Məhkəmə qərarları › İş №2(060)-4946/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4946/2025

23.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4946/2025 23.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi XXX Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs: Maraqlı şəxs) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Ərizəçi XXX Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1974-cü il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Lənkəran rayonunda ölməsi faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu X8 və gəlini xx.xx.1974-cü il təvəllüdlü X3 xx.xx.2018-ci tarixdə ailə qurmuşlar. X8 xx.xx.2024-cü il tarixdə onkoloji xəstəlikdən vəfat etmişdir. Gəlini pandemiya dövründə öz ata evinə Lənkəran rayonuna müalicə üçün qayıtmışdır. Gəlininin qardaşıgil onlara bildirmişdir ki, gəlini Vəsilə xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Lənkəran şəhəri "Böyük bazar" qəbiristanlığında dəfn olunmuşdur. Lakin, gəlininin ailəsi ölüm şəhadətnaməsi alınması, ölümün qeydiyyata alınması üçün heç bir yerə müraciət etməmişdirlər. Maraqlı şəxsnə gəlini X1 vəfatı ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş, lakin şöbə ərizəçinin gəlininin ölümü haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Göründüyü kimi, tələb olunan sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nəvəsi Qurbanov Nofəl Oqtay oğlu Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 16/21B, 46 saylı mənzili xx.xx.2018-ci ildə oğlu X5 bağışlamışdır. Hazırda oğlununun yeganə vərəsəsi ərizəçidir və gəlininin ölüm haqqında şəhadətnaməsi olmadığına görə həmin evə dair vərəsəlik işlərini həll edə bilmir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Sumqayıt qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, ərizəçinin qızıdır, X3 qardaşı Həsənin həyat yoldaşı olub. Mədəsində problem olduğu üçün əməliyyat olunmuşdur. Ərizəçi yaşlı olduğu üçün gəlininə yaxşı baxa bilməmiş və Vəsilə bacısıgilə getmiş, bir müddət sonra onun öldüyü xəbəri gəlmişdir. Daha sonra qəbiristanlıqda dəfndə iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, ərizəçi onun bibisidir. Vəsilə onun bibisinin gəlini olub. Mədəsində problem olduğu üçün əməliyyat olunmuşdur. Əməliyyat olunandan bir müddət sonra doğulduğu Lənkəran rayonuna getmiş və bacısıgildə yaşamışdır. Yanvar ayının 7-si onun öldüyünü bilmişlər. 10 gün sonra Lənkəranda qəbiristanlığa getmişlər, Vəsilə anasının yanında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Nikah haqqında arayışdan görünür ki, X8 ilə Rəcəbova (Cəfərova) Vəsilə Canbağış qızı arasında xx.xx.2018-ci il tarixdə Sumqayıt 1 saylı “ASAN Xidmət” Mərkəzində nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1616 nömrəsi ilə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-Q-17xx/xx/2025 saylı məktubdan görünür ki, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alındığı bildirilərək Maraqlı şəxs tərəfindən ölümün qeydiyyata alınması barədə ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəsi təmin olunmamışdır. - Azərbaycan Respublikası Lənkəran rayonu Lənkəran Bələdiyyəsi tərəfindən verilmiş 169/02 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü xx.xx.2022-ci ildə “Böyük Bazar” qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin gəlini X3 xx.xx.2022-ci il tarixdə Lənkəran rayonunda ölmüş, “Böyük Bazar” qəbirstanlığında xx.xx.2022-ci il tarixdə dəfn edilmişdir. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Lənkəran rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar