Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5320/2024 01.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, Ərizəçi1 maraqlı tərəf Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi1 maraqlı tərəf Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, iş materialları ərizəçilərin maraqlı tərəf Maraqlı şəxsnə müraciət edibedilməməsi barədə sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təstiq edən sənəd əlavə edilməlidir. Ona görə də ərizə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə, forma və məzmununa riayət edilməməklə məhkəməyə verildiyindən məhkəmə icraatı qeyri-mümkündür və ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ izah edilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3, 149-152 və 263-269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizəçi1 maraqlı tərəf Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraçiət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-5320/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5320/2024
01.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver