Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5053/2022 16.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “Asan Xidmət” X2rşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X6 xx.xx.2022-ci il tarixdə yaşadığı ünvanda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, anası X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun tərəfindən təcili tibbi yardım çağırış edilmiş, lakin təcili tibbi yardımın həkimləri gələnə qədər anası vəfat etmişdir. Anası anidən ölümü psixoloji cəhətdən onu və ailə üzvləri həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından anasının ölümü haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Anası sağlam olduğuna görə heçbir zaman poliklinika qediyyatından keçməmişdir. Bu səbəbdəndə poliknika xx.xx.2022-ci il tarxli №166 saylı imtina məktubu vermişdir. Buna görə evin sənədləşdirilməsi ilə əlaqədar olaraq anasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Anası ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün 4- saylı Bakı ASAN xidmət Mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, qeydiyyat orqanında ölümün qeydə alınması, ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparılır. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, anası X6 xx.xx.2022-ci il tarixdə yaşadığı ünvanda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf 4 saylı Bakı “Asan Xidmət” X1 müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri kimi iş yükünün çoxluğu ilə əlaqələndirmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X7 bildirdi ki, ərizəçi əridir. Ərizəçinin anası 7-8 il olardı ki insult xəstəsi idi idi. Ərizəçinin anası Ağca yaşadığı evdə dünyasını dəyişmiş və Binə qəsəbəsində yerləşən qəbristanlığında dəfn edilmişdir. O, bir ailə üzvi kimi yas mərasimində iştirak etmişdir. Məhkəmədə şahid X13 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin anası insult xəstəsi idi. Yaşadığı mənzildə qəfil dünyasını dəyişmişdir. Binə qəbristanlığından dəfn olunub.O, yas mərasimində iştirak etmişdir. Məhkəmə Ərizəçi, şahidlər X7 və X8 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Təcili və X10 Stansiyası Ölüm haqqında xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 03:08-də Sabunçu Ə.Əliyev, d3\29 ünvanında yaşayan X15 adına çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda X6 meyidini aşkar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan xidmət” X11 Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X6 ölümünü təsdiq edən həkim arayışı təqdim olunmadığından, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X22 12 nömrəli şəhər Poliknikasının xx.xx.2022-ci il tarixli, 166 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yaşayan 1947-ci il təvəllüdlü X15 poliknikada qeydiyyatda olmadığı və heç bir xəstəliklə bağlı müraciət etmədiyindən mərhumun adına ölüm haqqında tibbi şəhadətnaməverə bilmirlər. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayonu Binə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X15 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən məzarlıqda dəfn edilmişdir. İş materiallarında olan İİİ-JQ № 351936 saylı, xx.xx.1975-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Lerik rayonunda anadan olmuş, ata qrafasında X4, ana qrafasında X15 qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1947-ci il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan xidmət” X16 məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1947-ci il təvəllüdlü X6 yaşadığı ünvan 4 ünvanında 02 iyul 2022-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1947-ci il təvəllüdlü X6 yaşadığı ünvan 4 ünvanında 02 iyul 2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5053/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5053/2022
16.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver