Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4706/2022 25.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə 25 avqust 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, babası xx.xx.1933-cü il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, H.B.Əİiyev küçəsi, ev-50, mənzil-49-da qeydiyyatda olan xx.xx.1933-cü il tarixdə doğulan babası X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, S.Salayev 19-da yerləşən mənzildə rəhmətə getmişdir. Babası rəhmətə getdiyi üçün o və ailə üzvləri çox pis olduqları üçün ona hər hansı ölüm haqqında şəhadətnamə götürə bilməmişdirlər. Babası rəhmətə getdikdən sonra onlar babasını Bakı şəhərində yerləşən qəbiristanlıqda dəfn etmişdirlər. Son vaxtlar isə o, evlə bağlı sənədləşmə aparmaq istədikdə ondan babası barədə hər hansı məlumat və o, rəhmətə getdiyini bildirdikdə ondan ölüm haqqında şəhədatnamə istəmişlər. O, isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmiş və ona bildirmişlər ki, xx.xx.1933-cü il tarixdə doğulan babası X4 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X6 bildirdi ki, ərizəçi onun qardaşıdır. Atası evin tək oğlu olmuşdur. Babası onlarla yaşamışdır. Babası xx.xx.2022-ci ildə ölmüşdür. Onlar babasının bütün yas mərasimini təşkil etmişdir və həmin yas mərasimində hamısı iştirak etmişdir. Şahid qismində dindirilən X8 bildirdi ki, ərizəçi onun oğludur. X10 bu ilin mart ayında Bakı şəhərində oğlunun evində rəhmətə getmişdir. O da yas mərasimində iştirak etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan İİ-SL 407949 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 1961-ci ildə Ermənistan Respublikası Qafan rayonu, Qaraçəmən kəndində doğulmuşdur. X1, anası X3r. İşdə olan Xİ JQ 267396 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X2, anası X5r. İş materiallarında olan Təcili Tibbi yardım Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, S.Salayev 19-da yerləşən mənzilə çatdıqda X4 meyiti aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-651/75 saylı məktubundan görünür ki, Nəsimi Rayon Qeydiyyat şöbəsi Ərizəçi X4 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə Mərkəzi X18 20 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 244 nömrəli arayışdan görünür ki, mərhum F.Şükürovun Nəsimi rayonu 20 saylı şəhər Poliklinikasına müraciəti olmamış, xəstəliklə qeydiyyata götürülməmişdir. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamə Poliklinika tərəfindən təqdim olunmamışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin babası X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu fakt iş materiallarına əalvə edilmiş şəkillər, Təcili Tibbi yardım Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi, şahid ifadələri və digər iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1933-cü il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4706/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4706/2022
25.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver