Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4948/2024 24.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüsen qızının katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, mərhum qardaşı xx.xx.1985-ci il təvəllüdlü X6 “ürək çatışmamazlığı” xəstəliyindən əziyyət çəkmişdir. xx.xx.2024-cü il tarixdə təxminə saat 18:57 radələrində mərhum qardaşının halı qəflətən pisləşmişdir. O, dərhal AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Sumqayıt Tibb Mərkəzi” X17 X20 Stansiyasına müraciət etmişlər. Çağırışa gələn həkimlər artıq qardaşının vəfat etdiyini bildirmişlər. Mərhum qardaşı xx.xx.1985-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hadisə yerinə X20 briqadası cəlb edilmiş, həmçinin AR DİN Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsində araşdırma aparılmasına baxmayaraq ölüm haqqında şəhadətnamə ala bilmirlər. Belə ki, Maraqlı şəxsnə müraciət etsələr də, Maraqlı şəxs tərəfindən 3-16-5/8-M-24xx/xx-2024 nömrəli, xx.xx.2024-cü məktub verilərək, AR Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohulmarının, onun qonşularının, mənzil-istismar təşkilatları işlərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılması, AR Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına biləcəyi və Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən xx.xx.1985-ci il təvəllüdlü mərhum qardaşı X2 xx.xx.2024cü il tarixdə ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, hüquqi faktın təsdiq olumasını iş yerindən istəyirlər. Mərhumun üç uşağı vardır. Həmçinin pensiya almaq üçün sənədləri düzəltmək lazımdır. Sumqayıt Şəhər Qəbristanlığında dəfn olunmuşdur. Xəstəliyi olmamışdır. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X9 izahatında bildirdi ki, Ərizəçi Qeydiyyat Şöbəsinə lazım olan sənədləri təqdim edə bilmədiyi üçün ona məlumat verilmişdir ki, məhkəmə qaydasında ölüm faktı təsdiq olunmasını məhkəmənin mülhaizəsinə buraxırlar. Məhkəmə, Ərizəçi və maraqlı şəxs umqayıt Şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi X5 izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, mərhumu tanımışdır. Ərizəçi ilə həm uşaqlıqdan dost, həm ailəvi dostdurlar. Uşaqlarının həm də kirvəsidir. Məmmədov Xəqaninin uşaqlıq dostu olmuşdur. Vəfat etdiyi tarixi yadında saxlamamışdır. Lakin 2024-cü il tarixdə vəfat etmişdir. Mədəsindən şübhələri olmuşdur. Onunla bağlı olaraq da son zamanlar həkimə getmişdir. Ürəyinin və kürəyinin göynəməyi ilə bağlı şikayətləri də olmuşdur. Özü də dəfn mərasimində iştirak etmişdir. Mərhum Sumqayıt Şəhər Qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, ərizəçi ilə dostdur. Qardaşı bu il vəfat etmiş və özü dəfn mərasimində iştirak etmişdir. İş materiallarında olan: Xİ-ЖГ seriyalı, 401460 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxxxx 1986-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 16 yanvar 1987-ci il tarixdə 1 nömrə ilə qeydiyyat aparılmışdır. X1, anası isə X3r. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 28 iyun 2024-cü il tarixli, 3-16-5/8-M-24xx/xx-2024 nömrəli ərizəyə cavabdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinin tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 Sumqayıt Tibb Mərkəzi PHŞ X20 Stansiyası tərəfindən Ərizəçi verilmiş 30 may 2024-cü il tarixli, 1504 nömrəli məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:57-də Sumqayıt Şəhər TUK zavod ərazisi həyət evi ünvanında yaşayan 1985-ci il təvəllüdlü X6 adına 47 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1985-ci il təvəllüdlü X2 meyidini aşkar etmişdir. Ailə üzvlərinin deməsinə görə mərhum həmin gün mədə və sol qolunda olan kəskin ağrılardan şikayət etmiş, ağrıları getdikcə artmış və TYB-sı gələnə qədər keçinmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsi tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli, 58-5/214-5218 nömrəli arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü qardaşı X2 ürək çatışmamazlığından vəfat etməsi barədə Sumqayıt Şəhər TTYS-dən daxil olmuş məlumat əsasında şikayətinin olmaması barədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi vətəndaşlara xidmət idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 21 nömrəli arayışdan görünür ki, X6 27 may 2024-cü il tarixində vəfat etmiş və Sumqayıt Şəhər Qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 4 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 08 avqust 2024-cü il tarixli, 134 nömrəli sorğuya cavabdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X2 qardaşı Ərizəçi xx.xx.2024-cü ildə ölüm hadisəsi ilə bağlı şəhadətnaməsinin verilməsinə görə ASM-nə müraciət etmişdir. Şəhadətnamənin verilməməsinin səbəbi xəstəliklə bağlı mərhumun vaxtında ailə həkimi terapevtinə müraciət etməməsi və ölümün qəfil baş verməsidir. Eyni zamanda bildirilmişdir ki, xəstəliklə bağlı təsdiq olunmuş diaqnoz yoxdursa ailə həkimi terapevt ölüm şəhadətnaməsi yaza bilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi qardaşı 07 oktyabr 1985-ci il təvəllüdlü X6 27 may 2024-cü il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Ərizəçi qardaşı X2 ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, 07 oktyabr 1985-ci il təvəllüdlü X4 27 may 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 07 oktyabr 1985-ci il təvəllüdlü X2 27 may 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4948/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4948/2024
24.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver