Məhkəmə qərarları › İş №2(060)-463/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-463/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-463/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 MMC-yə qarşı «pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılmasına və ipoteka predmetinin boşaldılması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 MMC-yə qarşı «pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılmasına və ipoteka predmetinin boşaldılması tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 18.01.2019-cu il tarixli, sm5698 saylı kredit müqaviləsi üzrə əsas borca görə 114.849,28 manat, faiz borcuna görə 30.779,21 manat, cərimə borcuna görə 26.113,60 manat olmaqla borcun cəmi məbləğində 171.742,09 manat kredit borcunun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 60 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh5 məxsus olan ünvan 1 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən bağ evinə, Cavabdeh7 MMC-yə məxsus olan 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016838 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993773 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016839 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993766 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016841 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995730 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016842 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995736 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016843 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995740 mühərrik nömrəli, İSUZU ECOBUS avtobusun və Cavabdeh3 Həsən oğluna məxsus: 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016836 olan, ağ rəngli, ** CU *** qeydiyyat nişanlı, 993748 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NSANPR66P9S102574 olan, ağ rəngli, ** HX *** qeydiyyat nişanlı, 737085 mühərrik nömrəli, İSUZU SAZ N037 avtobus markalı nəqliyyat vasitələrinə yönəldilməsi, Cavabdeh5 məxsus ünvan 2 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən bağ evinin ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 18.01.2019-cu il tarixli, sm5698 saylı kredit müqaviləsi üzrə cəmi 171.742,09 manat kredit borcunun və 60 manat dövlət rüsumu məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 2 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən bağ evinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh5 və Cavabdeh6 çıxarılmaları, əmlakın boşaldılmış vəziyyətdə təhvil verilməsi və cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 18.01.2019-cu il tarixli, sm5698 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.01.2019-cu il tarixli, sm5698 saylı kredit müqaviləsinə əsasən illik 19 faiz dərəcəsi olmaqla, 60 ay müddətinə 130.568 manat məbləğində kredit verilmişdir. 18.01.2019-cu il tarixli, sm5698 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa Cavabdeh1 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə İddiaçı ASC arasında 18.01.2019-cu il tarixli, sm5698 saylı zaminlik müqavilələri bağlanılmışdır. Aərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu məcəllədə və ya zaminlik subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maliyyə arayışına əsasən Cavabdeh1 18.01.2019-cu il tarixli, sm5698 saylı kredit müqaviləsi üzrə əsas borca görə 114 849,28 manat, faiz borcuna görə 30.779,21 manat, cərimə borcuna görə 26.113,60 manat olmaqla borcun cəmi məbləği 171.742,09 manat təşkil edir. 18.01.2019-cu il tarixli, sm5698 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh5 məxsus olan ünvan 1 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən bağ evi İddiaçı ASC qarşısında 21.01.2019-cu il tarixli, sm5698 saylı sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, bundan başqa Cavabdeh7 MMC-yə məxsus olan 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016838 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993773 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016839 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993766 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016841 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995730 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016842 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995736 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016843 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995740 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus 18.01.2019-cu il tarixli, sm5698/2 nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş, bundan başqa Cavabdeh3 Həsən oğluna məxsus: 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016836 olan, ağ rəngli, ** CU *** qeydiyyat nişanlı, 993748 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NSANPR66P9S102574 olan, ağ rəngli, ** HX *** qeydiyyat nişanlı, 737085 mühərrik nömrəli, İSUZU SAZ N037 avtobus markalı nəqliyyat vasitələri İddiaçı ASC-nin Sumqayıt filialı qarşısında 18.01.2019-cu il tarixli, sm5698/3 nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Odur ki, göstərilənlərə və mövcud qanunvericiliyin tələblərini rəhbər tutaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərdi ki, onun banka ödənilməmiş kredit borcu vardır. Onun maddi imkanı yaxşı olmadığına görə banka olan borcunu ödəyə bilməmişdir. Buna baxmayaraq o, banka olan borcunu ödəyəcəkdir. Bundan başqa o, qətnamə qəbul edilərkən məhkəmədən cərimə borcunun azaldılmasını xahiş edir. Cavabdehlər Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.01.2019-cu il tarixli, sm5698 saylı kredit müqaviləsinə əsasən illik 19 faiz dərəcəsi olmaqla, 60 ay müddətinə 130.568 manat məbləğində kredit verilmişdir. 18.01.2019-cu il tarixli, sm5698 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə İddiaçı ASC arasında 18.01.2019-cu il tarixli, sm5698 saylı zaminlik müqavilələri bağlanılmışdır. İş materiallarında olan ipoteka müqavilələrindən görünür ki, 18.01.2019-cu il tarixli, sm5698 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh5 məxsus olan ünvan 1 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən bağ evi İddiaçı ASC qarşısında 21.01.2019-cu il tarixli, sm5698 saylı sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, bundan başqa Cavabdeh7 MMC-yə məxsus olan 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016838 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993773 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016839 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993766 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016841 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995730 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016842 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995736 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016843 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995740 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus 18.01.2019-cu il tarixli, sm5698/2 nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş, bundan başqa Cavabdeh3 Həsən oğluna məxsus: 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016836 olan, ağ rəngli, ** CU *** qeydiyyat nişanlı, 993748 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NSANPR66P9S102574 olan, ağ rəngli, ** HX *** qeydiyyat nişanlı, 737085 mühərrik nömrəli, İSUZU SAZ N037 avtobus markalı nəqliyyat vasitələri İddiaçı ASC-nin Sumqayıt filialı qarşısında 18.01.2019-cu il tarixli, sm5698/3 nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan bildiriş və xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər banka olan borclarını ödəmələri və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məlumatlandırılmışlar. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən bağ evi Cavabdeh5 məxsusdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016838 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993773 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016839 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993766 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016841 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995730 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016842 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995736 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016843 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995740 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus Cavabdeh7 MMC-yə, 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016836 olan, ağ rəngli, ** CU *** qeydiyyat nişanlı, 993748 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NSANPR66P9S102574 olan, ağ rəngli, ** HX *** qeydiyyat nişanlı, 737085 mühərrik nömrəli, İSUZU SAZ N037 avtobus Cavabdeh3 Həsən oğluna məxsusdur. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş hesabatlardan görünür ki, Cavabdeh5 məxsus olan ünvan 1 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən bağ evinin bazar qiyməti 70.000 manat, likvid qiyməti 55.000 manat, Cavabdeh7 MMC-yə məxsus olan 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016838 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993773 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı avtomobilin bazar dəyəri 24.000 manat, likvid dəyəri 21.600 manat, 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016839 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993766 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı avtomobilin bazar dəyəri 24.000 manat, likvid dəyəri 21.600 manat, 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016841 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995730 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı avtomobilin bazar dəyəri 24.000 manat, likvid dəyəri 21.600 manat, 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016842 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995736 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı avtomobilin bazar dəyəri 24.000 manat, likvid dəyəri 21.600 manat, 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016843 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995740 mühərrik nömrəli, İSUZU ECOBUS avtobusun bazar dəyəri, 24.000 manat, likvid dəyəri 21.600 manat, Cavabdeh3 Həsən oğluna məxsus olan 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016836 olan, ağ rəngli, ** CU *** qeydiyyat nişanlı, 993748 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı avtomoblin bazar dəyəri 24.000 manat, likvid dəyəri 21.600 manat; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NSANPR66P9S102574 olan, ağ rəngli, ** HX *** qeydiyyat nişanlı, 737085 mühərrik nömrəli, İSUZU SAZ N037 avtobus markalı avtomoblin bazar dəyəri 18.000 manat, likvid dəyəri 16.200 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İşin müəyyən edilən hallarına əsasən məhkəmə belə hesab edir ki, cavabdehlər müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun: 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. İddia tələbindən göründüyü kimi Cavabdeh1 eyni zamanda hesablanmış 26.113,60 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 300 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən 30 manat məbləğində dövlət rüsumu və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün 30 manat olmaqla, cəmi 60 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən 30 manat məbləğində dövlət rüsumu və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün 30 manat olmaqla, cəmi 60 manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 18.01.2019-cu il tarixli, sm5698 saylı kredit müqaviləsi üzrə əsas borca görə 114.849,28 manat, faiz borcuna görə 30.779,21 manat, cərimə borcuna görə 300 manat olmaqla borc, cəmi 145.928,49 manat kredit borcu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi 60 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb Cavabdeh5 məxsus olan ünvan 1 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən bağ evinə, Cavabdeh7 MMC-yə məxsus olan 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016838 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993773 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016839 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993766 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016841 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995730 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016842 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995736 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016843 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995740 mühərrik nömrəli, İSUZU ECOBUS avtobusun, Cavabdeh3 Həsən oğluna məxsus: 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016836 olan, ağ rəngli, ** CU *** qeydiyyat nişanlı, 993748 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NSANPR66P9S102574 olan, ağ rəngli, ** HX *** qeydiyyat nişanlı, 737085 mühərrik nömrəli, İSUZU SAZ N037 avtobus markalı nəqliyyat vasitələrinə yönəldilməli, ipoteka predmetləri olan Cavabdeh5 məxsus olan ünvan 1 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən bağ evinin likvid qiyməti 55.000 manat, Cavabdeh7 MMC-yə məxsus olan 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016838 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993773 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı avtomobilin likvid dəyəri 21.600 manat, 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016839 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993766 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı avtomobilin likvid dəyəri 21.600 manat, 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016841 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995730 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı avtomobilin likvid dəyəri 21.600 manat, 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016842 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995736 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı avtomobilin likvid dəyəri 21.600 manat, 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016843 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995740 mühərrik nömrəli, İSUZU ECOBUS avtobusun likvid dəyəri 21.600 manat, Cavabdeh3 Həsən oğluna məxsus olan 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016836 olan, ağ rəngli, ** CU *** qeydiyyat nişanlı, 993748 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı avtomoblin likvid dəyəri 21.600 manat; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NSANPR66P9S102574 olan, ağ rəngli, ** HX *** qeydiyyat nişanlı, 737085 mühərrik nömrəli, İSUZU SAZ N037 avtobus markalı avtomoblin likvid dəyəri 16.200 manat müəyyən edilməli, həmin əmlak açıq hərracdan satılmalı və həmin əmlakların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 18.01.2019-cu il tarixli, sm5698 saylı kredit müqaviləsi üzrə cəmi 145.928,49 manat kredit borcu və 60 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, ipoteka predmeti olan Cavabdeh5 məxsus ünvan 2 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən bağ evinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalı, ipoteka predmetinin açıq hərracdan satışından əldə edilmiş vəsait qeyd olunan 18.01.2019-cu il tarixli, sm5698 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmadığı halda, qalan borc cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 18.01.2019-cu il tarixli, sm5698 saylı kredit müqaviləsi üzrə əsas borca görə 114.849,28 manat, faiz borcuna görə 30.779,21 manat, cərimə borcuna görə 300 manat olmaqla, cəmi 145.928,49 manat kredit borcu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi 60 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh5 məxsus olan ünvan 1 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən bağ evinə, Cavabdeh7 MMC-yə məxsus olan 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016838 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993773 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016839 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993766 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016841 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995730 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016842 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995736 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016843 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995740 mühərrik nömrəli, İSUZU ECOBUS avtobusun, Cavabdeh3 Həsən oğluna məxsus: 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016836 olan, ağ rəngli, ** CU *** qeydiyyat nişanlı, 993748 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NSANPR66P9S102574 olan, ağ rəngli, ** HX *** qeydiyyat nişanlı, 737085 mühərrik nömrəli, İSUZU SAZ N037 avtobus markalı nəqliyyat vasitələrinə yönəldilsin, ipoteka predmetləri olan Cavabdeh5 məxsus olan ünvan 1 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən bağ evinin likvid qiyməti 55.000 manat, Cavabdeh7 MMC-yə məxsus olan 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016838 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993773 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı avtomobilin likvid dəyəri 21.600 manat, 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016839 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993766 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı avtomobilin likvid dəyəri 21.600 manat, 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016841 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995730 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı avtomobilin likvid dəyəri 21.600 manat, 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016842 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995736 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı avtomobilin likvid dəyəri 21.600 manat, 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016843 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995740 mühərrik nömrəli, İSUZU ECOBUS avtobusun likvid dəyəri 21.600 manat, Cavabdeh3 Həsən oğluna məxsus olan 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016836 olan, ağ rəngli, ** CU *** qeydiyyat nişanlı, 993748 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı avtomoblin likvid dəyəri 21.600 manat; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NSANPR66P9S102574 olan, ağ rəngli, ** HX *** qeydiyyat nişanlı, 737085 mühərrik nömrəli, İSUZU SAZ N037 avtobus markalı avtomoblin likvid dəyəri 16.200 manat müəyyən edilsin, həmin əmlaklar açıq hərracdan satılsın və həmin əmlakların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 18.01.2019-cu il tarixli, sm5698 saylı kredit müqaviləsi üzrə cəmi 145.928,49 manat kredit borcu və 60 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İpoteka predmeti olan Cavabdeh5 məxsus ünvan 2 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən bağ evinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən çıxarılsınlar və həmin mənzil boşaldılsın. İpoteka predmetinin açıq hərracdan satışından əldə edilmiş vəsait qeyd olunan 18.01.2019-cu il tarixli, sm5698 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmadığı halda, qalan borc cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar