Məhkəmə qərarları › İş №2(060)-4753/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4753/2024

12.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4753/2024 12.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1936-cı il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, atası X2 xx.xx.1936-cı il tarixdə Şəki şəhərində doğulmuşdur. X2 ölməmişdən əvvəl ünvan 1 ünvanında yaşayıb. Atası xx.xx.2024-cü il tarixində vəfat etmiş Sumqayıt şəhər Qəbristanlığında dəfn olunmuşdur. Hal-hazırda ölüm haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsində müraciət etsə də müraciətindən imtina edilərək, məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmədə Ərizəçi eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı tərəf 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Vİİİ-JQ saylı, № 389485 saylı, xx.xx.1983-cü il tarixli “Doğum haqqında şəhadətnaməsi”nin surətindən görünür ki, X2 1936-cı il tarixdə Şəki şəhərində doğulmuşdur. İşdə olan Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə alaraq ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi ərazi X3” X9 “Bakı Baş Səhiyyə Mərkəzi” X9 39 nömrəli şəhər poliknikasının Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, atası ünvan 40/25, mən 56-da qeydiyyatda olmuş, ünvan 5 ünvanında yaşamış xx.xx.1936-cı il təvəllüdlü X1 hər hansı bir xəstəliklə poliknikaya müraciəti qeydə alınmamış və dispanser qeydiyyatda olmamışdır. Ölümə səbəb olan xəstəlik barədə heç bir tibbi sənədi yoxdur. Odur ki, ölüm səbəbi məlum olmadığından tərəflərindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. İş materiallarında olan Bakı şəhər Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixli çağırışa əsasən Yeni ünvan 6 ünvanına X1 adına çağırış daxil olmuş və mənzilə daxil olarkən kişi cinsli meyit aşkar olunmuşdur. İşə əlavə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 07 iyun 2024-cü ildə dünyasını dəyişmiş və Sumqayıt şəhəri Stansiya Sumqayıt qəbirsanlığında dəfn edilmişdir. İş materiallarında olan Vİ-JQ №379803 saylı, xx.xx.1979-cu il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Şəki şəhərində anadan olmuş və ata qrafasında X2, ana qrafasında X5 qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı ilə həqiqətən atası xx.xx.1936-cı təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə ölməsi faktı sübut olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1936-cı il təvəllüdlü X1 07 iyun 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar