Məhkəmə qərarları › İş №2(060)-4772/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4772/2021

30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4772/2021 30.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, həyat yoldaşı 29.07.1976-ci il təvəllüdlü X1 07.03.2021-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, 29.07.1976-ci il təvəllüdlü X3 onun həyat yoldaşıdır. Həyat yoldaşı X3 07 aprel 2021-ci ildə Bakı şəhərində yerləşən "Nəbz" klinikasında vəfat etmiş və el adəti ilə Sumqayıt şəhər, Müşfiq qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Bunu Sumqayıt şəhər qəbristanlığının 08.05.2021-ci il tarixli arayışı təsdiq edir. Sumqayıt şəhər Təcili və X4 stansiyasının 07.04.2021-ci il tarixli arayışında da göstərilmişdir ki, onun həyat yoldaşı 07.04.2021-ci ildə Bakı şəhərində yerləşən "Nəbz" klinikasında vəfat etmişdir. O, həyat yoldaşı X2 ölüm haqqında şəhadətnamə ala bilmədiyi üçün hüquqmüəyənedici sənədləri əldə edə bilmir. Maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsi oğluna ölüm şəhadətnaməsini verməyərək bu faktın məhkəmədə təsdiqini tapmasını tövsiyyə etmişdir. Bu faktın təsdiqi ona ölüm şəhadətnaməsi almaq üçün vacibdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, mərhum X3 onun qonşusudur və uşaqları eyni sinifdə oxuyurlar. Qonşusu 07.04.2021-ci tarixdə vəfat etmişdir. O, da həmin yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidin ifadəsini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24.04.2021-ci il tarixli, 05/Q-1005/15 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi ərizəçinin 24.04.2021-ci il tarixdə X1 ölümünün qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinin tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Təcili və X4 stansiyasının 07.04.2021-ci il tarixli arayışında da göstərilmişdir ki, X3 07.04.2021-ci ildə vəfat etmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin vətəndaşlara xidmət idarəsi tərəfindən verilmiş 11 nömrəli, 08.05.2021-ci il tarixli arayışdan görünür ki, mərhum X3 07.04.2021-ci ildə vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında Beləliklə, ərizəçinin izahatı, şahidin ifadəsi ilə, həmçinin iş materiallarında olan sənədlərlə 29.07.1976-ci il təvəllüdlü X1 07.04.2021-ci ildə Bakı şəhərində vəfat etməsi faktı öz təsdiqini tapmışdır. Eyni zamanda, müəyyən olunmuşdur ki, Ərizəçi 29.07.1976-ci il təvəllüdlü X1 07.04.2021-ci ildə ölümünü təsdiq edən sənədi başqa qaydada ala bilməsi mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, 29.07.1976-ci il təvəllüdlü X1 07.04.2021-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29.07.1976-cı il təvəllüdlü X1 07.04.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar