Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-467/2025 06.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin direktoru Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 MMC-yə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 MMC-yə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin 1.94 kv.metrinə görə ondan artıq alınmış 873 manat pulun (22068:49.04x1.94=873) artıq alınmış pulun vaxtında qaytarılmamasına görə illik beş faiz olmaqla 43.65 manat pulun, artıq alınmış pulun vaxtında qaytarılmamasına görə Mərkəzi Bankın müəyyən etdiyi illik faiz uçot dərəcəsinə uyğun olaraq 63.29 manat pulun (873 manat x 7.25%=63.29), cəmi 979.94 (doqquz yüz yetmiş doqquz səkkiz doxsan dörd qəpik) manat pulun (873+43.65+63.29=979.94) və iddianın qiyməti olan 30 manat məbləğində dövlət rüsumunun müştərək formada birgə cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC-dən tutularaq birdəfəlik qaydada ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" MTK arasında “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 13 avqust 2012-ci il tarixli, 149 saylı fərdi müqavilə bağlanıb. Müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.04 kv.m olan 1 otaqlı 90 nömrəli mənzil 22068 (iyirmi iki min altmış səkkiz) manat ödəməklə ona verilib. Lakin mənzil üzərində mtilkiyyət hüququmu təsdiq edən dövlət reyestrindən Çıxarışı əldə etdikdə mənzilin ümumi sahəsinin miiqavilədə qeyd ediləndən az - 47.10 kv.m. olduğu aşkar olub. Qeyd edir ki, cavabdeh "xxxx" MTK-nın bina sakinlərinə qarşı qanunsuz hərəkətləri ilə bağlı dövlət orqanlarına müraciətlər zamanı Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Sumqayıt regional X3 İdarəsi tərəfindən onlara verilmiş 07 iyun 2023-cü il tarixlı cavab məktubunda bildirilib ki, “...Yaşavış binası (mənzillərin yerləşdiyi bina) "xxxx" MTK tərəfındən inşa edilib və X3 Xidmətinin 07 fevral 2018-ci il tarixli, 0065 nömrəli aktı ilə istismara qəbul edilib. Hal-hazırda "xxxx" MTK fəaliyyətini dayandırmış və yaşayış binası Cavabdeh2 MMC-yə təhvil verilmişdir”. Cavab məktubunda cavabdeh "xxxx" MTK-nın fəaliyyətinin dayandırıldığı və yaşadıqları binanın digər Cavabdeh2 MMC-yə təhvil verildiyi qeyd edilsə də, Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində “vergi ödəyiciləri barədə məlumat” bölməsində VÖEN üzrə axtarış zamanı hər iki hüquqi şəxsin adı çıxır. Odur ki, mənzilinin sahəsinə görə ondan artıq pul alındığını aşkar etdikdə hər iki hüquqi şəxsə bu barədə 22 noyabr 2023-cü il tarixli pretenziya məktubları göndərib. Pretenziya məktublarında cavabdehlər tərəfindən mənzilin 1.94 kv.metrinə görə artıq alınmış 873 manat pulun (22068:49.04.x1.94=873) ona ödənilməsini istəyib. Cavabdehlər pretenziya məktublarına cavab verməyiblər. Ona görə də pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehlər müqavilədə mənzilinin sahəsini qanunvericilikdə nəzərdə tutulduğundan artıq göstərməklə ondan qanunsuz olaraq artıq pul alıblar. Cavabdehlərdən pulun qaytarılması barədə tələbindən sonra da ondan artıq aldıqları pulu geri qaytarmayıblar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququ pozulub. Cavabdehlər özgəsinin mülkiyyətini özlərində saxlayırlar. Bunu bildikləri və bilməli olduqları üçün cavabdehlər vicdansız sahibdirlər. Bu mülkiyyət hesabına cavabdehlər əsassız varlanıblar. Ondan artıq aldıqları pulu özlərində saxlayıb xeyrini görməklə cavabdehlər onun mülkiyyəti hesabına hazırda əsassız varlanmış şəxs dummundadırlar. Cavabdehlər bu vəziyyəti davam etdirirlər, özgəyə aid əmlakı vermirlər. Cavabdehlər pulun qaytarılması barədə tələbinə məhəl qoymamaqla pulun qaytarılmasını əsassız ləngitməklə məşğuldurlar. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, vurulmuş maddi zərərin əvəzinin cavabdeh "xxxx" MTK-dan tutulub ona verilməsini xahiş etmişdir. Hesab edirlər ki, iddiaçı tərəfindən “Sultan“ MTK-ya qarşı irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. İddiaçı məhkəməyə təqdim etdiyi ərizədə bildirir ki, onunla "xxxx" MTK arasında bağlanmış çox mənzilli yaşayış binasının tikintisi haqqında xx.xx.2012-ci il tarixli, 149 saylı fərdi müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49.04 kv.m olan bir otaqlı 90 nömrəli mənzil dəyəri ödənildikdən sonra onun mülkiyyətinə verilmişdir. Mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarışı əldə etdikdə mənzilin ümumi sahəsinin müqavilədə qeyd ediləndən az-47.10 kv.m. olduğu aşkar olunmuşdur. Bildirmək istəyirlər ki, "xxxx" MTK xx.xx.2012-ci il tarixli, 149 saylı müqavilə üzrə mənzilin tikintisi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və bu qəbildən olan münasibətləri tənzimləyən mövcud qanunvericiliyinin tələblərinə tam riayət etməklə tikintisi başa çatmış mənzili İddiaçı mülkiyyətinə vermişdir. İddiaçı aldığı 90 nömrəli mənzilə köçdükdən sonra orada yenidənqurma və təmir işlərini aparmışdır. Təbii ki, mənzildə qeyd olunan işlər görüldükdən sonra mənzilin ümumi sahəsində azalmanın baş verməsi qaçılmaz olmuşdur. Mənzildə təmir işlərinin aparılması nəticəsində mənzilin ümumi sahəsi 47.10 kv. m. qədər azalmışdır. Qeyd etməlidirlər ki, binada yerləşən mənzillər təsdiq edilmiş layihə əsasında tikilmiş və iddiaçının mülkiyyətinə verilmiş 90 nömrəli mənzillin layihəsində eyvan nəzərdə tutulduğu halda, iddiaçıya verilmiş mənzilin texniki pasportunda layihədə göstərilənlərdən fərqli olaraq eyvan səhvən balkon kimi göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektin sahəsinin və həcmininn hesablanması” Qaydalarının 2-ci bəndində eyvanın və balkonun anlayışları aydm olaraq göstərilmişdir. Mənzilin texniki pasportu tərtib edilən zaman Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanmda Əmlak Məsələləri Dövlət Xidməti Daşmmaz Əmlakm Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəsmi sənədin qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməməsinə görə cavabdeh olan şəxslər tərəfindən yol verilmiş diqqətsizlik nəticəsində eyvan balkon kimi göstərilmişdir. Eyvanla balkonun əmsalları fərqli olduğuna görə, mənzilin ümumi sahəsi hesablanarkən aşkar səhvlərə yol verilmişdir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinin tələbinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi bair və ara divarlarının habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektin sahəsinin və həcmininn hesablanması” Qaydaların 3.2-ci bəndində göstərilir ki, yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri clivar və arakəsmələrin tamamlanmış sətlıləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba almmadan) ölçülməkə təyin edilir. Həmin Qaydaların 3.8-ci bəndində göstərilir ki, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarma vurulmaqla hesablanır. AR Mülki Məcəlləsinin 21.3cü maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə almmalıdır. Hesab edirik ki, mənzilin ümumi sahəsinin azalması iddiaçmm həmin mənzildə apardığı təmir işlərinin və mənzilin texiki pasportu tərtib olunan zaman buraxılmış kobud səhvlər nəticəsində yarandığma görə, "xxxx" MTK mülki məsuliyyət daşıya bilməz. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən İddiaçı "xxxx" MTK qarşı vurulmuş maddi zərərirı əvəzinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
4. Eyni zamanda cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, vurulmuş maddi zərərin əvəzinin cavabdeh "xxxx" MTK-dan tutulub ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim olunmuş iddia ərizəsində bildirir ki, onunla "xxxx" MTK arasmda bağlanmış çox mənzilli yaşayış binasının tikintisi haqqında xx.xx.2012-ci il tarixli, 149 saylı fərdi müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49,04 kv.m olan birotaqlı 90 nömrəli mənzil dəyəri ödənildikdən sonra onun mülkiyyətinə verilmişdir. Mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarışı əldə etdikdə mənzilin ümumi sahəsinin müqavilədə qeyd ediləndən az - 47.10 kv.m. olduğu aşkar olunmuşdur. Bildirmək istəyirlər ki, "xxxx" MTK xx.xx.2012-ci il tarixli, 149 saylı müqavilə üzrə mənzilin tikintisi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və bu qəbildən olan münasibətləri tənzimləyən mövcud qanunvericiliyinin tələblərinə tam riayət etməklə tikintisi başa çatmış mənzili 2012-ci ildə iddiaçının sahibliyinə vermişdir. İddiacı aldığı 90 nömrəli mənzili təmir etdikdən sonra həmin mənzilə köçmüş və o vaxtdan orada yaşayır. AR Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçiin iddia müddəti sayılır. AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Hesab edirlər ki, İddiaçı mövcud mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürdüyünə görə, onun tərəfindən "xxxx" Mənzil Tikintı Kooperativə qarşı irəli sürülmüş iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativə qarşı ”vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə” dair iddia tələbinə iddia müddətini tətbiq edilməsini xahiş etmişdir.
5. İddiaçı məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, məhkəmənin icraatında olan iş üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən məhkəməyə iddia müddətinin tətbiqinə dair 12 noyabr 2024-cü il tarixli ərizə təqdim edilib. Cavabdeh ərizədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 373.2, 375-ci maddələrinə istinad edərək onun cavabdehə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş edib. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi aşağıdakılara əsasən qanunsuz və əsassızdır: Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən iddia edir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğuna görə o, məhkəməyə müraciət müddətini ötürüb. Əvvəla, cavabdeh müqavilə müddətinə istinad etməkdə səhvə yol verib. Çünki hazırki məhkəmə mübahisəsi müqavilə və ya öhdəliyin icrası barədə iddia deyil. İddia müddətinin tətbiqi barədə ərizənin 3-cü abzasında qeyd edilib ki, "xxxx" MTK xx.xx.2012-ci il tarixli,149 saylı müqavilə üzrə mənzilin tikintisi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və bu qəbildən olan münasibətləri tənzimləyən mövcud qanunvericiliyin tələblərinə tam riayət etməklə tikintisi başa çatmış mənzili 2012-ci ildə iddiaçının sahibliyinə vermişdir”. Göründüyü kimi, cavabdeh özü də etiraf edib ki, qeyd edilən müqavilə üzrə öhdəliyi yerinə yetirib. Öhdəlik isə mənzilin ona təhvil verilməsidir. Cavabdeh mənzili ona təhvil verməklə öhdəliyi icra edib. Hazırki məhkəmə mübahisəsində heç bir öhdəliyin icrasından söhbət getmir. Onun cavabdehdən tələbi mənzilin təhvil verilməsi, yəni müqavilə üzrə öhdəliyin icrası yox, ona vurulmuş maddi zərərin ödənilməsidir. İkincisi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasmm 60-cı maddəsi baxımmdan şərh olunmasma dair” Azrbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2013-cü il tarixli qərarında qeyd edilir ki, qanunvericilikdə, tənzimlənməsi xüsusi maraq kəsb edən, iddia müddəti şıamil edilməyən tələblər müəyyən edilmişdir. Həmin tələblərin irəli gəldiyi hüquq münasibətlərinin təbiəti və xüsusi əhəmiyyətini nəzərə alaraq dövlət belə tələblərin “müddətsiz” müdafiə edilməsinə tərainat verir. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa səxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmn Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkati etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, is görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarından da göründüyü kimi, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Onun cavabdehə qarşı hazırki iddiası öhdəliyin icrası ilə bağlı deyil, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə iddiadır. Məhkəmə mübahisəsi Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən cavabdehin mülki hüququ pozuntusuna dair (delikt) iddiadır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdeh onun hesabına əsassız varlanmış şəxs statusundadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olnıadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Mülki Məcəllənin 1092-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmahdır (1092.1). Mülki Məcəllənin 1093-cü maddəsinə görə, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər (1093.1). Ona görə də iddia tələbinə iddia müddəti tətbiq edilə bilməz. Bundan başqa, qeyd edir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi faktiki olaraq 47.10 kv.m olan 1 otaqlı 90 nömrəli mənzilinə dair ona təqdim edilmiş mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarış 21 iyun 2021-ci il tarixdə qeydə alınıb və ona təqdim edilib (Çıxarış məhkəməyə təqdim edilib). O, yalnız bundan sonra görüb ki, cavabdeh ondan mənzilə görə artıq pul alıb. Mənzilin sahəsinə görə ondan artıq pul aldığını aşkar etdikdən sonra ondan mənzilin 1.94 kv.metrinə görə artıq alınmış 873 (səkkiz yiiz yetmiş üç) manat pulun (22068:49.04x1.94=873) ona ödənilməsini istəyib. Əgər iddia müddəti tətbiq edilməli olsa, o zaman ümumi iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia miiddəti on il təşkil edir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüqüqunun pozulduşunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Cavabdehin ondan artıq pul aldığı ona mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarış təqdim edildikdən sonra (21 iyun 2021-ci il) məlum olub. Odur ki, iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz və iddia müddəti tətbiq edilə bilməz. Cavabdeh məhkəmədən iddia müddətinin tətbiqini tələb etməklə onun Konstitusiya ilə təminat verilmiş məhkəməyə müraciət hüququnu əsassız olaraq məhdudlaşdırmaq istəyir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında qeyd edilib ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir (X1rşı iş iizrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 47.2ci maddəsinə görə, işdə iştirak edən şəxslər məhkəməyə şifahi və yazılı izahatlar vermək hüququna malikdirlər. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarmı və azadlıqlarmı müdafıə etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.9-cu maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquqların məhkəmə müdafiəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci nıaddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, iddiaçı qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, onunla cavabdeh arasında bağlanmış müqavilədə və çıxarışda mənzilin ölçülərində fərq var. O da hazırda həmin ölçünün məbləğini tələb edir. Cavabdeh MTK şaxtanı mənzillərə salmışdır. Məsələ ilə əlaqədar prokurorluq və polis orqanlarına müraciət etsə də, onun müraciətlərinə baxılmayıb. Bundan başqa qarşı tərəf ondan qanunsuz olaraq kommunal pulları istəmişdir. O, evi 2013-cü ildə alıb, təxminən 6 ilə təmir etdirib və 2018-ci ildən yaşamağa başlayıb. Qarşı tərəf evin 2 kvadratının təmir nəticəsində itdiyini bildirir, lakin belə bir təmirlə baş verməsi mümkün deyil. Qarşı tərəf özbaşınalıq edir, ürəyi istədiyi vaxt lifti açıb, bağlayırl. Eyni zamanda bildirir ki, iddia müddətinin axımı o çıxarış aldığı vaxtdan hesablanmalıdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin direktoru Nümayəndə iddia tələbinə dair izahat verərək bildirdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən bir otaqlı 90 nömrəli mənzilin dəyəri iddiaçı tərəfindən ödənildikdən sonra onun mülkiyyətinə verilmişdir. Mənzil elə alındığı vaxtdan, yəni 2012-ci ildən iddiaçının istifadəsinə verilmişdir. Sonra iddiaçı mənzili təmir etməyə başlamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, evin sahəsi daxildən hesablanaraq iddiaçıya təhvil verilib. İddiaçı ona təhvil verilmiş evdə yenidənqurma və təmir işləri aparmışdır. Təbii ki, mənzildə qeyd olunan işlər görüldükdən sonra mənzilin ümumi sahəsində azalma baş vermişdir və bu halın yaranmasında "xxxx" MTK-nın heç bir təqsiri yoxdur. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. İşdə olan xx.xx.2012-ci il tarixli, 149 nömrəli Çoxmənzilli yaşayış binasının tikintisi haqqında Fərdi müqavilədən görünür ki, "xxxx" MTK Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində tikilməkdə olan yaşayış binasının 57B Korpusunun ikinci blokunda, onuncu mərətəbədə bir otaqlı 90 saylı mənzili payçı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsindən görünür ki, mənzilin ümumi sahəsi 49.04 m2-dir. Mənzilin qiyməti 22068 manatdır.
11. İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 57B, sahəsi 47,10 kv.m olan 90 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-cü il tarixdə qeydə alınmışdır. 12.İşdə olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, məhkəməyəqədər pulun ödənilməsi barədə cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 MMC-yə müraciət edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2012-ci il tarixli, 149 nömrəli Çoxmənzilli yaşayış binasının tikintisi haqqında Fərdi müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MTK Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində tikilməkdə olan yaşayış binasının 57B Korpusunun ikinci blokunda, onuncu mərətəbədə bir otaqlı sahəsi 49.04 m2 olan 90 saylı mənzili payçı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı mənzilinin 1,94 kv.metrinə görə ondan artıq alınmış 873 manat pulun, artıq alınmış pulun vaxtında qaytarılmamasına görə illik beş faiz olmaqla 43.65 manat pulun, artıq alınmış pulun vaxtında qaytarılmamasına görə Mərkəzi Bankın müəyyən etdiyi illik faiz uçot dərəcəsinə uyğun olaraq 63.29 manat pulun və iddianın qiyməti olan 30 manat məbləğində dövlət rüsümunun müştərək formada birgə cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC tərəfindən tutularaq birdəfəlik qaydada ona ödənilməsini tələb edir. Cavabdeh "xxxx" MTK isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddia tələbini qəbul etmir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3).
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
17. Məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslıdır və hazırkı iş üzrə tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər olduğundan iddiaçının tələbinə 5 illik iddia müddəti şamil edilməlidir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (386.1)
19. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2) Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə,belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır ( 753.1). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (762.1). Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər (766).
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
21. Göründüyü kimi Mülki Məcəlləsinin 776.1-ci maddəsi podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir.
22. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 149 nömrəli Çoxmənzilli yaşayış binasınını tikintisi haqqında Fərdi müqavilənin şərtlərinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, inşa etdiyi binanı şərtləşdirdikləri ölçüdə və qaydada tikərək təhvil verməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, sifariş 2012-ci ildə təhvil verilmişdir. İddiaçı isə hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 12 il sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur.
23. Eyni zamanda məhkəmə iddiaçının mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsinin mənzilin reyestrdən çıxarışını aldıqdan sonra ona məlum olmasına dair dəlilləri ilə əlaqədar qeyd edir ki, bu inandırıcı olmamaqla faktiki olaraq artıq ötürülmüş iddia müddətinin müəyyən formal əsaslarla aradan qaldırılmasına yönəlmiş dəlildir. İş materialları ilə müəyyən olunur ki, mənzilin təmir işləri ən geci 2013-cü ildən başlanmışdır. Deməli, iddiaçı bu zaman real sahənin nə qədər olması barədə məlumatlı olmalı idi. Hətta bu hal olmasa belə mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür.
24. Məhkəmə onu da qeyd edir ki, podrat müqaviləsindən irəli gələn tələblər üzrə iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 3 ulduzlu 2(102)-4727/2023 saylı qərarı mövcuddur.
25. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməməlidir.
26. Məhkəmə onu da qeyd edir ki, iddia müddətinin tətbiqi barədə ərizə yalnız "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verildiyindən, iddia müddəti yalnız ona münasibətdə tətbiq edilməlidir.
27. Digər cavabdehə münasibətdə isə məhkəmə hesab edir ki, yaşayış binasının tikintisi haqqında müqavilə iddiaçı ilə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlandığından Cavabdeh2 MMC-nin iddiaçı qarşısında həmin müqavilədən irəli gələn hər hansı öhdəliyi yaranmamışdır. Bu səbəbdən iddia tələbinin Cavabdeh2 MMC-yə münasibətdə təmin edilməsi üçün hər hansı əsas yoxdur.
28. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə hissəsi:
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 MMC-yə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva