Məhkəmə qərarları › İş №2(060)-5137/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5137/2022

29.07.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5137/2022 29.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış 10 dekabr 2022-ci il tarixli №2021- MŞİH 8619 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini onunla əsaslandırdı ki, o, Quliyeva X2 Əliəsgər Əli oğlu ilə 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Aralarında olan rəsmi nikah pozulmuş, uşağın onun yanında qalması və onun saxlanması üçün Maraqlı şəxs aylıq gəlirlərinin 1/4 hissəsi miqdarından aliment tutulmuşdur. Maraqlı şəxs işdən çıxdığı üçün o, alimentin məbləğinin dəyişdirilməsi üçün qarşı tərəfə mediasiya təklifi göndərmişdir. Hazırkı ərizə üzrə maraqlı tərəf iştirak etmiş və aralarında 10 dekabr 2022-ci il tarixli №-2021 - MŞİH 8619 nömrəli barışıq sazişi bağlanılaraq rəsmiləşdirilmişdir. Buna baxmayaraq Maraqlı şəxs sazişə əməl etməkdən imtina edir, razılaşdıqları aliment məbləğini ödəmir. Göstərilənləri nəzərə alaraq, Maraqlı şəxs ilə aralarında bağlanmış 10 dekabr 2022-ci il tarixli №2021- MŞİH 8619 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirmişdir ki, ərizəçi onun keçmiş həyat yoldaşıdır. O, Ərizəçi ilə məhkəmə qətnaməsi əsasında boşanmışlar. Hazırda barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir və ayda 175 manat ödəməyə razıdır. Məhkəmə, tərəfləri dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs ilə Quliyeva (İbrahimova) Səadət Eldəniz qızı arasında 07 mart 2014-cü ildə Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsində bağlanılmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 185 №-li qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarında olan 16 sentyabr 2015-ci il təvəllüdlü X3 cavabdeh Quliyeva (İbrahimova) Səadət Eldəniz qızının yanında qalması qət edilmişdir. İş materiallarında olan AZ-İV № 351075 saylı, xx.xx.2019-cu il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və doğum haqqında akt qeydləri kitabında 6467 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 331301 saylı, xx.xx.2019-cu il tarixli, “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Maraqlı şəxs oğlu X1 arasında olan nikah xx.xx.2019-cu il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində pozulmuşdur. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 10 dekabr 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılaşmışlar: Tərəflər razılaşırlar ki, Saziş imzalandıqdan sonra 2 gün ərzində 20 AZN məbləğində vəsaiti ödəyəcəyi, alimentin məbləğinin 175 (bir yüz yetmiş beş) manat olmasına, yığılıb qalan 350 (üç yüz əlli) manat pulu 2 aya bölməklə ödənilməsi, uşaqla həftədə 3 dəfə, onun və ananın gündəlik normal fəaliyyətinə maneə yaratmayan (baxça, təlim, yatmaq, və s.) görüntülü olmaqla 30 dəqiqə telefonla danışmağa, uşaqla hər həftənin şənbə günü 2 saat olmaqla və uşağın doğum günü təşkil olunacaq şənliyə maneə yaratmadan əlavə görüş verilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında 29 dekabr 2021-ci il tarixli barışıq sazişi imzalanmışdır. Saziş əsasında Saziş imzalandıqdan sonra 2 gün ərzində 20 AZN məbləğində vəsaiti ödəyəcəyi, alimentin məbləğinin 175 (bir yüz yetmiş beş) manat olmasına, yığılıb qalan 350 (üç yüz əlli) manat pulu 2 aya bölməklə ödənilməsi, uşaqla həftədə 3 dəfə, onun və ananın gündəlik normal fəaliyyətinə maneə yaratmayan (baxça, təlim, yatmaq, və s.) görüntülü olmaqla 30 dəqiqə telefonla danışmağa, uşaqla hər həftənin şənbə günü 2 saat olmaqla və uşağın doğum günü təşkil olunacaq şənliyə maneə yaratmadan əlavə görüş verilməsi barədə razılıq əldə edilmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Saziş imzalandıqdan sonra 2 gün ərzində 20 AZN məbləğində vəsaiti ödəyəcəyi, alimentin məbləğinin 175 (bir yüz yetmiş beş) manat olmasına, yığılıb qalan 350 (üç yüz əlli) manat pulu 2 aya bölməklə ödənilməsi, uşaqla həftədə 3 dəfə, onun və ananın gündəlik normal fəaliyyətinə maneə yaratmayan (baxça, təlim, yatmaq, və s.) görüntülü olmaqla 30 dəqiqə telefonla danışmağa, uşaqla hər həftənin şənbə günü 2 saat olmaqla və uşağın doğum günü təşkil olunacaq şənliyə maneə yaratmadan əlavə görüş verilməsi barədə 10 dekabr 2021-ci il tarixli barışıq sazişi məcburi icra üçün təsdiq edilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar