Məhkəmə qərarları › İş №2(060)-4853/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4853/2024

17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4853/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüsen qızının katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, onun xx.xx.1983-cü il təvəllüdlü qızı Nuriyeva İlahə Akif qızı Sumqayıt şəhərində anadan olmuşdur. xx.xx.1983cü ildə Siyəzən rayonunun Yuxarı Ələz kəndində vəfat etmişdir (doğum haqqında şəhadətnamə təqdim edilmişdir). Bununla əlaqədar Siyəzən Rayonu, İcra Hakimiyyəti Başçısının Ərziküş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 13 saylı, 27 mart 2024-cü il tarixli arayışı və bilavasitə onun təsdiq etdiyi 27 mart 2024-cü il tarixli akt təqdim olunur. Təqdim olunmuş arayışdan və aktdan da görünür ki, qızı xx.xx.1983-cü ildə Siyəzən Rayonunun Yuxarı Ələz kənd Qəbristanlığında dəfn olunmuşdur. O, Maraqlı şəxsnə müraciət edərək qızının ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Onlar xx.xx.2024-cü il tarixli, 3-16-5/8-N-1108/15 saylı məktub ilə qızının ölümü haqqında şəhadətnamə verilməsindən imtina etmişlər və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hal-hazırda qızının ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən xx.xx.1983-cü il təvəllüdlü qızı Nuriyeva İlahə Akif qızının xx.xx.1983-cü il tarixində Siyəzən Rayonunun Yuxarı Ələz kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Hal-hazırda ölümün təsdiq edilməsi ona həyat yoldaşı rəhmətə getdiyi üçün evin sənədləşdirilməsi üçün lazımdır. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, onlarda doğum haqqında akt qeydi mövcuddur. Sənədlərə də baxış keçirilmişdir. Sadəcə ölüm haqqında heç bir məlumat yoxdur. Əgər şəxs həkim şəraitində ölsə idi, həkimlər onlara məktub göndərir və onlar da qeyd aparırdılar. Lakin göndərilmədiyi üçün sistemdə və aktda hal-hazırda adı göstərilir. Məhkəmə, Ərizəçi və maraqlı şəxs umqayıt Şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi Nümayəndə izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Bəsti onun bacısıdır. Onun dörd övladı olmuşdur. Övladlarının adları Günay, Elmin, Emil və İlahə olmuşdur. İlahə 1983-cü ilin aprel ayında anadan olmuşdur. 1983-cü ilin may ayında vəfat etmişdir. Anadan olarkən xəstəliyi olmuşdur. Bir müddət evdə qalmışdır. Daha sonra isə qızdırması qalxmış və rəhmətə getmişdir. Sumqayıt şəhərində vəfat etmiş və Siyəzən rayonunun Yuxarı Ələz kəndində dəfn olunmuşdur. Özü də kəndə aparmış, yuyulub, dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Bəsti ilə həm qonşudurlar. Həm də qardaşı arvadıdır. 2 qızı və 2 oğlu olmuşdur. Qızı 17 aprel 1983-cü ildə anadan olmuşdur. Qızdırması qalxmış və rəhmətə getmişdir. Adı İlahə, onun atasının adı isə Akif olmuşdur. İş materiallarında olan: İX-ЖГ seriyalı, 359086 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nuriyeva İlahə Akif qızı 17 aprel 1983-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 28 aprel 1983-cü il tarixdə 1854 nömrə ilə qeydiyyat aparılmışdır. X1, anası isə Ərizəçidır. Azərbaycan Respublikası Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Ərziküş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 nömrəli, 27 mart 2024-cü il tarixli arayışdan görünür ki, X3 qızı Nuriyeva İlahə Akif qızı xx.xx.1983-cü ildə Siyəzən rayonunun Yuxarı Ələz kəndində vəfat etmişdir. Yuxarı Ələz kənd qəbristanlığında dəfn olunmuşdur. Kənd sakinləri tərəfindən tərtib edilmiş, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Ərziküş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 27 mart 2024-cü il tarixli aktdan görünür ki, Ərizəçi övladı – qızı Nuriyeva İlahə Akif qızı 17 aprel 1983-cü ildə anadan olmuş, 06 may 1983-cü ildə Siyəzən rayonunun Yuxarı Ələz kəndində vəfat etmişdir. Siyəzən rayonu, Yuxarı Ələz kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən X4 verilmiş 23 mart 2024-cü il tarixli, 3-16-5/8-N-1108/15 nömrəli ərizəyə cavabdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinin tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 Sumqayıt Tibb Mərkəzi PHŞ 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən Ərizəçi verilmiş 03 iyun 2024-cü il tarixli, 239 nömrəli məlumatdan görünür ki, xx.xx.1983-cü ildə doğulan və xx.xx.1983-cü il tarixdə vəfat edən Nuriyeva İlahə Akif qızı 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən 30 iyul 2024-cü il tarixli, 3- 48-4/2-1253/2024 nömrəli Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış sorğuya cavabdan görünür ki, VVAQ orqanlarının sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivlərinə yalnız 1947-ci ilə qədər təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi qızı xx.xx.1983-cü il təvəllüdlü Nuriyeva İlahə Akif qızı 06 may 1983-cü il tarixdə Siyəzən rayonu, Yuxarı Ələz kəndində vəfat etmişdir. Ərizəçi qızı Nuriyeva İlahə Akif qızının ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1983-cü il təvəllüdlü Nuriyeva İlahə Akif qızının 06 may 1983-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü Nuriyeva İlahə Akif qızının 06 may 1983-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar