Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4691/2025 19.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi və onun vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair (maraqlı şəxs: 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1979-cu il təvəllüdlü övladı-X2 20 noyabr 1979-cu il tarixdə Masallı rayonunda ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin övladı X7 25 oktyabr 1979-cu il tarixdə Masallı rayonunda anadan olmuş, 20 noyabr 1979-cu il tarixdə həmin rayonda ev şəraitində vəfat etmiş və Masallı rayonu, Dəmirçi kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi həkim arayışı olmadığına görə oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ərizəçi 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə oğlunun ölüm qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmiş, lakin 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən məktubla bildirilmişdir ki, X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığına görə ölüm haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmək lazımdır. Ərizəçinin əri X8 21 mart 2025-ci il tarixdə ölmüşdür. Ərizəçi ölən şəxsin, yəni mərhum ərinin birinci dərəcəli vərəsəsidir. Ölən şəxsin mülkiyyətində ünvan 1 ünvanında yerləşən əmlak vardır. Ərizəçinin mərhum oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından mərhum əri X5 məxsus evə aid olan payının vərəsəlik şəhadətnaməsi əsasında öz adına qeydiyyata alınması proseduru həyata keçirilə bilmir. Vərəslik haqqında şəhadətnamənin alınması üçün ərizəçinin oğlunun ölümünü təsdiq edən sənədin təqdim edlməsi zəruridir. Buna görə də o hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə gedişatında ərizəçi MPM-nin 53-cü maddəsinə istinad etməklə məhkəmədən 25 oktyabr 1979-cu il tarixdə Masallı rayonunun Bədəlan kəndində anadan olmuş övladı-X2 20 noyabr 1979-cu il tarixdə Masallı rayonunun Bədəlan kəndində ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi, həmçinin onun vəkili-nümayəndəsi Nümayəndə ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPMnin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, ərizəçinin rəfiqəsidir. X7 10 günlüyündə rəhmətə getmişdi. O, 20 noyabr 1979-cu il tarixdə Masallı rayonunda ev şəraitində ölmüşdür. Onu Bədəlan kənd qəbiristanlığında dəfn etdilər. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, ərizəçinin rəfiqəsidir. X7 10 günlüyündə rəhmətə getmişdi. O, 20 noyabr 1979-cu il tarixdə Masallı rayonunda ev şəraitində ölmüşdür. Nədən öldüyünü bilmir. Onu kəndlərində dəfn etdilər və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və nümayəndəsini, habelə şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: 370662 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi arasında xx.xx.1978-ci il tarixdə nikah bağlanmışdır. AZ-İİ 501409 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2025-ci il tarixdə ölmüşdür. MH ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 xx.xx.2006-cı il tarixdən X4 adına qeydə alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - Masallı RİHB Bədəlan kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 97 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.1979-cu ildə vəfat etmiş və həmin rayonun Dəmirçi kənd qəbirstanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin oğlu X7 20 noyabr 1979-cu il tarixdə Masallı rayonunun Bədəlan kəndində ev şəraitində ölmüş, həmin rayonun Dəmirçi kənd qəbirstanlığında dəfn edilmişdir. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 25 oktyabr 1979-cu il təvəllüdlü X2 20 noyabr 1979-cu il tarixdə Masallı rayonunun Bədəlan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-4691/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4691/2025
19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver