Məhkəmə qərarları › İş №2(060)-4905/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4905/2023

28.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4905/2023 28.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” (Maraqlı şəxs) barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, (Maraqlı şəxs kimi göstərməklə) onunla maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023/01410 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi maraqlı şəxslə 24 dekabr 2004-cü ildə rəsmi nikah girməklə ailə qurmuşdur. Birgə nikahlarından 05 sentyabr 2004-cü il təvəllüdlü X10, 24 dekabr 2005-ci il təvəllüdlü X11 və 17 fevral 2008-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2(060)- 833/2019 saylı qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş 24 dekabr 2005-ci il təvəllüdlü X11 və 17 fevral 2008-ci il təvəllüdlü X8 atasının yanında saxlanması, 24 dekabr 2005-ci il təvəllüdlü X11 və 17 fevral 2008-ci il təllüdlü X4 atasının yanında yetkinlik yaşma çatana qədər saxlanmaları üçün ondan hər ay aylıq qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq maraqlı şəxsə ödənilməsi, rəsmi nikahdan anadan olmuş 05 sentyabr 2004-cü il təvəllüdlü X5 ərizəçinin yanında saxlanması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(105)-2121/2019 saylı qətnaməsi ilə 24 dekabr 2005-ci il təvəllüdlü X6 və 17 fevral 2008-ci il təvəllüdlü X1 üçün bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment xx.xx.2018- tarixdən başlayaraq ərizəidəm alınaraq maraqlı şəxsə ödənilməsi, 05 sentyabr 2004-cü il təvəllüdlü X2 üçün 80 manat sabit pul məbləğində alimentin xx.xx.2018-ci il tarixdən başlayaraq alınaraq ərizəçiyə ödənilməsi qət edilmişdir. Maraqlı şəxs onkoloji xəstədir. Baş beynin, yan mədəciyin törəməsi xəstəliyindən əziyyət çəkir. Hal-hazırda ağır yataq xəstəsidir. Bunu ambulator kartdan arayış təsdiq edir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, məhkəmə qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşaqlarının onun yanında saxlanmasını istəyir. Belə ki, bu bir sıra sənədləşmə məsələləri və sair üçün ona lazımdır. Qeyd edilənlərə əsasən ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1982-ci ildə, Bakı şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Maraqlı şəxs isə xx.xx.1969-cu ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2(060)-833/2019 saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 24 dekabr 2005-ci il təvəllüdlü X11 və 17 fevral 2008-ci il təvəllüdlü X4 maraqlı şəxsin yanında saxlanmaları, uşaqların yetkinik yaşına çatanadək saxlanmaları üçün hər ay aylıq qazancının 1/4 hissəsi miqdarında alimentin tutularaq maraqlı şəxsə ödənilməsi, 05 sentyabr 2004-cü il təvəllüdlü X5 ərizəçinin yanında saxlanması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(105)-2121/2019 saylı qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 sabit pul məbləğində alimentin xx.xx.2018-ci il tarixdən başlayaraq ərizəçidən alınaraq maraqlı şəxsə, maraqlı şəxsdən xx.xx.2004-cü il təvəllüdlü X2 üçün 80 manat sabit pul məbləğində alimentin xx.xx.2018-ci il tarixdən başlayaraq alınaraq ərizəçiyə verilməsi qət edilmişdir. Tərəflər arasında Sumqayıt şəhəri 1 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişinin şərtlərinə əsasən mediasiya prosesində - Maraqlı şəxs ilə Ərizəçi birgə rəsmi nikah vaxtı anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü X4 Ərizəçi himayəsinə verilməsinə razılaşdılar. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad məsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Təraflər sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. Sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Tərəflər razılığa gəlirlər ki, tərəflərin birinin yazılı razılığı olmadan sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır. Tərəflər razılaşırlar ki, hazırkı sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); Əgər tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütür məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi məlumatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) ve belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməzlər: Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından yaranmış tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərin bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmir halın mövcud olduğu müddət ərzində dayandırılır. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərə Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyi uyğun olaraq məsuliyyət daşıyır. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 03 səhifədə 04 (rəqəmlə və sözlə) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərinə əsasən X11 xx.xx.2005-ci ildə, X7 xx.xx.2008-ci ildə anadan olmuşlar. Uşaqların atası Maraqlı şəxs, anası isə X3r. 340084 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasındakı nikahın pozulması xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər (355-23.1.). Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir (355-23.2.). Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır (355-25.1.). Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (355-25.3.). Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda (355-26.1.). Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi və ya onun hər hansı hisəssi qanuna zidd deyil və mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunmur. Bu səbəbdən tərəflər arasında mediasiya prosesi çərçivəsində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 355-23, 355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi çərçivəsində Sumqayıt 1 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixində bağlanmış və şərtləri qətnamənin təsviriəsaslandırıcı hissəsində göstərilmiş MŞS/MT030/2023/01410 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar