Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-480/2025 06.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhrmlı Ümid Fəxri oğlunun katibliyi, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin 3,04 kv.metrinə görə artıq alınmış 1398,38 manat (35576:77,34 x 3,04=1398,38), artıq alınmış pulun vaxtında qaytarılmamasına görə illik beş faiz olmaqla 69,92 manat (1398,38 manat x 5% =69,92), artıq alınmış pulunvaxtında qaytarılmasına görə Mərkəzi Bankın müəyyən etdiyi illik faiz uçot dərəcəsinə uyğun olaraq 101,38 manatın (1398,38 manat x 7,25%= 101,38 manat ) cəmi 1569,68 manatın (1398,38+69,92+101,38=1569,68) və iddianın qiyməti olan 36 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC tərəfinfən tutularaq birdəfəlik qaydada iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə cavabdeh "xxxx" MTK arasında “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 10 noyabr 2010-cu il tarixli, 34 saylı fərdi müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77,34 kv.m olan 2 otaqlı 67 nömrəli mənzil 35576 (otuz beş min beş yüz yetmiş altı) manat ödəməklə iddiaçıya verilmişdir. Sonradan o, 06 dekabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, həmin mənzili bacısı İddiaçı2 hədiyyə etmişdir. Mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarış əldə edildikdə mənzilin ümumi sahəsinin müqavilədə qeyd ediləndən az - 74.3 kv.m. olduğu aşkar olunmuşdur(müqavilənin və mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarışın surəti əlavə edilir). Qeyd edək ki, cavabdeh "xxxx" MTK-nın bina sakinlərinə qarşı qanunsuz hərəkətləri ilə bağlı dövlət orqanlarına müraciətlər zamanı Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Sumqayıt regional X3 İdarəsi tərəfindən iddiaçılara verilmiş 07 iyun 2023-cü il tarixli cavab məktubunda bildirilib ki, tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. Həmin Qaydaların 3.3-cü bəndin görə, açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Cavabdehlər müqavilədə mənzilin sahəsini qanunvericilikdə nəzərdə tutulduğundan artıq göstərməklə qanunsuz olaraq artıq pul alıblar. Cavabdehlərdən pulun qaytarılması barədə tələbimizdən sonra da artıq aldıqları pulu geri qaytarmamışdırlar. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçılar İddiaçı1 və X1 "xxxx" Mənzil Tikinti Kooperativə qarşı “ vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə” dair iddia tələbinə iddia müddətini tətbiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə "xxxx" MTK arasında baqlanmış çox mənzilli yaşayış binasının tikintisi haqqında xx.xx.2010-cu il tarixli, 34 saylı fərdi müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 77,34 kv.m olan ikiotaqlı 67 nömrəli mənzil dəyəri ödənildikdən sonra onun mülkiyyətinə verilmişdir. Mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarışı əldə etdikdə mənzilin ümumi sahəsinin müqavilədə qeyd ediləndən az - 74,30 kv.m. olduğu aşkar olunmuşdur. Bildirmək istəyirik ki, "xxxx" MTK xx.xx.2010-cu il tarixli, 34 saylı müqavilə üzrə mənzilin tikintisi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və bu qəbildən olan münasibətləri tənzimləyən mövcud qanunvericiliyinin tələblərinə tam riayət etməklə tikintisi başa çatmış mənzili 2012-ci ilin avqust ayında İddiaçı1 sahibliyinə vermişdir. Sonradan iddiaçı aldığı 67 nömrəli mənzili təmir etdirərək bacısı X2 bağışlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq İddiaçı1 məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq İddiaçı2 məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 MMC məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə Cavabdeh2 MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 10 noyabr 2010-cu il tarixli, 34 saylı fərdi müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77,34 kv.m olan 2 otaqlı 67 nömrəli mənzil üzrə Podratçı” müqavilədə göstərilən bütün şərtləri icra edib “Sifarişçi”yə mənzili, daxili bəzək-tamamlama, cihazlar və qapılar olmamaq şərti ilə təhvil verməyi öhdəsinə götürmüşdür. - 06 dekabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77,34 kv.m olan 2 otaqlı 67 nömrəli mənzil bacısı İddiaçı2 hədiyyə etmişdir. - xx.xx.2019-cü il tarixli 35595 inverntar nömrəli texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77,34 kv.m olan 2 otaqlı 67 nömrəli mənzilin hüquqi subyekti İddiaçı2dır. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77,34 kv.m olan 2 otaqlı 67 nömrəli mənzil xx.xx.2019-cu il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması müəyyən edilir ki, İddiaçı1 ilə cavabdeh "xxxx" MTK arasında “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 10 noyabr 2010-cu il tarixli, 34 saylı fərdi müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77,34 kv.m olan 2 otaqlı 67 nömrəli mənzil 35576 (otuz beş min beş yüz yetmiş altı) manat ödəməklə iddiaçıya verilmişdir. Sonradan o, 06 dekabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, həmin mənzili bacısı İddiaçı2 hədiyyə etmişdir. Qeyd edilən müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən vaxtı-vaxtında icra edilmişdir. Lakin, iddiaçı iddia edir ki, cavabdeh ona müqavilədə nəzərdə tutulmuş sahəyə malik mənzil verməmişdir. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 441.1 - 441.4-cü maddələrinə əsasən: - Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; - Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər; - Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər; - Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur.
773. Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (Əvvəlki redaksiyada deyilirdi: 78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.). 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 12.2 və 12.5-ci maddələrinin tələblərinə əsasən: «Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür». «Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir». Qeyd edilməlidir ki, iddiaçı mənzilin (icranın) qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən qəbul etmiş bu qüsur üzrə iddiaçının hüququnun pozulmasını bilməli olduğu məqam 2012-ci il olmuşdur. Belə ki, mənzil 2012-ci ilin avqust ayından onun sahibliyinə verilmişdir. Sonradan iddiaçı aldığı 67 nömrəli mənzili təmir etdirərək bacısı X2 bağışlamışdır. Məhkəməyə isə iddianı ilk dəfə 2024-cü ildə verməklə qeyd edilmiş podrat münasibətləri üzrə iddia müddətlərini ötürmüşdür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC-yə qarşı mənzilin 3,04 kv.metrinə görə artıq alınmış 1398,38 manat (35576:77,34 x 3,04=1398,38), artıq alınmış pulun vaxtında qaytarılmamasına görə illik beş faiz olmaqla 69,92 manat (1398,38 manat x 5% =69,92), artıq alınmış pulunvaxtında qaytarılmasına görə Mərkəzi Bankın müəyyən etdiyi illik faiz uçot dərəcəsinə uyğun olaraq 101,38 manatın (1398,38 manat x 7,25%= 101,38 manat ) cəmi 1569,68 manatın (1398,38+69,92+101,38=1569,68) və iddianın qiyməti olan 36 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC tərəfinfən tutularaq birdəfəlik qaydada iddiaçılara ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC-yə qarşı mənzilin 3,04 kvadrat metrinə görə artıq alınmış 1398,38 manat (35576:77,34 x 3,04=1398,38), artıq alınmış pulun vaxtında qaytarılmamasına görə illik beş faiz olmaqla 69,92 manat (1398,38 manat x 5% =69,92), artıq alınmış pulun vaxtında qaytarılmasına görə Mərkəzi Bankın müəyyən etdiyi illik faiz uçot dərəcəsinə uyğun olaraq 101,38 manatın (1398,38 manat x 7,25%= 101,38 manat ) cəmi 1569,68 manatın (1398,38+69,92+101,38=1569,68) və iddianın qiyməti olan 36 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC-dən tutularaq birdəfəlik qaydada iddiaçılara ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elmir Hüseynov