Məhkəmə qərarları › İş №2(060)-477/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-477/2024

12.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-477/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs2nə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxs1nə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, 23 sentyabr 2023-cü il tarixdə evdə olduqları vaxt atası Cəfərov Mahir Mehralı oğlunun vəziyyəti pisləşmişdir. O dərhal Təcili Yardıma zəng vurmuş, lakin Təcili Yardım gələnə kimi atası rəhmətə getmişdir. Atası Cəfərov Mahir Mehralı oğlunu Şəmkir rayonunun Bəllər- Cəyir kənd qəbristanlığında dəfn etmişlər. Maraqlı şəxs1nə atasının ölüm şəhadətnaməsinin alınması ilə müraciət etmişdir. Lakin müvafiq orqan ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciəti təmin olunmamışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Atası Cəfərov Mahir Mehralı oğlunun ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən xx.xx.1959-cu il təvəllüdlü Cəfərov Mahir Mehralı oğlunun 23 sentyabr 2023-cü il tarixdə Şəmkir rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 25 dekabr 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında məhkəmə tərəfindən Maraqlı şəxs1 Maraqlı şəxs2 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, bu faktın təsdiq edilməsi ona sənədlər üçün lazımdır. Ailədə iki uşaqdırlar. Atası ürək və şəkər xəstəliyindən əziyyət çəkmişdir. 23 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. Eyni zamanda insult olmuş və bədəninin yarısı işləməmişdir. Atası Bakıxanov qəsəbəsinə qeydiyyatda olmuş, özü isə Sumqayıt şəhərində qeydiyyatdadır. Şəmkirdə dəfn olunmuş, yas mərasimi də orada keçirilmişdir. Şahidlər yas mərasimində iştirak etmişdir. Onlardan biri dostu, digəri isə xalası oğludur. Maraqlı tərəf Maraqlı şəxs2nə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, ərizəçi onun dostudur. Ərizənin atası 23 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. Həmin gün bir yerdə olmuşlar. Şəmkir rayonunda dəfn olunmuş, yas mərasimi də orada olmuşdur. Lakin o dəfn mərasimində iştirak etməmişdir. Lakin yas mərasimində iştirak etmişdir. Mərhum xəstə olmuş, Bakı şəhərində olan zaman özü şəxsən bir, iki dəfə dərman almış və aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, ərizəçi xalası oğludur. Atası xəstə olmuşdur. Lakin xəstəliyin nə olduğu haqqında tam məlumatı yoxdur. xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şəmkir rayonunda vəfat etmiş, orada da dəfn olunmuşdur. Yas mərasimində də iştirak etmişdir. İş materiallarında olan: Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/7-2306- 15/23 nömrəli ərizəyə cavabdan görünür ki, atası Cəfərov Mahir Mehralı oğlu ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəfərov X3 şəhərində xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Sumqayıt şəhərində xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. “Ölüm haqqında tibbi şəhadətnamə”-nin verilməsi qaydalarına dair Təlimata əlavəyə uyğun olaraq hazırlanmış Şəmkir RMX Təcili və X1 Stansiyası tərəfindən verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, Cəfərov X3 rayonu, Əzizbəyov 36 ünvanında 64 yaşında bioloji səbəbdən ölmüşdür. Şəmkir rayonu Dəllər-Cəyir Bələdiyyəsi tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli, 31 nömrəli arayışdan görünür ki, Ərizəçi atası mərhum 23 fevral 1959-cu ildə anadan olmuş, Cəfərov Mahir Mehralı oğlu həqiqətən 24 sentyabr 2023-cü il tarixdə Şəmkir rayonunun Dəllər-Cəyir kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi atası xx.xx.1959-cu il təvəllüdlü Cəfərov Mahir Mehralı oğlu 23 sentyabr 2023-cü il tarixdə Şəmkir rayonu, Əzizbəyov 36 ünvanında vəfat etmişdir. Ərizəçi atası Cəfərov Mahir Mehralı oğlunun ölümünün qeydə alınması barədə Maraqlı şəxs1nə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1959-cu il təvəllüdlü Cəfərov Mahir Mehralı oğlunun 23 sentyabr 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü Cəfərov Mahir Mehralı oğlunun 23 sentyabr 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar