Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4660/2020 07.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, atası, X1 xx.xx.2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, atası X5 xx xxxxx 1964-cü ildə anadan olmuşdur. xx xxxxxxxx 2019-cu il tarixdə atası ünvan 1 ünvanında vəfat etmişdir. Atasını Azərbaycan Respublikası ərazisində Lerik rayonu, Bürsülüm kənd qəbirstanlığında dəfn etmişlər. Bütün bunları şahidləri və verilən arayışlar vasitəsilə təsdiq edə bilər. Sumqayıt şəhər Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etdiyinə görə atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Sumqayıt şəhər Səhiyyə Şöbəsi Təcili və X4 Stansiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 1922 №-li arayışda bildirilmişdir ki, briqada ünvana çatdığı zaman atası X1 meyidi aşkar edilmiş və müayinə zamanı meyit üzərində gözlə görünən zədə əlamətləri aşkar edilməmişdir. Atası ölümündən iki gün əvvəl xəstələndiyi üçün həkimin təyinatı ilə “Seftriakson" inyeksiyası edilmiş, ürəkbulanma, boğulma baş vermiş və keçinmişdir. Eyni zamanda Sumqayıt şəhər 1-ci Polis Bölməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1872-1 №-li arayışında göstərilmişdir ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1964-cü il təvəllüdlü X5 yaşadığı ünvanda qəfləti olaraq vəfat etmişdir. Araşdırma zamanı X1 vəfatında heç bir cinayət hadisəsi aşkar olunmamışdır. O, Sumqayıt şəhər Qeydiyyat şöbəsinə atasının ölüm qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Lakin Sumqayıt şəhər Qeydiyyat şöbəsindən ona məktubla bildirilmişdir ki, həkim arayışı olmadığına görə ölüm haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmək lazımdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, ərizəçinin qonşusudur. O, mərhum X3 da tanıyırdı. Ərizəçinin atası ölən günü o da həmin vaxtı orda olmuşdur. Həmin vaxt o, mərhum X1 şokda olduğunu görmüşdür. Həmçinin o, mərhumun yas mərasimində də iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, mərhum X1 tanıyır. Belə ki, onlar 30-35 illik ailə dost olmuşlar. O, da mərhum X1 yas mərasimində iştirak etmişdir. Onlar mərhumu Lerik rayonunda dəfn edilmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-445/15 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhər qeydiyyat şöbəsi ərizəçinin xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və baqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən Olüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsi Təcili və X4 Stansiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1922 nömrəli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 20:15-də ünvan 3 ünvanına 1964-cü il təvəllüdlü X5 adına 74 nömrəli çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda 1964-cü il təvəllüdlü X1 meyiti aşkar edilmişdir. İş materiallarında olan Lerik rayon İcra Hakimiyyəti başçısının Bürsülüm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 241 nömrəli arayışdan görünür ki, həqiqətən də X1 meyidi Bürsülüm kənd qənristanlığında dəfn olunmuşdur. Beləliklə, ərizəçinin izahatı və şahidin ifadəsi ilə, həmçinin iş materiallarında olan sənədlərlə xx.xx.1964-cü il təvəllüdlü X1 xx.xx.2019-cu ildə vəfat etməsi faktı öz təsdiqini tapmışdır. Eyni zamanda, müəyyən olunmuşdur ki, Ərizəçinın xx.xx.1964-cü il təvəllüdlü X1 ölümünü təsdiq edən sənədi başqa qaydada ala bilməsi mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, xx.xx.1964-cü il təvəllüdlü X1 xx.xx.2019-cu ildə vəfat etməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X1 xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-4660/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4660/2020
07.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver