Məhkəmə qərarları › İş №2(060)-4924/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4924/2023

12.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4924/2023 12.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi (Maraqlı şəxs) barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Maraqlı şəxs kimi göstərməklə) xx.xx.1943-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixində Biləcəri qəsəbəsi, M.S.Ordubadi 10 ünvanda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixdə ərizəçinin həyat yoldaşı xx.xx.1943-cü il təvəllüdlü X4 dünyasını dəyişmişdir. Təcili və X3 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən də aydın görünür ki, verilən ünvana çatdıqda X1 meydi aşkar edilmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 994 saylı, xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, mərhum X5 TTTYS verdiyi arayışa əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Maştağa qəsəbəsi “Subtropik sovxoz” qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1951-сi ildə, Lənkəran rayonunda anadan olmuş, Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, 359 və V 359 ünvanında qeydiyyatdadır. 1 saylı Sumqayıt regional «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsi xx.xx.2023cü il tarixli məktubunda ərizəçiyə bildirilmişdir ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ərizənin təmin edilməsi mümkün deyil. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 994 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən ərizəçinin mərhum əri X4 TTTYS verdiyi arayışa əsasən xx.xx.2023-ci il tarixdə vəfat etmiş, Maştağa qəsəbəsi, «Subtropik sovxoz» qəbiristanlığında dəfn olunmuşdur. Bakı şəhəri Təcili və X3 Stansiyasının ölüm haqqınd xəbərdarlıq vərəqəsində xx.xx.2023-cü ildə Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvana gedərkən X2 məxsus kişi cinsli meyid aşkar edildiyi qeyd edilmişdir. “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” Bakı Baş Səhiyyə X12 Şəxs 15 nömrəli şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2023 -cü il tarixdə vəfat etmiş X1 (xx.xx.1943-cü il təvəllüd) 15 saylı Şəhər poliklinikasına müraciət etməyib, adına ambulator karta açılmayıb. Xəstə kimi dispanser qeydiyyata alınmayıb. Xəstəliklə bağlı qeydiyyatda olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi imkan xaricindədir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, mərhum X4 onun həyat yoldaşının əmisidir. Sabir Mənsumov vəfat etməzdən bir gün əvvəl onlar həyat yoldaşı ilə Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, 10 ünvanına ona baş çəkməyə getmişdilər. Sabir Mənsumov ağır xəstə idi. Ona təcili yardım çağırılmış, tibbi yardım göstərildikdən sonra təcili yardım getmişdir. Axşam saatlarında onlar öz evlərinə gediblər. Gecə isə Sabirin ölüm xəbərini ona çatdırmışlar və o, yenidən Sabir Mənsumovun yaşadığı ünvana gedərək onun vəfat etdiyini görüb. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, ərizəçinin həyat yoldaşı onun əmisidir. Əmisini ziyarətə getdiyi zaman onun vəziyyətinin pis olduğunu görüb. Ona təcili yardım çağırılmış, tibbi yardım göstərildikdən sonra təcili yardım getmişdir. Axşam saatlarında onlar öz evlərinə gediblər. Gecə isə Sabirin ölüm xəbərini ona çatdırmışlar və o, yenidən Sabir Mənsumovun yaşadığı ünvana gedərək onun vəfat etdiyini görüb. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır (307.2.8.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur (4.8.). İşdən göründüyü kimi ərizəçi mərhum həyat yoldaşı X1 ölüm şəhadətnaməsini almaq istəyir. Lakin, maraqlı şəxs müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəçiyə imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər və şahid ifadələri əsasında ərizəçinin mərhum həyat yoldaşı X1 xx.xx.2023-cü il tarixdə vəfat etməsi sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və X1 xx.xx.2023-cü il tarixində, Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1943-cü ildə anadan olmuş X1 xx.xx.2023-cü il tarixində, Bakı şəhəri Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, 10 ünvanında ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar