Məhkəmə qərarları › İş №2(060)-5060/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5060/2024

29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5060/2024 29.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə 29 avqust 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il tarixində xx.xx.1969-cü il təvəllüdlü X1 Füzuli rayonunda ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X3 onun qardaşıdır. Mərhum qardaşı- X3 xx.xx.1969-cu ildə Füzuli rayonunda anadan olub. O, N may 1995-ci ildə Füzuli rayon Birinci Mahmudlu kənd qəbirstanlığında dəfn olunmuşdur. Belə ki, atası - X4 1990-cı ildə və anası X2 xx.xx.2010-cu ildə dünyasını dəyişiblər. Mərhum- X3 xx.xx.1992ci ildə könüllü olaraq 702 saylı batalyonda döyüşmüş və çoxlu sayda fəxri fərmanları, təşəkkürnamələri vardır. O, xərçəng xəstəliyinə tutularaq Hərbi hospitalda əməliyyat olunub. xx.xx.1995-ci ildə 2-ci qrup əlilliklə hərbi hissədən təxris olunub. N may 1995-ci ildə dünyasmı dəyişmişdir. Müharibənin qızğın vaxtları olduğu üçün yaxınları və döyüşçü yoldaşları onu Füzuli rayonu Birinci Mahmudlu kənd qəbirstanlığında dəfn etmişlər. Halhazırda vərəsəliklə əlaqədar zəruriyyət yaranıb ki, qardaşınını ölümünü təsdiq edən şəhadətnamə alsın. Valideynləri dünyasını dəyişdiyindən və özü də Sumqayıt şəhərinə məskunlaşdığından, həm də acınacaqlı həyat şəraiti olduğundan daim ermənilərin təcavüzünə məruz qaldığından həkim çağırılmamışdır. Hal-hazırda həkim arayışı olmadığı üçün mərhum qardaşına ölüm haqqında şəhadətnamə ala bilmirlər. Belə olduqda isə onlar maraqlı şəxs olan Maraqlı şəxsnə müraciət etmişlər, Maraqlı şəxs mərhuma ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Füzuli rayon Xəstəxanasına müraciət etmişlər və ona xx.xx.2024-cü il tarixli imtina verilmişdir. Bu faktın təsdiqi mərhum qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə qzı ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, vəfat edən şəxs onun əmisidir. Əmisi Qarabağ döyüşlərinin könüllü iştirakçısı olub. Daha sonra əmisi vəfat etmiş və Füzuli şəhəri Mahmudlu kəndində dəfn edilmişdir. Hazırda məcburi köçkün olduqlarından köçürülmə məsələləri ilə əlaqədar İcra Hakimiyyətinə müraciət ediblər. Oradan isə onlara bildirilib ki, hazırda sistemdə əmisinin sağ olduğu görünür. Bu səbəbdən onun ölüm faktının məhkəmə qaydasında təsdiq edilməsinə zərurət yaranıb. Hazırda əmisinin adına ölüm kağızı tələb edilir. Nümayəndə qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işəmaraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, Ərizəçi onun yoldaşı, mərhum Abdullayev Qadir isə qaynıdır. Mərhum N may 1995-ci ildə rəhmətə gedib və Füzulidə dəfn olunub. Şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısının yoldaşıdır. Bacısı 1995-ci ildə ona telefonla zəng edərək qaynının rəhmətə getdiyini bildirmişdir. O da yas mərasimində iştirak etmişdir. Mərhum Füzulidə dəfn olunmuşdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs X1 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İşdə olan Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 "Füzuli Rayon Mərkəzi Xəstəxanasi" X12 17 iyul 2024-cü il tarixli arayışından görünür ki, Füzuli Rayon Mərkəzi xəstəxanasında 1995-ci ilə aid sənədlərin saxlanma müddəti başa çatdığı üçün Füzuli RMX-da sənədlər mövcud olmadığından X1 xx.xx.1995-ci il tarixdə rəhmətə getməsi və ölüm kağızının alınıb-alınmaması ilə bağlı rəsmi məlumat verilməsi mümkün deyil. İşdə olan Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Vətəndaşliq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi, Füzuli rayonunun 1992- 1998-ci illər üzrə, eləcə də Xidmətin arxivində mühafizə edilən ölüm haqqında akt qeydləri üzrə axtarış aparılsa da, Q.Abdullayevin ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin qardaşı xx.xx.1969cü il təvəllüdlü X3 xx.xx.1995-ci il tarixində Füzuli rayonunda vəfat etmişdir. Bu fakt şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin qardaşı xx.xx.1969-cü il təvəllüdlü X1 xx.xx.1995-ci il tarixində Füzuli rayonunda ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X1 xx.xx.1995-ci il tarixində Füzuli rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəmsəsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar