Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4694/2023 31.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tağızadə Gülnarə Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 2(060)-4694/2023 saylı qərardadı ilə məhkəmə hazırlıq iclası 31 iyul 2023-cü il tarixə saat 10-10-a təxirə salınmışdır. İddiaçının nümayəndəsi M.Abbasov məhkəmə iclası zamanı 31 iyul 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, hazırda mübahisə məhkəmədən kənar həll edildiyi üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklirlər edilərək, 5.1.2-ci bəndlərdə aşağıdakı redaksiyada verilimşdir: «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.» Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARVERDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4694/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4694/2023
31.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver