Məhkəmə qərarları › İş №2(060)-4906/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4906/2022

21.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4906/2022 21.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Xələfova Şükufə Bəkir qızı onun bacısıdır. X5 09 aprel 2021-ci ildə vəfat etmiş və el adəti ilə Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmasını Sumqayıt şəhər İH MKTİB-nin vətəndaşlara xidmət idarəsinin 02 saylı arayışı təsdiq edir. Həmçinin bacısının vəfatı faktını xx.xx.2021-ci il tarixli akt təsdiq edir. Bacısı ev şəraitində vəfat etdiyindən “Ölüm haqqında şəhadətnamə” ala bilmir. Tibbi sənədlər mövcud olamdığına görə müvafiq tibb müəssisəsi ölüm haqqında şəhadətnamə vermir. “Ölüm haqqında şəhadətnamə” alınması xahişi ilə Sumqayıt qeydiyyat şöbəsinə müraciət etmişdir. Sumqayıt qeydiyyat şöbəsi xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Qeyd edilənlərə əsasən 01 mart 1951-ci ildə anadan olmuş, 09 aprel 2021-ci ildə vəfat etmiş və Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuş mərhum bacısı Xələfova Şükufə Bəkir qızının ölüm faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsinə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Sumqayıt şəhər qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, ərizəçi onun həm qonşusu, həm də qohumudur. Ərizəçinin bacısı X7 Bəkir qızı ailə qurmuş, lakin övladı olmamışdır. Xəstəlikdən əziyyət çəkdiyini, ona qardaşlarının baxdığını bildirdi. Dəfn mərasimində şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirdi ki, ərizəçi onun yaxın qonşusudur. X7 Bəkir qızı xəstə olduğunu və qardaşı ilə qaldığını bildirdi. O, pandemiya vaxtı rəhmətə getmiş, Sumqayıtda dəfn olunmuşdur. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1031/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Sumqayıt Tibb Mərkəzi X8rşı xx.xx.2021-ci ildə vəfat etmiş bacısı Şələfova Şükufə Bəkir qızına ölüm haqqında tibb şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan АЗ seriyalı ******* №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Qubadlı rayonunun Mirlər kəndidə anadan olmuşdur. İş materiallarında olan АЗ seriyalı ******* №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zeynalova Şükufə Bəkir qızı xx.xx.1951-ci il tarixdə Qubadlı rayonunun Mirlər kəndidə anadan olmuşdur. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi X12 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 53 saylı məktubdan görünür ki, 2016-cı ildən “Öd kisəsinin xərçəngi. Qaraciyərə və ağciyərə metastazlarla. İV mərhələ” diaqnozu ilə Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şövbəsində qeydiyyatda olan Xələfova Şükufə Bəkir qızının ölümünü təsdiq edən heç bir sənəd olmadığı üçün ölüm haqqında 106 saylı şəhadətnamənin verilməsi mümkün deyildir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, Xələfova Şükufə Bəkir qızının ölümünü təsdiq edən tibbi şəhadənamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X1 Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 02 №-li arayışdan görünür ki, mərhum Zeynalova Şükufə Bəkir qızı Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi bacısı xx.xx.1951-ci il təvəllüdlü Xələfova Şükufə Bəkir qızı xx.xx.2021ci il tarixdə yaşadığı ünvanda ölmüşdür. Ərizəçi bacısı Xələfova Şükufə Bəkir qızının ölümünün qeydə alınması barədə Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Hal-hazırda ölüm haqqında şəhadətnamə ona sosial məsələlərin həlli ilə bağlı lazımdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1951-ci il təvəllüdlü Xələfova Şükufə Bəkir qızının xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü Xələfova Şükufə Bəkir qızının xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar