Məhkəmə qərarları › İş №2(060)-4843/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4843/2022

28.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4843/2022 28.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 450 (dörd yüz əlli) manat dəyərində olan Reccke TV-32 markalı televizorun və 589 (beş yüz səksən doqquz) manat dəyərində olan İndesit markalı soyuducunun cavabdehlərdən alınaraq ona verilməsi, həmin əşyalar olmadıqda isə dəyərlərinin (450+589=1039 manat), ödənilmiş 31 manat dövlət rüsumunun, cəmi 1070 (min yetmiş) manatın və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, X2 ilə 12 dekabr 2014-cü ildə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. 09 fevral 2022-ci ildə Nazim Məmmədov dünyasını dəyişmişdir. Həmin nikahdan övladları yoxdur. Həyat yoldaşının vəfatına qədər Cavabdeh1 məxsus mənzildə qaynatası (Cavabdeh2) və qaynanası (Cavabdeh1) ilə birlikdə yaşamışdır. Birgə nikah dövründə onlar Reccke TV-32 markalı televizor və İndesit markalı soyuducu almışlar. Həmin əmlaklar ona məxsusdur. Televizorun qiyməti 450 manat, soyuducunun qiyməti isə 589 manat təşkil edir. Dəfələrlə cavabdehlərdən televizoru və soyuducunu tələb etsə də onlar həmin əmlakları qaytarmayacaqlarını bildirmişlər. Hesab edir ki, ona məxsus 450 (dörd yüz əlli) manat dəyərində olan Reccke TV-32 markalı televizorun və 589 (beş yüz səksən doqquz) manat dəyərində olan İndesit markalı soyuducunun cavabdehlərdən alınaraq ona verilməsi, həmin əşyalar olmadıqda isə dəyərlərinin 450+589=1039 manat), ödənilmiş 31 manat dövlət rüsumunun, cəmi 1070 (min yetmiş) manatın və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd edir ki, Mediasiya prosesi zamanı cavabdehlər mediasiya sessiyasında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq, ona məxsus 450 (dörd yüz əlli) manat dəyərində olan Reccke TV-32 markalı televizorun və 589 (beş yüz səksən doqquz) manat dəyərində olan İndesit markalı soyuducunun cavabdehlərdən alınaraq ona verilməsi, həmin əşyalar olmadıqda isə dəyərlərinin (450+589=1039 manat), ödənilmiş 31 manat dövlət rüsumunun, cəmi 1070 (min yetmiş) manatın və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, Zəminə 2015-ci ilin yanvar ayının 4-də X2 ilə ailə həyatı qurub. Ailə həyatı qurduqdan həyat yoldaşı Nazim vəfat edənədək ona məxsus ünvan 1 ünvanında yaşamışlar. Nazimlə birgə nikahlarından övladları olmamışdır. Nazim 2022-ci ilin fevral ayının 9-da bıçaqlanma hadisəsində həyatını itirmişdir. Onun ölümündən sonra məhkəmə Nazimin hüquqi varisi kimi Zəminəni tanımışdır. Belə ki, Zəminə Nazimin hüquqi varisi kimi tanındıqdan sonra onunla aralarında mütəmadi olaraq münaqişə və mübahisələri olmuşdur. Zəminə xx.xx.2022-ci il tarixdə həmin evdən çıxıb anası X3 məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivindəki bağ evinə köçmüşdür. O, evdən çıxarkən özünə məxsus əşyaları götürməmişdir. Gəlib tez-tez səs-küy edir ki, əşyaları guya ona verilmir. Belə ki, sözü gedən məişət əşyalarından olan televizor iddiaçı gəlin gəlməmişdən əvvəl mənzildə olub və ona məxsusdur. Bundan əlavə, soyuducu Zəminənin adına olsa da, dəyəri onun tərəfindən ödənilmişdir. Hazırda göstərilən əşyaların heç bir iddiaçıya məxsus deyildir. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan, AZ-İİ № 014921 saylı, xx.xx.2014-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 ilə X8 arasında olan nikah Sumqayıt şəhər qeydiyyat şöbəsində 12 dekabr 2014-cü il tarixdə bağlanmış və 1196 nömrə ilə qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin təsdiq formasından görünür ki, “Kontakt Home 11”-dan (Sumgayıt) xx.xx.2016-cı il tarixdə 589 manat dəyərində “İndesit ST 145028” markalı soyuducu X4 adına alınmışdır. İş materiallarında olan AZ-İİ №267977 saylı, xx.xx.2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru X5 xx.xx.2022-ci il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdehlər həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X9 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. “İnsan Hüquqları və X6 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Belə olan halda İddiaçı öz əmlakını cavabdehlərdən tələb etmək hüququ vardır. Çünki Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə görə ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimi istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı iddia ərizəsində göstərdiyi əmlaklarının cavabdehdən geri alınmasını tələb edir. Tərəflər arasında yaranmış mübahisə özgənin sahibliyində olan əmlakın alınması üzrə yaranan mübahisədir. Ona görə də mübahisə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Məhkəmədə Cavabdeh1 iddiaçını tələb etdiyi “RecckeTV-32” markalı televizorun iddiaçı gəlin gəlməmişdən öncə alındığını və eyni zamanda iddiaçı gəlin gələrkən həmin TV-nin artıq mənzil olduğunu etiraf etdi. Bundan əlavə cavabdeh soyuducunun dəyərini onun tərəfindən ödənilməsini bildirsə də, bu barədə heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 589 (beş yüz səksən doqquz) manat dəyərində “İndesit” markalı soyuducu alınaraq İddiaçı verilməli, göstərilən əşyanın qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməli və iş üzrə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 25 (iyirmi beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Ailə Məçəlləsinin 34.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 589 (beş yüz səksən doqquz) manat dəyərində “İndesit” markalı soyuducu alınaraq İddiaçı verislin. Göstərilən əşya qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 25 (iyirmi beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar