Məhkəmə qərarları › İş №2(060)-5210/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5210/2021

31.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5210/2021 31.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən çıxarılması və s.» tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən çıxarılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. dərək İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının tələbi, onların öz tələbini əsaslandırdıqları hallar göstərilməlidir. Lakin yoxlanılan ərizədə qeyd olunan tələblərə əməl edilməmiş, iddiaçı yalnız iddia ərizəsi verməklə kifayətlənərək, tələbini əsaslandığı hallarla bağlı (mübahisə predmeti olan evə dair hüquqmüəyyənedici sənədlər) heç bir sənəd iddia ərizəsinə əlavə etməmiş, mübahisə predmeti olan yaşayış sahəsi barədə məlumat (yaşayış evinin nömrəsi) aydın göstərilməmiş, bundan başqa tərəflərin poçt ünvanı natamam – yəni, ev nömrə və s. qeyd olunmuşdur. Qeyd olunan vəziyyətdə göstərilmiş ünvanın poçt ünvanı kimi qəbul edilməsi mümkün deyil, çünki göstərilən ünvana məhkəmə sənədlərinin rəsmi qaydada təqdim edilməsi mümkün deyildir. MPM-nin 134 və 168.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərə (cavabdehə) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin rəsmi qaydada verilməsi təmin olunmalıdır. Göstərilənlərə əsasən MPM-nin 149-cu maddəsinin tələbi pozulmuşdur. MPM-in 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən çıxarılması və s.» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar