Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4696/2023 07.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 06 aprel 2023-cü il tarixdə MŞS/MT030/2023-000685 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları var: xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 dogulmuşdur. Qeyd edir ki, cavabdeh nikaha xitam verilməsi, uşaqların kimin himayəsində qalması və alimentin təyin edilməsi tələbi ilə mediasiya şurasına müraciət edib. Aralarında xx.xx.2023-cü il tarxidə MŞS/MT030/2023-000685 nömrəli barışıq sazişi bağlayaraq rəsmiləşdirmişdirlər. Cavabdeh sazişə əməl etmir, təyin olunmuş aliment məbləğini ödəmir, bu günə qədər bir manat da olsa aliment ödənişi etməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdi və bildirdi ki, onun uşaqları onun yanında olduğuna görə o aliment ödəməmişdir. Hazırda o uşaqlarını görə bilmir. Barışıq sazişinin təsdiq olunmasına razıdır. Məhkəmə, tərəfləri dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməldir. İş materialları ilə müəyyən edildi ki, tərəflər 09 aprel 2012-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçmişlər, bu nikahdan 26 fevral 2013-cü il təvəllüdlü X5 və 20 fevral 2016-cı il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 06 aprel 2023-cü il tarixdə MŞS/MT030/2023-000685 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılaşmışlar: Tərəflər razılaşırlar ki, xx.xx.2012-ci il tarixdə Sumqayıt Nikah Evində bağlanmış nikahlarına xitam verilməsi barədə məhkəməyə iddia ərizəsi təqdim edilsin. Onların birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 Fərqanə Sücəddin qızının himayəsində saxlanılsın. Onların birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat aliment məbləği müəyyən edilsin və alimentin ödənilməsi hər ayın 25-30 tarixləri aralığında Cavabdeh tərəfindən icra ediləcəkdir. Alimentin ödənilməsinin təmini üçün İddiaçı bank hesabı məlumatlarını 5 (beş) iş günü müddətində Cavabdeh təqdim edəcəkdir. Cavabdeh həftənin şənbə günü saat 17:00-da uşaqları götürəcək və gecə qalmaq şərti ilə həftənin bazar günü 20:00-da anasına qaytarmaqla uşaqları ilə maneəsiz görüşəcək. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında 06 aprel 2023-cü il tarixdə MŞS/MT030/2023-000685 nömrəli barışıq sazişi imzalanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, İddiaçı Cavabdeh cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası təmin edilsin. Tərəflər arasında 06 aprel 2023-cü il tarixdə bağlanmış MŞS/MT030/2023-000685 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4696/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4696/2023
07.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver