Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4701/2020 11.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizəçi mərhum həyat yoldaşı xx.xx.1969-cu il təvəllüdlü X4 ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X7 xx xxx 1969-cu ildə Sumqayıt şəhərində anadan olmuş, xx xxxx 2020-ci ildə saat 14:30-da Sumqayıt şəhəri, “Karvan” ticarət mərkəzinin qarşısında küçədə qıcolma səbəbi ilə təcili tibbi yardım əməkdaşları tərəfindən aşkar edilmiş və tibbi müayinə zamanı qəflətən öldüyü müəyyən olunmuşdur. Abşeron rayonu Saray köhnə qəbirstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün qeydiyyat şöbəsinə müraciət olunmuş, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması ona bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ona görə də ərizəçi məhkəmədən mərhum həyat yoldaşının ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ərizəçi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X8 ifadə verərək bildirdi ki, mərhum dostu Elməddin Əliyevin vəziyyətinin pis olması, keçinməsi ehtimalı barədə ona ortaq dostları zəng vuraraq demişdir. O, “Karvan” ticarət mərkəzinin qarşısına gəldikdə orada E.Əliyevin uzanmış vəziyyətdə yanında həkimlər olduğunu görmüş və onların dediyinə görə artıq dünyasını dəyişmişdir. X13 rayon Saray köhnə qəbirstanlığında dəfn edilmişdir.Dostunun vəfatı ilə əlaqədar bütün mərasimlərdə iştirak etmişdir. Məhkəmədə şahid X9 ifadə verərək bildirdi ki, o, işdə olarkən qardaşı xalası oğulları Elməddin Əliyevin vəfat etməsini və meyitxanaya gəlməsini demişdir. X13 rayon Saray köhnə qəbirstanlığında dəfn edilmiş və onun vəfatı ilə əlaqədar bütün mərasimlərdə iştirak etmişdir. Məhkəmədə şahid X5 ifadə verərək bildirdi ki, dostu Elçin ona zəng edərək mərhum Elməddinin vəziyyətinin pisləşdiyini bildirmiş, o gedənə kimi mərhum məscidə aparılmışdır. X1 rayon Saray köhnə qəbirstanlığında dəfn edilmişdir. Dostunun vəfatı ilə əlaqədar bütün mərasimlərdə iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında əlavə olunan: -doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1969-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur və atası X11, anası isə X2r. -AA seriyalı 09664202 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1969-cu ildə anadan olmuşdur. - Sumqayıt nikah evinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə Həsənova Könül Ələkbər qızı arasında xx.xx.2002-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 821 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. -X17 və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının verdiyi xx.xx.2020 -cu il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 14:12-də “Karvan” ticarət mərkəzinin qarşısına naməlum şəxsin adına küçədə qıcolma səbəbi ilə 36 nömrəli çağırış daxil olmuş, briqada verilən ünvana çatdıqda kişi cinsinə məxsus meyit aşkar edilmişdir.Müayinə zamanı qəfləti ölüm qeyd olunmuş, yanındakıların təkidi ilə meyit TTYX-a aparılmış, sonra isə meyitxanaya təhvil verilmişdir. -Abşeron rayonu Saray bələdiyyəsinin verdiyi arayışdan görünür ki, xx xxxx 2020-cı ildə vəfat etmiş X1 rayon Saray qəsəbəsi köhnə qəbirstanlıqda dəfn edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/Q-1676/15 saylı məktubundan görünür ki, X4 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən Ərizəçi məhkəməyə müraciət olunması məsləhət bilinmişdir. -X3 xx xxxx 2020-ci il tarixli, İs-05/20 nömrəli məktubundan görünür ki, məhrum 1969-cu il təvəllüdlü X4 xx xxxx 2020-cı il tarixdə ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda hər hansı aşardırılma aparılmır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin həyat yoldaşı X7 xx.xx.2020-ci ildə Sumqayıt şəhəri, “Karvan” ticarət mərkəzinin qarşısında küçədə qıcolma səbəbi ilə vəfat etmişdir. Mərhum küçədə vəfat etdiyi üçün onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun yoldaşı olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır.Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X4 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4701/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4701/2020
11.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver