Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5084/2025 09.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdehlər Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu ümumilikdə 1760 manat həcmində pulun alınaraq ödənilməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, ona məxsus olan Lexus RX 330 markalı 10- UN-021 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixində 15:30 radələrində Nərimanov rayonu, Qarabağ küçəsində park vəziyyətində olan zaman Ford Fusion markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh idarəetməni itirərək avtomobilin arxa hissəsində park vəziyyətdə dayanan Kia Sportage markalı avtomobil ilə toqquşmuşdu. Zərbənin təsirindən Kia Sportage markalı avtomobilin önündə olan ona məxsus olan Lexus RX 330 markalı avtomobili ilə toqquşmuş, nəticədə onun avtomobilinə 1760 manat dəyərində zərər dəymişdir. Zaman-zaman Cavabdeh mübahisəni həll etməyi, dəymiş ziyanı ödəməsini təklif etsə də, cavabdeh mübahisənin həllində maraqlı olmamışdır. Bu səbəbdən dolayı artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokolun surətində “Ford Fusıon minik” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci madsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir.
6. Müstəqil ekspert X1 tərəfindən verilmiş ekspert rəyindən görünür ki, 2004-cü il buraxılış ili olan, Lexus RX 330 minik markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı 1760 manat zərər dəydiyini müəyyən etmişdir.
7. "xxxx" MMC tərəfindən verilmiş MB-18/1584 saylı ekspert rəyindən görünür ki, məhkəmə qərardadına əlavə olunmuş izahat sənədlərinə istinadən yol-nəqliyyat hadisəsi zamanı “Lexus RX 330” markalı, 10UN021 dövlət nömrə nişanlı avtomobilə zədə arxa tərəfdən dəymiş və arxa baqaj qapısı, şüşəsi, arxa nömrə, sağ stop, arxa şüşə silənə zərər dəymişdir. Dəymiş zərərin məbləği 1800 manat təşkil edir. Hadisə ilə bağlı mülki işdə mövcud olan bütün sənədlər nəzərə alınmaqla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş detallar (hissələr) və onların bərpası üçün göstərilən dəyərlər hadisə baş verdiyi tarixdəki bazar qiymətlərinə uyğundur. Sərf olunan detalların (hissələrin) köhnəlmə faizləri nəzərə alınmaqla, onların qalıq dəyərləri 856 manat, görülmüş işlər üçün sərf olunan işçilik haqqı isə 660 manat təşkil edir.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
2. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
3. Belə ki, iddiaçının mülkiyyətində olan “Lexus RX 330” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh idarə etdiyi “Ford Fusıon minik” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədilməsi nəticəsində zərər dəymişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən təqsirli bilinmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müstəqil ekspert X1 tərəfindən verilmiş ekspert rəyi əsasında 2004-cü il buraxılış ili olan, Lexus RX 330 minik markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı 1760 manat zərər dəydiyi müəyyən edilmişdir.
4. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən avtomobilinə dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş edir.
5. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.
6. Mülki Məcəllənin yuxarıda adı qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
7. Məhkəmə qeyd edir ki, iş materialları ilə “Lexus RX 330” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, zərərin Cavabdeh qanunsuz hərəkəti nəticəsində vurulması, hadisədə cavabdehin təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər ödənilməlidir.
8. Məhkəmə ödənilməli olan zərərin məbləği ilə bağlı qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş MB-18/1584 saylı ekspert rəyindən görünür ki, hadisə ilə bağlı mülki işdə mövcud olan bütün sənədlər nəzərə alınmaqla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş detallar (hissələr) və onların bərpası üçün göstərilən dəyərlər hadisə baş verdiyi tarixdəki bazar qiymətlərinə uyğundur. Sərf olunan detalların (hissələrin) köhnəlmə faizləri nəzərə alınmaqla, onların qalıq dəyərləri 856 manat, görülmüş işlər üçün sərf olunan işçilik haqqı isə 660 manat təşkil edir.
9. Məhkəmə hesab edir ki, “Lexus RX 330” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, "xxxx" MMC tərəfindən verilmiş MB-18/1584 saylı rəyi sübut kimi götürülməlidir. Belə ki, həmin rəyin əsaslılığını şübhə altına alan hallar müəyyən edilməmişdir.
10. Maddi zərərə dair hissədə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə qeyd edir ki, qanunvericilikdə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta ödənişi nəzərdə tutulmuş, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsinin müstəqil ekspert tərəfindən aparılacağını, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişinin həyata keçiriləcəyini təsbit etmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulan ziyan məbləği 984,15 manat (1516 – 984,15 = 531,85) müəyyənləşdirilməlidir.
11. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün 100 manat məbləğində ödəniş edilmişdir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
13. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir.
14. Ekspertiza xərcinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə ekspertiza iddiaçının təqdim etdiyi iddia tələbinə münasibətdə təyin edilmiş və həmin xərc yaranmışdır. Məhkəmə "xxxx" MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərcinin cavabdehdən tutulmasını məqsədəmüvafiq hesab edir.
15. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutulub "xxxx" MMC-nin (VÖEN: **********; H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı; kodu: 805562; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T BİK: İBAZAZ2X) hesabına ödənilməlidir.
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 531 (beş yüz otuz bir) manat, 85 (səksən beş) qəpik pul vəsaiti və ödənilmiş 39 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi, hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutulub "xxxx" MMC-nin (VÖEN: **********; H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı; kodu: 805562; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T BİK: İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva