Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4872/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Nurəddin oğlunun Cavabdeh qarşı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Nurəddin oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus hazırda Cavabdeh mülkiyyətinə keçmiş ** CV *** dövlət nömrə nişanlı, MİTSUBİSİ PAJERO markalı, 2000-ci il buraxılışlı Ban nömrəsi H72VV0200117 olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, həmin avtomaşın üzərində mülkiyyət hüququnun tanınması, habelə ödədiyi 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 01.10.2001-ci ildə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan 14.01.2004-cü il təvəllüdlü X3, 19.08.2005-ci il təvəllüdlü X1 və 04.02.2008-ci il təvəllüdlü X2 adlı övladları vardır. Tərəflər arasımda olan nikah 05.02.2021-ci ildə pozulmuşdur. Öz şəxsi vəsaiti hesabına aldığı ** CV *** dövlət nömrə nişanlı, MİTSUBİSİ PAJERO markalı, 2000-ci il buraxılışlı Ban nömrəsi H72VV0200117 olan nəqliyyat vasitəsi keçmiş həyat yoldaşının , yəni cavabdehin adına sənədləşdirmişdir. Hal-hazırda ona verilmiş etibarnaməni lğv etdirmişdir. Cavabdeh ümumi əmlakın bölünməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4374/2020 saylı qətnaməsi ilə onun ümumi əmlak bğlgüsü tələbinə dair iddiası ləğv edilmişdir. İddiaçı hazırda “xxxx” ASC-də elektrik işləyir, lakin əmək haqqısı az olduğu üçün asudə vaxtlarında fərdi olaraqda elektrik işləri görür. Ona görə də həmin elektrik avadanlıqlarını daşımaq üçün ona avtomobil lazımdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisəli avtomobil iddiaçının şəxsi vəsaiti hesabına alınmamışdır. Həmin avtomobil onun dəstəyi ilə nikahda olduqları zaman onun mülkiyyətinə alınmışdır. Onun adına sənədləşdirilmiş və iddiaçıya avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Hal-hazırda avtomobilin sənədləri iddiaçıdadır və ona vermir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki: -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4374/2020 saylı, 01.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı ümumi əmlakın bölgüsü tələbinə dair iddiası rədd edilmişdir. -nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah 09.03.2021-ci ildə pozulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur(152.1). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır(152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər(152.3). Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.4).Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın(152.5). Azərbaycan Respublikası ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən- nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (32.2.2). Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (32.3). Məhkəmə araşdırması zamanı mübahisəli avtomobilin nikah dövründə əldə edildiyi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, İddiaçı Nurəddin oğlunun Cavabdeh qarşı ona məxsus hazırda Cavabdeh mülkiyyətində olan ** CV *** dövlət qeydiyyat nişanlı, MİTSUBİSİ PAJERO markalı, 2000-ci il buraxılışlı, Ban nömrəsi H72VV0200117 olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, həmin avtomaşın üzərində mülkiyyət hüququnun tanınması, habelə ödədiyi 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Nurəddin oğlunun Cavabdeh qarşı ona məxsus hazırda Cavabdeh mülkiyyətinə keçmiş ** CV *** dövlət nömrə nişanlı, MİTSUBİSİ PAJERO markalı, 2000-ci il buraxılışlı Ban nömrəsi H72VV0200117 olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, həmin avtomaşın üzərində mülkiyyət hüququnun tanınması, habelə ödədiyi 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4872/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4872/2021
17.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver