Məhkəmə qərarları › İş №2(060)-5168/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5168/2023

02.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5168/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi barədə” ərizəsinə dair mülki işə, Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 18 dekabr 1953-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 15 saylı mənzildə qeydiyyatda olan həyat yoldaşı X5 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi 13 avqust 1954-cü il tarixdə Şamaxı rayonu, Mərəzə kəndində dogulmuşdur. X2 həyat yoldaşıdır. O, 18 noyabr 1953-cü il tarixdə Sumqayıt şəhərində dogulmuşdur. 16 fevral 1974-cü il tarixdə X5 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. X5 2004-cü il tarixdə Rusiya Federasiyasına işləmək məqsədilə getmişdir. Lakin indiyənədək onun barəsində heç bir məlumat yoxdur. Rusiya Federasiyasına getdikdən sonra onunla heç bir əlaqə saxlamamışlar, ümumiyyətlə, onların sağ olub-olmaması barədə heç bir məlumat yoxdur. Onun axtarışı üçün Sumqayıt şəhər Polis İdarəsinə də müraciət etmişlər, lakin axtarış heç bir müsbət nəticə verməyibdir. Qeyd edir ki, o, 1974-cü il tarixdən hal-hazırki vaxta qədər qaynanası-mərhum X4 məxsus ünvan 2 ünvanında yaşayır və sözü gedən mənzildə qeydiyyatdadır. Qaynanası- X7 03 yanvar 2000-ci il tarixdə “Hipertaniya" xəstəliyindən vəfat etmişdir. Onun başqa övladı yoxdur. Rəhmətə gedənə qədər ona o, baxmış, onunla birgə ümumi təsərrüfat idarə etmişlər. Hal-hazırda mənzilin sənədləşmə işlərini apara bilmir. Halbuki, 2004-cü il tarixdən X10 barədə heç bir məlumatları yoxdur, onlarla birlikdə qeyd edilən mənzildə yaşamır. Bu faktı qonşular da təsdiq edir. Ona görə də, hal-hazırki ərizə ilə onlara müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi və nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək ərizənin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X8 bildirdi ki, ərizəçi onun anasıdır. Litvak Petr onun atasıdır. Atasını axırıncı dəfə 2004-cü ildə görmüşdür. O, vaxtdan bu günə qədər heç bir əlaqəsi olmamışdır. Məhkəmə ərizəçi və nümayəndəsini və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, №00798951 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1953-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş və ünvan 2-də qeydiyyatdadır. İşdə olan AZ-№ 318415 saylı, xx.xx.1974-cü il tarixli “Evlənmək haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə X3 arasında olan nikah 16 fevral 1974-cü ildə Azərbaycan SSR, Sumqayıt şəhəri, qeydiyyat şöbəsində bağlanmış və sonuncuya “Litvak” soyadı verilmişdir. İşə əlavə olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş aktdan görünür ki, Sumqayıt şəhəri, 3-cü mikr, ev 10/8, mənzil 15-də aparılmış yoxlama zamanı aşkar edilmişdir ki, həqiqətən X1 həyat yoldaşı X9 2004-cü ildən 3-cü mkr, ev 10/8, mənzil 15-də yaşamır. Litvak P.İ-nin yaşadığı yer məlum deyil. Litvak P.İ.-nin 15-ci mənzildə yaşamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli 297 N-li Fərmanının 2-ci bəndinin 3-cü hissəsinə görə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri həyata keçirilər. Azərbaycan Respublikası MPM-nin 315.1-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi, itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsini rəhbər tutaraq, məhkəmə hesab edir ki, 18 dekabr 1953-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 15 saylı mənzildə qeydiyyatda olan həyat yoldaşı X5 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 18 dekabr 1953-cü il tarixdə ünvan 3 ünvanında yerləşən 15 saylı mənzildə qeydiyyatda olan həyat yoldaşı X10 ölmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar