Məhkəmə qərarları › İş №2(060)-512/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-512/2025

14.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-512/2025 14.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüsen qızının katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, X4 16 noyabr 1994-cü il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 3 oğulları dünyaya gəlmişdir. Onlar xx.xx.1995-ci il təvəllüdlü X12, xx.xx.1997-ci il təvəllüdlü X9 və xx.xx.2001-ci il təvəllüdlü X7r. Mərhum oğlu X12 XİX-ЖГ seriyalı, 282846 saylı, 30 noyabr 1995-ci il tarixli doğum haqqında şəhadətnaməsinə əsasən 24 avqust 1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olması barədə doğum haqqında akt qeydləri kitabında 4375 qeyd edilmişdir. Mərhum oğlunun anadan gəlmə xəstəliyi olmuş, uzun müddət müalicə aldıqdan sonra fərdi evlərində 8 yanvar 1996-cı il tarixdə vəfat etmişdir. Həmin səhər də mərhum qaynatası uşağı məscidə apardıqdan sonra Sumqayıt Şəhər qəbristanlığında dəfn edilmişdir. Mərhum həmin qəbrstanlıqdan qəbri olsa da (şəkil təqdim edilir) faktiki inzibati ərazi dairəsi üzrə nümayəndəsi onlara dəfn ilə bağlı arayış təqdim edə bilmir. Qeyd edir ki, heç vaxt ölüm hadisəsi ilə rastlaşmamışdır. Onunla bağlı sənədləşdirmə işləri ilə məşğul olmamışdır. Ona görə də, xəstəxanaya müraciət etmiş dir ki, tibbi şəhadətnamə alsın. Lakin, xəstəxanadan ona bildirmişlər ki, övladı rəhmətə gedəndən sonra onlar X19 stansiyasını çağırıb ölüm faktını onların iştirakı ilə qeydə alınmalı idi. Onlar isə bunu bilmədiklərinə görə və onlara heç kim başa salmadığına görə əvvəlcədən X19 çağırmamışlar. Bundan sonra Sumqayıt Qeydiyyat Şöbəsinə yaxınlaşaraq X6 ölümünün qeydiyyata alınması barədə müraciət etmişdir. Sumqayıt Qeydiyyat şöbəsi ona ölümü təsdiq edən sənədin olmadığından Sumqayıt Şəhər məhkəməsinə müraciət etməyini bildirmişlər. Qeyd edilənlərə əsasən məhkəmədən mərhum xx.xx.1995-ci il təvəllüdlü X12 8 yanvar 1996-cı il tarixdə ünvan 1 ünvanında ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ev şəraitində rəhmətə getmişdir. Rəhmətlik qaynatası bilmədiyi üçün ölüm haqqında şəhadətnamə almamışlar. Sənədləşmə işləri ilə bağlı gələcəkdə hər hansı bir problem yaşamamaq üçün müraciət etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, doğum aşkar olunmuş, lakin ölümü haqqında hər hansı məlumat aşkar olunmamışdır. Həkimə müraciət etməmiş və həkim arayışları da yoxdur. Ölümü haqqında hər hansı qeydiyyat olmadığına görə imtina vermişlər ki, məhkəməyə müraciət etsin. Məhkəmə, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi Nümayəndə izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, ərizəçinin atası ilə atası dost olmuşdur. Bir yerdə işləyirlər. Hal-hazırda iki uşağı vardır. Bir uşağı da rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, 3 oğlan övladı olmuş, onlardan biri rəhmətə getmişdir. Stasionar şəraitdə yatmamışdır. Təxminən qış aylarında vəfat etmişdir. Sumqayıt qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 15 oktyabr 2024-cü il tarixli, 3-16-5/8-S-4029/2024 nömrəli ərizəyə cavabdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinin tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsi mümkün deyildir. XİX-ЖГ seriyalı, 282846 nömrəli, 30 noyabr 1995-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 24 avqust 1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1995-ci ilin noyabr ayının 30-cu günündə 4375 nömrə ilə qeyd edilmişdir. X1, anası isə Ərizəçidır. Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Sumqayıt Tibb Mərkəzi” PHŞ 4 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 14 dekabr 2024-cü il tarixli, 198 nömrəli sorğuya cavabdan görünür ki, Sumqayıt Şəhəri, 8-ci mikrorayon, ev 21, mənzil 27-də qeydiyyatda olmuş xx.xx.1996-cı il təvəllüdlü mərhum X12 indiki 4 nömrəli Ailə Sağlamlıq mərkəzində, keçmiş Sumqayıt şəhər 3 saylı Uşaq Poliknikasında pediatr Əmiraslanova Aybəniz həkimdə qeydiyyatda olmuş və heç bir xəstəliyi olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi oğlu xx.xx.1995-ci il təvəllüdlü X12 08 yanvar 1996-cı il tarixdə vəfat etmişdir. Ərizəçi qızı X6 ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1995-ci il təvəllüdlü X6 08 yanvar 1996-cı il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü X6 08 yanvar 1996-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar