Məhkəmə qərarları › İş №2(060)-4734/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4734/2021

17.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4734/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Qənbərli Əsəd Eldar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə 17 iyun 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,1881-cı ildə təvəllüdlü babası Xeyrulla Xankişi oğlunun 1968-ci ildə və 1888-ci il təvəllüdlü nənəsi X1 1991-ci ildə Sumqayıt şəhərində ölüm faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, onun 1881 -ci il təvəllüdlü babası Xeyrulla Xankişi oğlu 1968-cu ildə və nənəsi 1888-ci il təvəllüdlü X6 isə 1991 -ci ildə dünyasını dəyişmiş, hər ikisi Sumqayıt şəhər Saray qəsəbə qəbirstanlığmda dəfn edilmişdirlər. Lakin həm babası, həm də nənəsinin ölümü ilə bağlı Sumqayıt şəhər Qeydiyyat Şöbəsində hər hansı bir qeyd aparılmamışdır. O, bununla bağlı həmin şöbəyə müraciət etdikdə ona rəsmi imtina məktubu verilmiş, həmin imtina məktubunda da göstərilmişdir ki, ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və yaxud da vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmalıdır. Bu şəxslərin ölüm faktının müəyyən edilməsi onlar barəsində ölüm haqqında şəhadətnamənin verilməsi və hələ də qeydiyyatda qaldıqları, onun da yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə, ev 28/37-dən qeydiyyatdan çıxarmaq üçün lazımdır. Belə ki, bu şəxslər uzun illər bundan qabaq dünyalarını dəyişsələr də, onların adı hələ də mənzilin orderində qalır. Bu isə mənzilin özəlləşdirilməsində problem yaradır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X4 bildirdi ki, Ərizəçi onun dayısı qızıdır. Nabat nənəsi, Xeyrulla isə babasıdır. Babası 1968-ci ildə, nənəsi 1991-ci ildə vəfat etmişdir. Babası rəhmətə gedərkən onun 10 yaşı olmuşdur. Bu səbəbdən onun ölümünü dəqiq xatırlayır. Hər ikisinin dəfn mərasimində şəxsən iştirak etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 25.04.2021-ci il tarixli, 1286 nömrəli arayışından görünür ki, Xeyrulla Xankişi oğlu 1968-ci ildə vəfat etmiş və Saray qəsəbə qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 25.04.2021-ci il tarixli, 1285 nömrəli arayışından görünür ki, X6 08.04.1991-ci ildə vəfat etmiş və Saray qəsəbə qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 05 may 2021-ci il tarixli, 05/Q-1155/15 saylı məktubundan görünür ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi Ərizəçi Xeyrulla Xankişi oğlunun və X1 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İş materiallarında olan İİİ-JQ seriyalı 453870 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi X5 ilə X2 birgə nikahından xx.xx.1975-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. İş materiallarında olan İ-İЕ seriyalı 069679 nöməli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 25.08.1935-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur.X9, anası Nabat Ələkbər qızıdır. İş materiallarında olan AZ-İİ seriyalı 025213 nömrəli 17.10.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 18.07.2013-ci il tarixdə ağ ciyər ödəmi səbəbi ilə Sumqayıt şəhərində vəfat etmişdir. İş materiallarında olan 14.04.2021-ci il tarixli aktdan görünür ki, Xeyrulla Xankişi oğlu 1968-ci ildə, X6 08.04.1991-ci ildə vəfat etmiş və hər ikisi Saray qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin babası 1881-cı il təvəllüdlü Xeyrulla Xankişi oğlu 1968-ci ildə və ərizəçinin nənəsi 1888-ci il təvəllüdlü X6 isə 1991-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. Bu fakt Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 25.04.2021-ci il tarixli arayışları, şahid ifadəsi və digər iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1881-ci il təvəllüdlü Xeyrulla Xankişi oğlunun 1968-ci ildə və 1888-ci il təvəllüdlü X1 1991-ci ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1881-cı il təvəllüdlü Xeyrulla Xankişi oğlunun 1968-ci ildə və 1888-ci il təvəllüdlü X1 1991-ci ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar