Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5311/2020 16.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş X2 xx.xx.2020-ci il tarixdə yaşadığı Sumqayıt şəhəri, 29-cu məhəllə, yataqxana 1 ünvanında yerləşən 12 saylı otaqda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, onun xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş keçmiş həyat yoldaşı X4 narkotik aludəçisi olmuş və o, Sumqayıt şəhər Narkoloji Dispanserdə «narkomaniya» diaqnozu ilə qeydiyyata götürülmüşdür. Rəşad xx.xx.2020-ci il tarixdə yaşadığı Sumqayıt şəhəri, 29-cu məhəllə, yataqxana 1 ünvanında yerləşən 12 saylı otaqda dünyasını dəyişmişdir. Həmin vaxt Sumqayıt şəhər TTYS-na məlumat verilmiş və stansiyadan gəlmiş həkimlər də yaşadığı mənzildə onun meyitini aşkar etmişlər. X11 şəhər Qəbirstanlığında dəfn edilmişdir. Onu da qeyd etdi ki, onların birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X8 adında iki övladları vardır. Ailə başçısını itirməyə görə sosial müavinətin təyin olunması ilə bağlı AR ƏƏSMN Sumqayıt şəhər şöbəsinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, bunun üçün uşaqların atası olan Rəşad İsrafılovun ölüm haqqında şəhadətnaməsinin surətini təqdim etməlidir. Sumqayıt şəhər TTYS-dan aldığı arayışı Sumqayıt şəhər Qeydiyyat şöbəsinə təqdim etmiş, lakin ona izah olunmuşdur ki, keçmiş həyat yoldaşının ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra, ölüm haqqında şəhadətnamənin verilməsi mümkündür. Bu səbəbdən də ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Onun həqiqətən də xx.xx.2020-ci il tarixdə yaşadığı mənzildə ölməsini və Sumqayıt şəhər Qəbirstanlığda dəfn olunmasını təsdiq edən sübutlar vardır. Göstərilənlərə əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsi xx xxxxxx 2020-ci il tarixli, 05/Q-1707/15 saylı məktubla Ərizəçi X3 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İşdə olan Təcili və X7 Stansiyasının xx.xx.2020-ci il tarixli, 1570 nömrəli arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 00:05 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə, Yataqxana 1, otaq 12 ünvanında yaşayan 1980-cı il təvəllüdlü X3 adına 121 nömrəli çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1980-ci il təvəllüdlü X3 meyitini aşkar etmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin vətəndaşlara xidmət idarəsinin xx.xx.2020-ci il tarixli, 20 saylı arayışından görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. X9 xx.xx.2008-ci il tarixdə, X8 isə xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, ata qrafalarında X5, ana qrafalarında Ərizəçi qeyd olunmuşdur. (işdə olan AZ-İİ 458289 və 458290 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən). İşdə olan AZ-İ 265012 nömrəli nikahın pozulması haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə Ərizəçi arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 260 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Niftullayeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2020ci il tarixli, 2029 nömrəli arayışından görünür ki, 1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş və Sumqayıt şəhəri, 29-cu məhəllə, yataqxana 1 ünvanında yerləşən 12 saylı otaqda yaşayan X1 şəhər 2 saylı poliklinikada 2018-ci ilin iyul ayından «narkomaniya» diaqnozu ilə qeydiyyatadır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 1980-cı il təvəllüdlü X5 xx xxxx 2020-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Bu fakt Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin vətəndaşlara xidmət idarəsinin xx.xx.2020-ci il tarixli, 20 saylı arayışı və digər iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1980-cı il təvəllüdlü X10 xx xxxx 2020-ci ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1980-cı ildə anadan olmuş X3 xx xxxx 2020-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5311/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5311/2020
16.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver