təcili və X3 Stansiyasının müdiriyyəti bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 0655-də ünvan 5 ünvanında yaşayan 1983-cü il təvəllüdlü X4 adına 66 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1983-cü il təvəllüdlü X1 meyidini aşkar etmişdir. Demələrinə görə mərhum RƏD-də qeydiyyatda olmuş, səhər qəflətən rəhmətə getmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. Ölüm hadisəsi barədə polisə məlumat verilmiş və meyit polis əməkdaşlarına təhvil verilmişdir. İХ-ЖГ seriyalı, 359226 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 17 aprel 1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 17 aprel 1983-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abbasova X6 rayonunda xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. ünvan 8 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi qızı 17 aprel 1983-cü il təvəllüdlü X4 10 may 2024-cü il tarixdə ünvan 9 ünvanında vəfat etmişdir. Ərizəçi qızı X1 ölümünün qeydə alınması barədə 1 saylı Sumqayıt Asan xidmət Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, 17 aprel 1983-cü il təvəllüdlü X1 10 may 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 17 aprel 1983-cü il təvəllüdlü X1 10 may 2024-cü il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar