Məhkəmə qərarları › İş №2(060)-4947/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4947/2024

26.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4947/2024 26.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı-31 mart 1958-ci il təvəllüdlü X1 14 may 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxx 1965-ci il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında (Sumqayıt ŞPİ-nin inzibati binasında) pasport qeydiyyatında olmaqla ünvan 2 ünvanında yaşayır. Bildirmək istəyir ki, 31 mart 1958-ci il təvəllüdlü X3 onun həyat yoldaşıdır. 14 may 2024-cü il tarixdə vəfat etmişdir. Qeyd edir ki, dərhal bu barədə Abşeron Rayon Təcili və X4 Stansiyasına məlumat verilmiş, onlar tərəfindən xəbərdarlıq vərəqəsi verilmiş, həmin vərəqədə ölümün ilkin səbəbi olaraq həkimə qədər ölüm, zorakılıq əlamətlərinin olmadığı qeyd edilmişdir. Bu səbəbdən də tərəfindən həyat yoldaşının ölümünə dair sənədin alınması ilə bağlı iş üzrə maraqlı şəxs 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etsə də ərizənin icrasından imtina edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, hazırki mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Məhkəmədə Ərizəçi eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan İİ-JQ №459130 saylı, xx.xx.1983-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 ilə Ərizəçi xx.xx.1983-cü il tarixdə nikaha daxil olmuşlar. İşdə olan Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” X2 Ərizəçi ünvanladığı məktubdan görünür ki, X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə alaraq Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün deyildir. İş materiallarında olan Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixli çağırışa əsasən Saray qəsəbəsi, “Yeni massiv” h/e ünvanına X1 adına çağırış daxil olmuş və evə daxil olarkən kişi cinsli meyit aşkar olunmuşdur. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı ilə həqiqətən xx.xx.1958-ci təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə ölməsi faktı sübut olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1958-ci təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar