Məhkəmə qərarları › İş №2(060)-4825/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4825/2024

11.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4825/2024 11.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1973-cü il təvəllüdlü X6 Əli oğlu Sumqayıt şəhərində doğulmuşdur. Oğlu Aslan işləmək üçün Rusiya Federasiyasına təxminən ölümündən bir il yarım əvvəl getmişdir. Daha sonra onun kirayə yaşadığı evdə qəfil öldüyü xəbəri verilmişdir. Onun yanındakı yaxınlarının köməkliyi ilə oğlunun cənazəsini Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin Məhkəmə Tibbi Ekspertizasının sənədi ilə Azərbaycan Respublikasına gətirilmiş və doğulub boya başa çatdığı Sumqayıt Şəhər qəbristanlığında dəfn edilmişdir. Tibbi ekspertizanın arayışlarını ölüm şəhadətnaməsi kimi qəbul edərək indiyə kimi qoruyub saxlamış, lakin yaşadıqları mənzilin satılması üçün dövlət notariusu ondan ölüm haqqında şəhadətnaməsini tələb edir. Ölüm haqqında şəhadətnamə əldə etmək üçün Maraqlı şəxsnə müraciət etsə də müraciət etdiyi sənədlər onları qane etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinə ölüm faktının müəyyən edilməsinə dair müraciət etməyi üçün imtina məktubu ilə təmin etmişlər. X6 Əli oğlu subay olmuşdur. Həyat yoldaşı isə Məmmədov Əli Vəli oğlu xx.xx.1991-ci ildə Sumqayıt şəhərində dünyasını dəyişmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən X6 Əli oğlunun xx.xx.2017-ci il tarixdə Rusiya Federasiyasının Krasnoyarsk vilayətində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudurlar. Oktyabr ayının 10-u idi. İl isə dəqiq yadında deyildir. Təxmin edir ki, dörd il olar. Sumqayıt qəbristanlığında dəf etmişlər. Sankt Peterburqda ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudurlar. Nə zaman öldüyünü dəqiq bilmir. Sumqayıt qəbristanlığında dəfn olunmuş, yas mərasimində də iştirak etmişdir. 3 övladını, iki oğlan, bir qız olmaqla tanıyır. İş materiallarında olan: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Arxivinin 29 avqust 2024-cü il tarixli, 3-48-DA/2-533/2024 nömrəli Sumqayıt Şəhər Məhkəməsinə sorğuya cavab olaraq ünvanlanmış məlumatından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 2017-ci ilə dair Rusiya Federasiya, Krasnoyarsk vilayəti üzrə ölüm haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, Məmmədov Aslan Əli oğlunun vəfatı haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-M- 24xx/xx/2024 nömrəli ərizəyə cavabdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinin tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsi mümkün deyildir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin vətəndaşlara xidmət idarəsi tərəfindən verilmiş 24 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Məmmədov Aslan Əli oğlu 14 oktyabr 2017-ci il tarixində Sumqayıt Şəhər Qəbristanlığında dəfn olunmuşdur. X4 Səhiyyə Müəssisəsi “Krasnoyarsk regional Məhkəmə-Tibbi Ekspertiza Bürosu” tərəfindən verilmiş Rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş arayışın notarial təsdiqindən görünür ki, 2017-ci il oktyabrın 12-də vəfat etmiş Azərbaycan vətəndaşı, 29 may 1973-cü il təvəllüdlü Məmmədov Aslan Əli oğlunun meyitinin müayinəsi zamanı üzərinə baxış və ekspertiza keçirilmişdir. Çürümə səbəbindən ölümün səbəbi müəyyən edilə bilinməyərək cəsəd Azərbaycana göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi oğlu xx.xx.1973-cü il təvəllüdlü Məmmədov Aslan Əli oğlu 12 oktyabr 2017-ci il tarixdə Rusiya Federasiyasının Krasnoyarsk vilayətində vəfat etmişdir. Ərizəçi X6 Əli oğlunun ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1973-cü il təvəllüdlü Məmmədov Aslan Əli oğlunun 12 oktyabr 2017-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü Məmmədov Aslan Əli oğlunun 12 oktyabr 2017-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar