Məhkəmə qərarları › İş №2(060)-479/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-479/2024

21.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-479/2024 21.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı «əmlak tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan Hyundai Accent minik markalı avtomobilin Cavabdeh1 alınaraq ona qaytarılması, eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh1 alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinə əlavə verərək, Cavabdeh2 iddia tələbinin yönəldiyi fiziki şəxs olmadığından cavabdeh hesab edilməməsi, Hyundai Accent minik markalı, ** MK *** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh1 alınaraq iddiaçıya qaytarılması, avtomobil olmadığı halda isə həmin avtomobilin dəyəri 16500 (on altı min beş yüz) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş və ödənilməli olan dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Hyundai Accent minik markalı ** MK *** dövlət nömrə nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə ona İddiaçı məxsusdur. Eyni zamanda bildirir ki, ona məxsus olan avtomobil etibarnamə əsasında X2 istifadəsinə verilmişdir. O, isə öz növbəsində etibarnamə əsasında avtomobili müxtəlif şəxslərə vermişdir. Hal-hazırda ona məxsus olan avtomobil ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 istifadəsindədir. Lakin ona məxsus olan avtomobil ona qaytarılmır. Bununla da, onun qanunla qorunan mülkiyyət hüququ pozulur. Məhkəmədə iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi Vəkil eyni məzmunulu izahat verərək bildirdi ki, iddiaçı 2011-ci ildə sözügedən maşını əldə etmişdir. Sonradan həmin maşın ipoteka ilə yüklü edilmişdir. Ödənişləri edə bilmədiyinə görə maşın banka təhvil verilmişdir. Bank tərəfindən heç bir sənədləşmə olmadan bank onu başqa şəxslərə satmışdır. Həmin maşınla bağlı başqa-başqa şəxslərin adına etibarnamələr verilmişdir. Faktiki olaraq maşın iddiaçının istifadəsində və sahibliyində deyil. Buna baxmayaraq maşının ödənişini iddiaçıdan tələb edirlər. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, dostuyla bərabər həmin avtomobili bazardan almışlar. Dostunun sənədləri olmadığına görə sənədləşmə 1 günlük onun adına aparılmışdır. O, həmin maşını istifadə etməmişdir. Hazırda həmin maşın onda yoxdur. Maşın satılmışdır. Hazırda maşının harada olması barədə məlumatı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X10 bildirdi ki, cavabdehlə o, uşaqlıqdan bir yerdə böyümüşlər, dost olmuşlar. Onlar həmin maşını Badamdar maşın bazarından almışlar. Sumqayıt şəhərində cavabdehin adına sənədləşdirmişlər. Daha sonra maşını avto salona satmışdılar. Məhkəmə tərəflərin, nümayəndənin və şahidin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, 2011-ci il tarixli Hyundai Accent minik markalı, ağ rəngli, Mühərrik:G4FCBU326562 nömrəli avtomibilin sahibi İddiaçıdur. Etibarnamə əsasında xx.xx.2011-ci il tarixdə X4 və X8, xx.xx.2013-cü il tarixdə X12, xx.xx.2014-cü il tarixdə X3, xx.xx.2014-cü il tarixdə X1, xx.xx.2014-cü il tarixdə X5, xx.xx.2015-ci il tarixdə X9, xx.xx.2015-ci il tarixdə X6 və xx.xx.2016-cı il tarixdə Cavabdeh1 etibar edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Hyundai Accent” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli 2(009)- 1196\2017 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, İddiaçı "xxxx" ASC-nin xeyrinə 7339,02 ABŞ dolları əsas və 579,79 ABŞ dolları fazi olmaqla, cəmi 7918,81 (yeddi min doqquz yüz on səkkiz dollar, səksən bir sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutma ipoteka ilə yüklü edilmiş “Hyundai Accent” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldikməklə həmin əşya açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçının təmin olunmuş tələblərinə ödənilməsi, "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunan pul vəsaitinin qalan hissəsi cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidmətinin xx.xx.2024-cü il tarixli, № AV 01-106/24 saylı hesabatından görünür ki, “Hyundai Accent minik” markalı avtomobilin müəyyən edilmiş bazar dəyəri xx.xx.2024-cü il tarixə 16500 (on altı min beş yüz) manat təşkil edir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Yuxarıda qeyd olunanlardan da məlum olur ki, mülkiyyət hüququ konstitusion hüquqdur və bu hüququn təmin olunmasına ali qanunla da təminat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 139.2-ci maddəsi ilə müəyyən edilir ki, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. “Yol hərəkəti haqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Hüquq nəzəriyyəsində əsasən əmlakın dövlət reyestrinin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası öz əksini tapmışdır. Buna əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Yəni prezumpsiyaya görə əksi sübut edilməyincə dövlət orqanının aktı qanuni və əsaslı hesab edilir. Nəqliyyat vasitəsinin dövlət reyestrində nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamlığına dəlalət edir. Reyestrin qeyri-dəqiqliyi sübuta yetirildikdə isə mülkiyyətçinin mülkiyyət hüququ təkzib edilmiş olur. İşin araşdırılmış hallarından isə müəyyən edilir ki, istehsal ili 2011-ci il, ban nömrəsi KMHCU41DBCU116123 rəngi “ağ”, mühərrikin iş həcmi 1591 kub santimetr olan, Hyundai Accent minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınıb. Bunun əksini sübut etmək cavabdehin üzərinə düşsə də, Cavabdeh1 bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Mülki işin mübahisəsiz hallarından görünür ki, mübahisə predmeti olan əmlakın mülkiyyətçisi İddiaçıdur və onun adından həmin avtomobili Cavabdeh1 etibarnamə verilmişdi. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. İddiaçı isə mübahisə predmeti olan əşyaya sahiblik hüququnun pozulmasını, yəni avtomobilin ipoteka yüklü edildiyi banka borcunun ödənilməsi barədə razılıq əsasında onu etibarnaməli idarəçiliyə verməsinə baxmayaraq banka kredit borcu ödənilməmiş və məhkəmə qətnaməsi əsasında kredit borcun tutulması ona və hazırda mülkiyyətində olan avtomobilə yönəldilmişdir. Onun tələbinin hüquqi əsası ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi vindikasiya iddia növünə aiddir. Yəni vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktik sahibliyi itirən mülkiyyətçi həmin əşyanı naturada özgəsinin (başqa şəxslərin) qanunsuz sahibliyindən geri tələb edir. Bu növ iddianın təyinatı və məqsədi mülkiyyətçinin əşyası üzərində itirilmiş sahibliyinin bərpa edilməsidir. Sahiblik hüququ çox vaxt əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətləri ilə bağlı olduğuna görə vindikasiya iddiası eyni zamanda həmin səlahiyyətləri də müdafiə edir. Beləliklə, vindikasiya iddiası ilə mülkiyyətçinin üçlük (sahiblik, istifadə, sərəncam) səlahiyyətlərinin hamısı müdafiə edilir. İddia tələbinin hazırda mərkəz hüquqi norması Mülki Məcəllənin 157.2-ci maddəsidir, həmin normada təsbit edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur:

1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır;

2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır;

3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Məhkəmə iclası müəyyən edilir ki, geri qaytarılması tələb olunan avtomobil qeydiyyat şəhadətnaməsi əsasında İddiaçı mülkiyyətindədir. 2011-ci il tarixli Hyundai Accent minik markalı, ağ rəngli, Mühərrik:G4FCBU326562 nömrəli avtomibil etibarnamə əsasında xx.xx.2011-ci il tarixdə X4 və X8, xx.xx.2013-cü il tarixdə X12, xx.xx.2014-cü il tarixdə X3, xx.xx.2014-cü il tarixdə X1, xx.xx.2014-cü il tarixdə X5, xx.xx.2015-ci il tarixdə X9, xx.xx.2015-ci il tarixdə X6 və sonuncu xx.xx.2016-cı il tarixdə Cavabdeh1 etibar edilmişdir. Hazırda cavabdeh avtomobili avto salon adlanan maşın satış mərkəzinə satdığını bildirmişdir. Lakin bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə göstərir ki, hazırda avtomobilin iddiaçının mülkiyyətində olması, cavabdehin isə avtomobilə hər hansı hüququnun olmaması, onun avtomobil üzərində vicdanlı əldə edən olmadığı sübuta yetirildiyindən və iş materialları ilə təsdiq edildiyindən iddiaçının mülkiyyət hüquqları müdafiə edilməli, cavabdehin qanunsuz sahibliyində olan iddiaçıya məxsus avtomobil ondan alınaraq mülkiyyətçisinə qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı sayıldığından təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İstehsal ili 2011-ci il, ban nömrəsi KMHCU41DBCU116123 rəngi “ağ”, mühərrikin iş həcmi 1591 kub santimetr olan, Hyundai Accent minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 alınaraq İddiaçı qaytarılsın. Avtomobil olmadığı halda isə həmin avtomobilin dəyəri 16500 (on altı min beş yüz) manat Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar