Məhkəmə qərarları › İş №2(060)-5094/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5094/2020

13.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5094/2020 13.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-cı ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olmuş X3 xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında özünə məxsus evdə vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, X7 onun həyat yoldaşıdır. R.Əliyev xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş və xx.xx.2020-ci ildə öz evində hamam otağında narkotik qəbul edib ölmüşdür. Onun ev şəraitində narkotik qəbul edib ölməsi faktı, Sumqayıt şəhər Təcili və X2 Stansiyasının 1 nömrəli yardımçı məntəqəsi tərəfindən verilmiş arayışda da öz əksini tapmışdır. Həmin arayış əsasında Sumqayıt şəhər şöbəsinə müraciət etməyinə baxmayaraq Sumqayıt şəhər qeydiyyat şöbəsi ölüm faktını təsdiq edən Tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirmişdir. Yoldaşının vəfat etməsini təsdiq edən Tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Sumqayıt şəhər Təcili və X2 Stansiyasının xx.xx.2020-ci il tarixli 1634 №-li Arayışı ölüm faktını təsdiq edir. Əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinə etdiyi müraciətə cavab olaraq xx xxxxxx 2020-ci il tarixli № 05/a-1830/15 saylı məktubunda məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X1 bildirdi ki, X7 onun qonşusu olmuşdur. O, R.Əliyevin dəfn mərasimində şəxsən iştirak etmişdir. Şahid qismində dindirilən X5 bildirdi ki, X7 onun divar qonşusu olmuşdur. Ramil iki ay bundan öncə vəfat etmiş və onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsi xx xxxxxx 2020-ci il tarixli, 05/Q-1830/15 saylı məktubla Ərizəçi X3 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İşdə olan Təcili və X2 Stansiyasının xx.xx.2020-ci il tarixli, 1634 nömrəli arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:12 radələrində ünvan 2 ünvanında yaşayan 1980-cı il təvəllüdlü X4 adına 15 nömrəli çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1980-ci il təvəllüdlü X4 meyitini aşkar etmişdir. İş materiallarında olan Quba rayonu Çiçi-Səbətlər bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 54 nömrəli arayışından görünür ki, X8 xx xxxx 2020-ci il tarixdə vəfat etmiş və Quba rayonu Çiçi kənd qəbristanlığında dəfn olunmuşdur. Sumqayıt şəhər Təcili və X2 Stansiyasının 1 nömrəli yardımçı məntəqəsinin arayışından görünür ki, ünvan 2 ünvanında yaşayan 1980-cı il təvəllüdlü X8 narkomaniya xəstəliyindən vəfat etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 1980-cı il təvəllüdlü X8 xx xxxx 2020-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Bu fakt Quba rayonu Çiçi-Səbətlər bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 54 nömrəli arayışı, şahid ifadələri və digər iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1980-cı il təvəllüdlü X4 xx xxxx 2020-ci ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1980-cı ildə anadan olmuş X4 xx xxxx 2020-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar