Məhkəmə qərarları › İş №2(060)-4995/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4995/2025

23.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4995/2025 23.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər 2 saylı Sumqayıt regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi, Maraqlı şəxs2 olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxslər 2 saylı Sumqayıt regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi, Maraqlı şəxs2nə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, 23 oktyabr 199*-cı il təvəllüdlü X1* onun oğludur, *1 iyun 1995-ci il tarixdə vəfat etmişdir.Vəfatından sonra Sumqayıt şəhərində yerləşən Corat qəbiristanlığında dəfn edilmişdir.Qeyd edir ki, həyat yoldaşı X7 *9 may 2*24-cü il tarixdə vəfat etmişdir.Vəfatından sonra vərəsəlik işinin açılması üçün aiddiyyəti üzrə notariat orqanına müraciət etdikdə, oğlunun da vərəsə sayıldığı bildirilmiş,bu səbəbdən də ölüm haqqında şəhadətnamə tələb edilmişdir.Lakin oğlunun ölüm haqqında şəhadətnaməsi yoxdur.İş üzrə maraqlı şəxs 2 saylı Sumqayıt Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsinə müraciət etsələrdə, ölüm haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir.Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir.Hazırda vərəsəlik işi ilə bağlı oğlunun ölüm faktının müəyyən edilməsi zəruridir.Hesab edir ki, məsələnin məhkəmədənkənar həlli mövcud deyildir.Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir.Qeyd edilənlərə əsasən məhkəmədən 23.1*.199*-cı il təvəllüdlü oğlu X5 *1 iyun 1995-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, evin sənədini rəsmiləşdirmək istəyir.Uşağın öləndə 5 yaşı var idi və heç bir xəstəliyi yox idi.Bacısı və qayın arvadı şahidlik edə bilər. Maraqlı şəxslər Sumqayıt şəhər qeydiyyat şöbəsinə və Maraqlı şəxs2nə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, ərizəçi qaynının arvadıdr.Bir həyətdə yaşayırlar. 4 qızı var.O zaman o təzə gəlin gəlmişdir.Həyətdən səs-küy gələndə həyətə çıxıb görmüşdür ki, uşaq qucaqda ölmüşdür.1995-ci il iyunun 1-də rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, ərizəçi bacısıdır. 4 övladı var. 1 övladı 1995-ci il tarixdə vəfat etmişdir.Uşağın 5 yaşı olardı və heç bir xəstəliyi yox idi. İş materiallarında olan: AZ-İİ seriyalı, 428998 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 *9 may 2*24-cü il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. İİİ-ЖГ seriyalı, 326462 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki,X7 və X3 xx.xx.1983-cü il tarixdə nikahlarını bağlamışdırlar. Evləndikdən sonra ərə Orucov, arvada Orucova soyadı verilmişdir. *8 aprel 2*25-ci il tarixli, 3-16-5/8-557/69/2*25 nömrəli arayışdan görünür ki, X1* 23 oktyabr 199*-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə 14 noyabr 199*-cı il tarixdə Sumqayıt şəhər Corat qəsəbə icra nümayəndəliyində 118 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X1r. 15 yanvar 2*24-cü il tarixli, 3-16-5/8-O-69-665/2*24 nömrəli arayışdan görünür ki, X1* barədə Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır.”Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 15.*1.2*24-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Sumqayıt şəhər Corat bələdiyyəsinin 16.12.2*24-cü il tarixli arayışdan görünür ki, 23.1*.199*-cı il təvəllüdlü X11 *1.*6.1995-ci ildə vəfat etmiş və həmin tarixdə Corat qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Sumqayıt Tibb Mərkəzi” PHŞ Sumqayıt 5 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş *3.*9.2*25-ci il tarixli, 144 nömrəli arayışdan görünür ki, 23.1*.199*-cı il təvəllüdlü X11 *1.*6.1995-ci il tarixində vəfat etmişdir. 1995-ci il tarixində indiki 5№-li ASM-in fəaliyyəti qadın məsləhətxanası olduğu üçün bu vətəndaşa ölüm haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 3*5.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.1*.2**3-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi oğlu 23.1*.199*-cı il təvəllüdlü X11 *1 iyun 1995-ci il tarixdə vəfat etmişdir. Ərizəçi oğlu X5 ölümünün qeydə alınması barədə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, 23.1*.199*-cı il təvəllüdlü X5 *1 iyun 1995-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-22*, 3*5-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 23.1*.199*-cı il təvəllüdlü X5 *1 iyun 1995-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar