Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4940/2025 21.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair iş üzrə (açar sözlər: ölüm faktının təsdiqi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) tələb
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X4 15 may 2025-ci il tarixində ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, onun 1977-ci il tarixdə anadan olmuş bacısı X8 15 may 2025-ci il tarixində yaşadığı mənzildə hamamda olarkən qəflətən vəfat etmiş və 16 may 2025-ci il tarixində Sumqayıt şəhərində dəfn olunmuşdur. Onun vəziyyəti pisləşəndə təcili yardım çağırılmış, lakin o gələnədək bacısı vəfat etmişdir. Ona görə də Sumqayıt TTTY bölməsi briqadası tərəfindən 15 may 2025-ci il tarixli xəbərdarlıq vərəqəsi verilmişdir. Bacısının həyat yoldaşı Natiq Nəsirov hətta Sumqayıt ŞPİ 3-cü PB-nə də müraciət etmişdir. Onlar 17 iyun 2025-ci il tarixli məktubla bacısının ölümündə cinayət xarakterli hadisənin aşkar olunmadığını bildirmişlər. Onun vəfat etməsi və şəhər qəbristanlığında dəfn olunmasını şahidlər də təsdiq edə bilərlər. Onun ölümü haqqında şəhadətnamə almaq üçün maraqlı şəxs olan Sumqayıt qeydiyyat şöbəsinə ərizə vermişlər. Lakin qeydiyyat şöbəsi 2 iyul 2025-ci il tarixli cavabla şəhadətnamə verməkdən imtina etmişdir ki, AR Nazirlər Kabinetinin 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlannm dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktmı təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi əsasında verilə bilər. Onun ölüm haqqında şəhadətnaməsi onlara mənzil məsələsində sənədləşmə və digər işlərin həlli üçün və s. məsələlərdə lazımdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
b) tələbə qarşı etiraz
3. Tələbə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsini müdafiə etdiyini qeyd etdi. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Ərizəçi onun oğlu, X8 isə onun qızıdır. X3 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Ərizəçi onun bibisi oğludur. X8 onun həyat yoldaşı olmuşdur. xx.xx.2025-ci ildə hamamda yıxılıb vəfat etmişdir. Bir gün sonra dəfn edilmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, X8 onun bibisi qızıdır. xx.xx.2025-ci ildə vəfat etmiş, xx.xx.2025-ci ildə dəfn edilmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları:
9. əslinə baxmaqla tədqiq edilmiş İV-ЖГ seriyalı, 449641 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. X2, anası X6r.
10. AZE seriyalı, 14058950 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.1977-ci ildə Sumqayıt şəhərində doğulmuşdur.
11. əslinə baxmaqla tədqiq edilmiş AZ-İ seriyalı, 281303 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Natiq Xacil oğlu ilə xx.xx.2006-cı ildə nikaha daxil olmuşdur.
12. Sumqayıt Təcili və X7 Stansiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixli çağırışla əlaqədar briqada ünvana çatanda hamamda qadın meyiti aşkar olunmuş və meyit üzərində zorakılıq və gözlə görünən zədə əlamətləri olmamışdır.
13. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Sumqayıt Tibb Mərkəzi” Hüquqi Şəxsin 6 nömrəli Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mərhum X5 (FİN:1HGBSQ9) (ünvan:4 mkr, 14/21, mən 99) xx.xx.2025-ci il TTYS tərəfindən xəbərdarlıq vərəqəsi, həyat yoldaşı X10 müraciəti əsasında ölümdən sonrakı epikriz verilməsi mümkün olmamışdır. Səbəbi mərhumun xəstəliklə bağlı heç bir poliknikaya müraciəy etməməsi, ölümün qəfil baş verməsi olmuşdur. Bu halda vətəndaşa (mərhumun həyat yoldaşına) ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müruciət etməsi tövsiyyə olunmuşdur.
14. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-N-23xx-xx/2025 nömrəli məktubundan görünür ki, X4 ölümünü təsdiq edən sənəd olmadığından ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.
15. Fotoşəkillə müəyyən olunur ki, X4 (xx.xx.1977-xx.xx.2025) adına qəbir mövcuddur və ona baş daşı ucaldılmışdır.
b) mülki iş üzrə tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: “1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
20. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
21. Belə ki, işdəki sübutlara məcmu halında qiymət verilərkən müəyyən olunur ki, xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş X8 xx.xx.2025-ci ildə ev şəraitində vəfat etmiş, ailə üzvləri və yaxınlarının iştirakı ilə dəfn edilmiş, mərhumun qəbri və baş daşı mövcuddur. Ölümün hansı səbəbdən baş verdiyini təsdiq edən sənəd və həkim rəyi olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, ölüm haqqında müvafiq tibbi şəhadətnamə olmadığı üçün isə ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır.
22. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.
Nəticə hissəsi:
23. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü X4 15 may 2025-ci il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X4 adına göstərilən məlumatlar əsasında ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva