Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4846/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13981.64 ABŞ dolları əsas, 17918.98 ABŞ dolları faiz, 4477.29 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 16.10.2018-ci il tarixdən 03.05.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943.85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 38279.96 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, ml.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı (Nikoyl İKB) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı müdafiə edərək göstərdi ki, 2015-ci il 16 oktyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 21%-lə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, ml.) yerləşən 111.1 kv.rn ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzili 2015- ci il 16 oktyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 16 oktyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 03-dək Cavabdeh1 2015-ci il 16 oktyabr tarixli kredit müqaviləsi üzrə banka 13981.64 ABŞ dolları əsas, 17918.98 ABŞ dolları faiz və 4477.29 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 36377.91 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 03 may 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13981.64 ABŞ dolları əsas, 17918.98 ABŞ dolları faiz, 4477.29 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 16.10.2018-ci il tarixdən 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943.85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 38279.96 ABŞ dolları borcu vardır. 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 16 oktyabr 2015ci il tarixli kredit müqaviləsi üzrə banka 13981.64 ABŞ dolları əsas, 17918.98 ABŞ dolları faiz, 4477.29 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 16.10.2018-ci il tarixdən 03.05.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943.85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 38279.96 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, ml.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, iddiaçı iddia ərizəsində ondan 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13 981.64 ABŞ dolları əsas, 17 918,98 ABŞ dolları faiz və 4477.29 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 36 377.91 ABŞ dolları borc tələb etmişdir. O, bu iddia tələbi ilə razılaşmır. Əvvəllər və hal-hazırda hər ay 50-100 ABŞ dolları ödənişlər edir. İddiaçı əvvəllər də olduğu kimi indidə ona qarşı haqsızlıq edir və borc tələbini şişirdərək çox yüksək məbləği tələb edir. Hazırda ailə vəziyyəti ağırdır. Həyat yoldaşı işləsə də çox az əmək haqqı alır. Yaşadıqları mənzildə ondan və ailə üzvlərindən başqa bacısı və 5 qardaşı ailəsi ilə onlarla birgə yaşayırlar. O, uzun illərdir Sumqayıt Dövlət Dram Teatrında musiqi hissə müdiri işləyir. Kredit borcunu valideynlərinin xəstəliyi ilə əlaqədar götürmüşdür. İddiaçı "xxxx" İKB ASC -dən borc məbləği götürərkən onun maliyyə və iqtisadi vəziyyətinin ağır olmasından məlumatlı olmuşdur. Hazırda isə ondan ağılasığmaz həddə faiz və cərimə məbləği tələb edir. Bank tərəfindən onun borcu qanunvericiliyə əsasən kompensasiya edilmir. Prezidentin və İqtisadi İnkişaf Nazirliyinin Problemli kreditlərin kompensasiyasının həyata keçirilməsi ilə bağlı tədbirlər planına uyğun borc məbləği kompensasiya edilməmişdir. Kompensasiya həyata keçirilsəydi onun borcu azaldılmalı və ona qanunvericiliyə uyğun olaraq güzəşt edilməlidir. Lakin, iddiaçı qanunları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini və normaları pozaraq ona qarşı hüquqlarından sui-istifadə edir. Kredit götürüldükdən sonra keçən müddət ərzində ölkə ərazisində baş vermiş devalivasiya ilə əlaqədar pulu ödəməkdə çətinlik çəkmiş, iddiaçı tərəf borcun qaytarılmasında heç bir güzəşt etməmişdir. Sonra isə bir müddətdən sonra vətəndaşlara olan qayğı və diqqət sayəsində Problemli kreditlərin kompensasiyası həyata keçirilmişdir. Bu islahata uyğun olaraq, real olaraq onun olan borcuna güzəşt edilməmişdir. Necə ola bilər ki, onun bu qədər borcu qalsın. Onun bank olan borcu düzgün kompensasiya edilib hesablanmamışdır və güzəşt olunaraq hissə-hissə ödənilməsində lazımi köməkliklər göstərilməmişdir. İndiki bu Pandemiya və ölkə iqdisadiyyatında baş verən mənfi dəyişikliklər nəticəsində işsizliklə əlaqədar kredit ödənişlərini etməkdə çətinliklər yaranmışdır. Hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövrə həmin müqavilə üzrə faizlərin və cərimənin hesablanması borcluya qarşı belə bir tələbin irəli sürülməsi qanuni və əsaslı deyildir. Ona məxsus ipoteka qoyulmuş mənzilin hərracdan satılması bir Azərbaycan Respublikası vətəndaşı kimi onun və ailə üzvlərinin hüquq və azadlıqlarının pozulmasına yönəldilmişdir. O, bir borclu kimi kredit borcunu ödəmiş və ödəyir. İddiaçı Bank onun borcunu qaytarmağına heç bir şərait yaratmır. Əksinə öz hüquqlarından sui-istifadə edərək mənfəət əldə edir və ölkədə yaranmış ağır sosialiqtisadi vəziyyəti düzgün dəyərləndirmir. Göründüyü kimi İddiaçı ASC-nin borc tələbi və tutmanı ipoteka predmetinə yönəldilməsinə dair qarşı iddia ərizəsi ədalətsiz, əsassız və qanunsuz sayılmalıdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı ASC-nin ona qarşı borc tələbi və tutmanı ipoteka predmetinə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 21A/3, mənzil 7-ə yönəldilməsinə dair iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, həqiqətən 16.10.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Cavabdeh1 36 ay müddətinə illik 21% olmaqla, 20000 ABŞ dolları məbləğində kredit vermişdir. Son zamanlar baş vermiş böhran və devalvasiya ödəniş etməklərində çətinliklər yaratmışdır. Bundan əlavə, ipoteka ilə yüklü edilən mənzil onların yeganə yaşayış yerləridir. Onlar həmin mənzili özü satmaq istəyir ki, iddiaçı təşkilata olan borcunu ödəsin. Lakin mənzil ipoteka ilə banka yüklü olduğu üçün onlar bankın razılığı olmadan sözügedən mənzili sata bilmir və bu barədə dəfələrlə iddiaçı təşkilata müraciət etsə də, razılıq ala bilməmişdir. Həmçinin tələb olunan borc məbləği həddin artıq çox şişirdilmişdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı (Nikoyl İKB) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11-01-1-0-581-15 saylı, 16.10.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-nin 4 saylı filialından illik 21%-lə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti (“Kreditor- İpotekasaxlayan”) ilə Cavabdeh1 (“İpotekaqoyan”) arasında 16.10.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən “İpotekaqoyan” Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzili “Alıcı-İpotekaqoyan”ın mülkiyyətinə verir. Müqavilənin 2.3cü bəndinə əsasən tərəflər arasında mənzilin satış qiymətinin 82.000 manat olması müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, N-0741543 saylı “Çıxarış”ın surətindən görünür ki, Cavabdeh1 adına qeydə alınmış Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyətində 16.10.2015-ci ildən 36 ay müddətinə- 16.10.2018-ci il tarixə qədər ipoteka ilə yüklü edilmişdir. İş materiallarında Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı Mənzil Kommunal Sahəsinin 14.10.2015-ci il tarixli “2 №-li forma” arayışının surətindən görünür ki, Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 3/21A, mənzil 7-in sahibi Cavabdeh1dur və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildə daimi qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 30.07.2021-ci il tarixli N-9/4891 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış, 16 oktyabr 2015-ci il tarixli, 11-G1-1-0-581-15 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 18 may 2021-ci il tarixə banka olan borcu ümumilikdə 33404,98 ABŞ dolları məbləğində müəyyən edilir ki, ondan 15104,18 ABŞ dolları əsas, 18300,80 ABŞ dolları faiz borcu təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin 11.10.2021-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatından müəyyən edilir ki, Cavabdeh1 oğlunun mülkiyyətindəki Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilin 11.10.2021-ci il tarixə bazar dəyəri 90000 (doxsan min) manat, likvid dəyəri 76500 (yetmiş altı min beş yüz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 17.03.2021, 05.02.2021-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 21A/3, mənzil 7-də və Cavabdeh4 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3, mənzil 7-də qeydiyyatdadırlar. Kredit möqaviləsinə və tərtib edilmiş qrafikə uyğun cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Odur ki, iddiaçının tələbin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin yaşayış sahəsinin hərracda satılması və bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməsi barədə tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyat və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə gözəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olunmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir. Həmin Məcəllənin 298-ci maddəsinə görə, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirilmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışda götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Qanunun 59.3-üü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İddiaçının cavabdehdən faizlərin tutulması tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mönasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş özrə ödənilmiş dövlət rösumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsinə aid hissədə təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönədlikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərizində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-veməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun mənzildən çıxarılması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. Məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində göstərilmiş “satıldıqda” ifadəsi alqı-satqının bağlanma anını deyil, yeni mülkiyyətçinin mülkiyyət hüququnun yaranma əsasını nəzərdə tutduğundan və bu hal alqı-satqı əsasında yeni mülkiyyətçinin hüquqlarının qeydə alınmasından sonra yarandığından, ipoteka qoyanın və ailə üzvlərinin mənzili tərk etmələrinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Belə ki, alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRX-də qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Şərh edilənləri, cavabdehlərin əmlak mənafeyini və Azərbaycan Respublikası "xxxx" MMC-nin qiymətləndirmə hesabatını nəzərə alaraq, məhkəmə, Cavabdeh1 2015-ci il 16 oktyabr tarixli kredit müqaviləsi üzrə 13981 (on üç min doqquz yüz səksən bir) ABŞ dolları 98 (doxsan səkkiz) sent əsas, 17918 (on yeddi min doqquz yüz on səkkiz) ABŞ dolları 98 (doxsan səkkiz) sent faiz, 50 (əlli) ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 16.10.2018-ci il tarixdən 03 05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 943 (doqquz yüz qırx üç) ABŞ dolları 85 (səksən beş) sent məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32894 (otuz iki min səkkiz yüz doxsan dörd) ABŞ dolları 47 (qırx yeddi) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti likvid dəyəri 76500 (yetmiş altı min beş yüz) manat məbləğində müəyyən edilməli, bu əmlak hərracda satılmalı, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 banka olan cəmi 32894 (otuz iki min səkkiz yüz doxsan dörd) ABŞ dolları 47 (qırx yeddi) sent borc məbləği və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh1 qaytarılmalı və iddia tələbi qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2015-ci il 16 oktyabr tarixli kredit müqaviləsi üzrə 13981 (on üç min doqquz yüz səksən bir) ABŞ dolları 98 (doxsan səkkiz) sent əsas, 17918 (on yeddi min doqquz yüz on səkkiz) ABŞ dolları 98 (doxsan səkkiz) sent faiz, 50 (əlli) ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 16.10.2018-ci il tarixdən 03 05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 943 (doqquz yüz qırx üç) ABŞ dolları 85 (səksən beş) sent məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32894 (otuz iki min səkkiz yüz doxsan dörd) ABŞ dolları 47 (qırx yeddi) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti likvid dəyəri 76500 (yetmiş altı min beş yüz) manat məbləğində müəyyən edilsin, bu əmlak hərracda satılsın, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 banka olan cəmi 32894 (otuz iki min səkkiz yüz doxsan dörd) ABŞ dolları 47 (qırx yeddi) sent borc məbləği və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh1 qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-4846/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4846/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver