Məhkəmə qərarları › İş №2(060)-5164/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5164/2023

02.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5164/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Sumqayıt regional “ASAN xidmət” X5rşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə 02 oktyabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs 1 saylı Sumqayıt regional “ASAN xidmət” X5rşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası - 03 iyun 1954-cü il təvəllüdlü X8 08 iyul 2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 03 iyun 1954-cü il tarixdə Salyan rayonu, Xıllı kəndində anadan olmuş, 08 iyul 2023-cü il tarixdə vəfat etmişdir. Vəfatından sonra ölüm haqqında şəhadətnaməni almaq məqsədi ilə tərəfindən 1 saylı Sumqayıt regional “ASAN xidmət” X9 müraciət edilmiş, lakin sənədlər tam olmadığından qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Tək çıxış yolu budur. Çünki atasının vəfat etməsinə baxmayaraq o, hələ də onun ölüm haqqında şəhadətnaməsini ala bilmir. Bu da öz növbəsində ona bir sıra məsələlərin həll edilməsində mane olur. Bildirmək istəyir ki, X23 tərəfindən arayış verilmiş və həmin arayışın məzmunu aşağıdakı kimidir: “Verilir ondan ötrü ki, xx.xx.2023-cü il saat 11:05-də Masallı rayon X23 şöbəsinə zəng vurularaq, idman kompleksinin yanında nəqliyyat vasitəsinin içində xəstə olduğunu bildirərək, X12 üçün çağırış verilmişdir. Briqada dərhal çağırış verilən ünvana gedərək, xəstəyə növbətçi həkim X15 baxış keçirərək xəstənin həyat əlamətlərinin olmadığı, yerindəcə tələf olduğunu müəyyənləşdirmişdir. Mərhumun qardaşı X10 deməsinə görə uzun müddətdir ki, ürək xəstəliyi ilə bağlı şikayətləri olmuşdur.” Arayışda da qeyd edildiyi kimi atası uzun müddət ürək xəstəliyindən əziyyət çəkmişdir. Yuxarıda qeyd olunanlara əsasən hazırki iddia ərizəsi ilə müraciət edir. Hesab edir ki, hazırki mübahisənin məhkəmədən kənar həlli mövcud deyil. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini, ölüm faktının təsdiq edilməsinin ona vərəsəlik məsələləri üçün lazım olduğunu bildirdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Sumqayıt regional “ASAN xidmət” X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X13 ifadəsində bildirdi ki, 10 ilə yaxındır ki, Tural ilə birlikdə işləyirlər. Vaqif Abdullayev 8 iyulda rəhmətə gedib. O, mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Şahid qismində dindirilən X16 ifadəsində bildirdi ki, ərizəçi onun sahə rəisidir. Ərizəçinin atası Masallıya gedəndə yolda rəhmətə gedib. O, mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan İJ 257061 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 03 iyun 1954-cü il tarixdə Salyan rayonu, Xıllı kəndində doğulmuşdur. X3, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs X8 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İşdə olan Xİ-JQ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. X4, anası X1r. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi Vətəndaşlara Xidmət İdarəsinin 27 sentyabr 2023-cü il tarixli, 29 nömrəli arayışından görünür ki, X12 xx.xx.2023-cü ildə vəfat etmiş və Sumqayıt qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Masallı rayon X14 Tibbi Yardım şöbəsi tərəfindən verilən arayışdan görünür ki, xx.xx.2023-cü il saat 11:05-də Masallı rayon X23 şöbəsinə zəng vurularaq, idman kompleksinin yanında nəqliyyat vasitəsinin içində xəstə olduğunu bildirərək, X12 üçün çağırış verilmişdir. Briqada dərhal çağırış verilən ünvana gedərək, xəstəyə növbətçi həkim X15 baxış keçirərək xəstənin həyat əlamətlərinin olmadığı, yerindəcə tələf olduğunu müəyyənləşdirmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin atası 03 iyun 1954-cü il təvəllüdlü X12 xx.xx.2023-cü ildə Masallı rayonunda vəfat etmişdir. Bu fakt Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi Vətəndaşlara Xidmət İdarəsinin 27 sentyabr 2023-cü il tarixli, 29 nömrəli arayışı, şahid ifadələri və fotoşəkillər ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin atası 03 iyun 1954-cü il təvəllüdlü X8 xx.xx.2023-cü ildə Masallı rayonunda ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03 iyun 1954-cü il təvəllüdlü X8 xx.xx.2023-cü ildə Masallı rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəmsəsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar