Məhkəmə qərarları › İş №2(060)-5124/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5124/2022

29.07.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5124/2022 29.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” (Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, (Maraqlı şəxs kimi göstərməklə) Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi maraqlı şəxslə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X3 adlı bir qızları dünyaya gəlmişdir. Nikahları xx.xx.2018-ci il tarixli qətnamə ilə pozulmuşdur. Maraqlı şəxslə aralarında mediasiya təşkilatında xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatında mediasiya sessiyasında bağlanmış barışıq sazişi ilə Ərizəçi və Maraqlı şəxs (bundan sonra-tərəflər) tərəflərin qarşılıqlı razılığa əsasən Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarindən etibarən 193 manat alimenti ərizəçiyə məxsus bank kartı hesabına ödəyəcəkdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1989-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəçi iləmaraqlı şəxsin birgə nikahdan X4 adlı övladları vardır. Tərəflər arasında nikah pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3763/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə maraqlı şəxsdən ərizəçinin xeyrinə hər ay 175 manat aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər (355-23.1. ). Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir (355-23.2.). Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır (355-25.1.). Məhkəmə hesabe dir ki, tərəflər arasında mediasiya prosesi çərçivəsində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 355-23, 355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi çərçivəsində Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatında 14 iyun 2022-ci il tarixində bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: Tərəflər Ərizəçi və Maraqlı şəxs aşağıdakılar barədə razılığa gəldilər: - Maraqlı şəxs birgə nikahdan olan uşağı xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixindən etibarən 193 (yüz doxsan üç) manat məbləğində alimenti Ərizəçi məxsus bank kartı hesabına (Kapital bank **********552284) ödəyəcək. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar