Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4821/2022 03.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X6 Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs 1 saylı “Asan Xidmət” X8rşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 07 may 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, atası X3 xx.xx.2021 -ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Təcili və təxirəsalınmaz tibbi yardım çağırılsa da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir və BŞT və TTYS-nın 9 saylı bölməsi tərəfindən tərəfindən ölüm haqqında xəbərdarlıq vəsiqəsi verilmişdir. Abşeron rayonu Masazır kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Bu barədə Abşeron rayonu Masazır bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mərhum yaşayış yeri üzrə poliklinikada tibbi qeydiyyatda olmamışdır. Ona görə də, yaşadığı ərazi üzrə şəhər poliklinikası tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Nəticədə, ərizəçidə ölümü təsdiq edən tibbi sənədlər olmadığına görə ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda isə ölüm şəhadətnaməsi olmadığına görə, o, ölümlə bağlı dəfn müavinətini də ala bilmir. O, atası Məmmədxan Allahverdiyevin ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün AR Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs təqdim etdiyi xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd olunur ki, ölümün qeydə alınması üçün zəruri sənədlər təqdim edilmədiyi üçün ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır və ölüm faktının təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Göstərilənləri nəzərə alaraq, X1 07 may 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı maraqlı şəxs 1 saylı “Asan Xidmət” X4 müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri kimi iş yükünün çoxluğu ilə əlaqələndirmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Şahid2 bildirdi ki, ərizəçi onun qaynı qızıdır. Ərizəçinin atası ürək xəstəliyindən əziyyət çəkirdi. Bir neçə dəfə infarkt keçirmişdir. Xəstəxanada uzun müddət müalicə olunmuşdur. Məmmədxanın ölümündən artıq 1 il keçib. Ərizəçinin atası Masazır qəbristanlığında dəfn edilmişdir. O, bir qohum kimi yas mərasimində iştirak etmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, ərizəçinin atası qardaşının qonşusu olub. Bir il əvvəl rəhmətə gedib. Masazır qəsəbəsində yerləşən qəbristanlıqda dəfn olunub. O, bir yaxını kimi ərizəçinin atasının yas mərasimində iştirak etmişdir. Məhkəmə Ərizəçi, şahidlər Şahid2 və Şahid1 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Vİ-JQ №328086 saylı, xx.xx.1978-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində anadan olmuş, ata qrafasında X2, ana qrafasında X11 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X3 xx.xx.2021-ci il tarixində Masazır kənd qəbristanlığında dəfn olunub. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi “3 nömrəli şəhər poliklinikası”nın Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü X1 poliknikaya heç bir xəstəliklə müraciəti qeydə alınmadığından və ölümü qəfləti iş yerində olduğundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 №-li qərarı təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilmə qaydasının 4.4.5-ci bəndinə əsasən tərəflərindən ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 ölümünü təsdiq edən həkim arayışı təqdim olunmadığından, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1951-ci il təvəllüdlü X1 xx.xx.2021-ci il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1951-ci il təvəllüdlü X1 Bakı şəhərində 07 may 2021-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X1 Bakı şəhərində 07 may 2021-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-4821/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4821/2022
03.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver