Məhkəmə qərarları › İş №2(060)-5053/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5053/2024

24.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5053/2024 24.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, o, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin işin baxılmamış saxlanılması barədə ərizəsini nəzərə alaraq, habelə maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini, onun işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirərək belə qənaətə gəlir ki, AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. AR MPM-nin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Mülki iş materiallarından görünür ki, ərizəyə 50 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanıldığından, həmin ərizəyə görə ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi baxılmamış saxlansın. xx.xx.2024-cü il tarixdə **********18 №-li qəbzlə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar