Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5026/2025 02.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs olmaqla şəxsin ölmüş elan edilməsi tələbinə dair iş üzrə (açar sözlər: şəxsin ölmüş elan edilməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) tələb
1. Ərizəçi ərizə, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1996-cı il təvəllüdlü X3 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qardaşı xx.xx.1996-cı il təvəllüdlü X5 10 ildən artıqdır ki, qeyri-müəyyən şəraitdə işləmək adı ilə evdən çıxmış və bir daha geri qayıtmamışdır. Onun itkin düşməsi ilə bağlı müvafiq orqanlara müraciət etsələr də, bu günə kimi qardaşının olduğu yerin müəyyən edilməsi mümkün olmamışdır. Onun itkin düşməsi ilə bağlı Sumqayıt Şəhər Polis idarəsinə müraciət edilmiş, Pİ-nin 2-ci Polis Bölməsi tərəfindən axtarış işi açılaraq onun axtarılması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, bu günə kimi qardaşının olduğu yerin müəyyən edilməsi mümkün olmamışdır. Qardaşı mövhumatçı olmuş, hərdənbir evdə Allah yolunda cihada getməyin savabları barədə danışmışdır. Arada gəzən söz-söhbətə görə qardaşı Suriyaya gedərək orada döyüş əməliyyatlarında iştirak etmişdir. Artıq 10 ildən çoxdur ki, ondan heç bir xəbər tuta bilmirlər. Hesab edir ki, qardaşı artıq vəfat edib. Ona görə də qardaşının ölmüş hesab edilməsi barədə məhkəmə qərarı almaq üçün müraciət etmək məcburiyyətində qalmışlar. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən alınmış xx.xx.2025-ci il tarixli, 3- 13-58-2\2-4153\2025 nömrəli sorğuya cavab məktubdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməli törətdiyindən təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı qəbul edilmiş, lakin istintaqdan yayındığına görə xx.xx.2014-cü il tarixdə barəsində axtarış elan olunmuşdur. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməliyyat-axtarış və digər qərəzsiz, etibarlı mənbələrdən daxil olmuş əməliyyat məlumatına əsasən X5 respublika hüdudlarını qanunsuz yolla tərk edərək, 2014-2015-ci illərdə Suriya Ərəb Respublikasında gedən döyüşlərdə iştirak edərək vəfat etmişdir. xx.xx.2025-ci il tarixdə 249\SS nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə X3 Azərbaycan Respublikasından axırıncı dəfə nə vaxt çıxması və ölkəyə nə vaxt qayıtması barədə ətraflı məlumat verilməsi və bu barədə təsdiqedici hər hansı bir sənədi təqdim etmələri xahiş edilmiş, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli3-38-33\2-2420/25 nömrəli cavab məktubunda xx.xx.1996-cı il təvəllüdlü X3 dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasmda məlumatın qeydə alınmadığı qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixdə xx.xx.1996-cı il təvəllüdlü X3 itkin düşməsi ilə bağlı onun ölüm faktının qeydiyyata alınaraq ölüm haqqında şəhadətnamə verilməsinə köməklik edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət edilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-\8-S-2232\2025 nömrəli cavab məktubunda məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir.
b) tələbə etiraz
3. Maraqlı şəxs tərəfindən tələbə etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, hazırkı faktın təsdiqi vərəsəlik və digər hüquqi məsələlərin həlli üçün lazımdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
5. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, ərizəçi onun qonşusudur. Mərhum Suriyaya getmiş və sonradan ondan xəbər almamışlar. Bununla əlaqədar ərizəçi televiziya verilişinə də müraciət etmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 2010-cu ildən Turalı görməmiş, onun haqqında eşitməmişdir.
6. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 digər şahidin verdiyi izahata oxşar məzmunlu izahat vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, eşitdiyinə görə Tural Suriyada döyüşməyə getmiş və orada vəfat etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
8. XİX-ЖГ seriyalı, 449003 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. X1, anası X2r.
9. “Elekton Məhkəmə Sistemi”ndən əldə edilmiş passiv şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X5 xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur.
10. Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, 3-13- 58-2/2-4153/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X5 Azərbaycan Respuplikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyindən təqsirləndirilən qismində cəlb olunmuş, lakin istintaqdan yayındığından barəsində xx.xx.2014-cü il tarixdə axarış elan olunmuşdur. Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat aparatına və digər qərəzsiz, etibarlı mənbələrdən daxil olmıış əməliyyat məlumatına əsasən X5 Respublika hüdudlarını qanunsuz yolla tərk edərək, 2014-2015-ci illərdə Suriya Ərəb Respublikasmda gedən döyüşlərdə iştirak edərkən vəfat etmişdir.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X3 ölümünü təsdiq edən ölüm haqqında tibb şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur.
12. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025ci il tarixli, 3-38-33/2-2420/25 nömrəli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X3 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
13. Məhkəmə sorğusu əsasında verilmiş Sumqayıt şəhər Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 887xid-25 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər prokurorluğunda xx.xx.1996-cı il təvəllüdlü X5 barəsində material üzrə araşdırma və cinayət işi üzrə istintaq aparılmamışdır.
14. Məhkəmə sorğusu əsasında verilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli, 3-38-33/2-2952/25 saylı məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X3 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
15. Məhkəmə sorğusu əsasında verilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2025-ci il tarixli, 5/3/4294 saylı məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X3 barəsində Dövlət Təhlükəsizlik Xidmətinə məlumat daxil olmamışdır.
b) mülki iş üzrə tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Maddə 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Maddə 42.1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; Maddə 312. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Maddə 313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Maddə 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Maddə 316. Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
19. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: “... 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.”
c) məhkəmənin mövqeyi
20. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilikdə şəxsin ölmüş elan edilməsinin şərtləri dəqiq müəyyən edilmişdir. Həmin əsaslardan biri şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmamasıdır. Bu halda, şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur, ancaq beş il ərzində onun barəsində məlumat olmaması onun ölmüş elan edilməsi üçün kifayətdir. Lakin bu o demək deyil ki, şəxsin sağ olub-olmaması şübhəli olduqda o, ölmüş elan edilə bilər. Qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra edilə bilər.
21. Hazırkı iş üzrə ərizəçi qardaşının ölmüş elan edilməsi ilə bağlı Mülki Məcəllənin 41.1-ci maddəsinin tələblərinə istinad edərək, həmin normada müəyyən olunmuş şərtin ödənildiyini bildirir.
22. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 41.1-ci maddəsinin tələbləri nəzərdən keçirilməlidir. Həmin normada isə göstərilir ki, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmadıqda, o maraqlı şəxsin ərizəsinə əsasən məhkəmə qaydasında ölmüş elan edilə bilər. Hazırkı iş üzrə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ərizəçinin qardaşının yaşayış yerində 15 ildən çoxdur ki, heç bir məlumat yoxdur. Onun Suriyada həlak olması və ya sağ qalması ilə bağlı hər hansı məlumat mövcud deyildir. Eyni zamanda digər dövlət qurumlarına edilən sorğular bir nəticə verməmişdir.
23. Hazırda ərizəçi qardaşının ölmüş elan edilməsini vərəsəliklə bağlı sənədləri rəsmiləşdirmək məqsədi daşıdığını bildirmişdir. Məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1996-cı il təvəllüdlü X5 ölmüş elan edilməli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılmalıdır.
Nəticə hissəsi:
24. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. 25 mart 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş X5 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X3 ölüm günü sayılsın. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva